Ağdam təmsilçisi səfərdə Finlandiyanın "Honka" klubunu məğlub etdi
Bu
gün Avropaliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start
verildi. Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan Ağdamın
"Qarabağ" klubu Finlandiyada yerli "Honka" klubunun qonağı oldu.
Oyunun
elə 2-ci dəqiqəsində “Qarabağ” rəqib komandanın qapısına təhlükəli
zərbə endirdi. Matçın 17 –ci dəqiqəsində isə Fərhad komandamızı qoldan
xilas etdi. Hakanpanın cərimə zərbəsi çox təhlükəli alındı. 37-ci
dəqiqədə "Qarabağ" təhlükəli vəziyyət yaratmaqla yadda qaldı. Belə ki,
Maksimin qüvvətli zərbəsindən sonra top qapının üstündən keçdi. Birinci
hissənin sonlarında isa Rəşad Sadıqov son anda Sevecin qarşısını alaraq
0:0 hesabını qorumağı bacardı.
İkinci hissənin 49 –cu
dəqiqəsində Fərhad kobud səhvə yol verdi. Lakin xoşbəxtlikdən təhlükə
sovuşdu. Oyunun 60 –cı dəqiqəsində Vüqar gözəl imkandan ya
... Ardını oxu »
Eziz dostum Leman!!! Seni ad günün münasibetile tebrik edirem.Sene uzun ömür,can sağlığı,heyatda xoşbextlik arzu edirem.Her zaman arzularına catmağı arzu edirem.Nece-nece bele illere dostlarınla.
Azərbaycanda da A/H1N1 virusuna (“donuz qripi”) yoluxma halının qeydə alınması vətəndaşlar arasında ciddi narahatlıq yaradıb.
Onları maraqlandıran əsas məsələ isə xəstəliyin əlamətləri və ondan qorunmanın yollarıdır. APA oxucuların bununla bağlı çoxsaylı müraciətini nəzərə alaraq A/H1N1 virusuna yoluxmanın əsas əlamətlərini və qorunma yollarını təqdim edir.
Qeyd edək ki, H1N1 virusu A qripi virusunun yeni tipidir. Xəstəliyin müalicəsində yalnız həkim tərəfindən təyin edilən virus əleyhinə preparatlardan istifadə edilməlidir.
Xəstəliyin əsas əlamətləri
A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıl
... Ardını oxu »
Son vaxtlar ciddi narahatlıq yaradan məsələlərdən biri də Bakının atmosfer qatının həddən artıq çirklənməsidir. Üstəlik, paytaxtda baş verən yanğınların belə havanı dözülməz etməsi artıq əhali arasında ciddi təşviş yaradıb. Təkcə bir-iki gün öncə Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsindəki taxta bazarında və Balaxanı qəsəbəsindəki neft gölməçəsində baş verən yanğınlar şəhərin oksigen qatının necə həssas vəziyyətdə olduğunu sübut etdi. Ən dəhşətlisi isə odur ki, bu cür gölməçələr Bakıətrafı kənd və qəsəbələrin bir çoxunda mövcuddur. Abşeronun çoxçalarlı, rəngarəng və zəngin təbiətə malik olduğunu deyən, adının çəkilməsini istəməyən ekoloq yarımadada ekoloji gərginliyin hökm sürdüyünü qeyd etdi: “Abşeron yarımadasında çirkab suların həcmi sutkada yüz min kubmetrlərlə ölçülür. Burada neftçıxarma zamanı laylardakı təzyiqi saxlamaq üçün onlara yüksək təzyiq
... Ardını oxu »
Moldovada bir gün əvvəl keçirilən təkrar parlament seçkilərində müxalifətdə olan partiyalar yerlərin yarıdan çoxunu qazana biliblər. Seçkilərin rəsmi nəticələri məlum olmasa da, bildirilir ki, hakim Kommunist Partiyası səslərin təqribən 45 faizini toplayıb. Bu nəticəyə görə kommunistlər 101 yerlik parlamentdə yerlərin 48-ni əldə edir və hakim siyasi qüvvədən müxalifətə çevrilir. Seçkilərə qatılan dörd müxalifət partiyası isə cəmi 53 mandat qazana bilər. Bu səslər imkan verir ki, onlar koalision hökumət formalaşdırsınlar. Lakin prezidenti seçmək üçün azı 61 səs lazımdır və bu səbəbdən müxalifət dövlət başçısı postuna seçkiləri keçirə bilmək üçün kommunistlərlə anlaşmalıdır. Konstitusiyaya görə, baş nazir postuna namizədliyi prezident irəli sürür, deməli, prezident seçmədən müxalifət hökuməti də formalaşdıra bilməz. Moldovada bu ilin mayında keçirilən pa
... Ardını oxu »
İran hakimiyyətinə müxalif ayətullah Hüseynəli Müntəziri islahatçıların seçkidən sonrakı olaylarla bağlı məktubuna cavab verib.
Keçmiş prezident Məhəmməd Xatəmi, keçmiş baş nazir Mirhüseyn Musəvi və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi bir neçə gün əvvəl yüksək rütbəli din xadimlərinə məktub yazaraq vətəndaşlara qarşı repressiyalar, qətllər, təzyiqlər qarşısında susmamağı xahiş etmişdilər.
“Media forum” saytının məlumatına görə, Müntəziri deyib: “İran xalqı ağıllı və səviyyəli xalqdır. Qanunu pozanlar və vətəndaşlara qarşı bu cinayətləri törədənlər cəzalandırılmayınca xalqı qane etmək mümkün deyil. İndiki böhran dərinləşməmiş, iş işdən keçməmiş rəsmilər tədbir qılmalı, baş verən cinayətlərlə bağlı suallara cavab verməlidirlər”.
Ayətullah Müntəziri ölkə rəsmilərini şah dövrünü yada salmağa çağırıb: “Görəsən, son həftələrdə baş verən cinayətləri
... Ardını oxu »
Məzhəbindən asılı olmayaraq bütün müsəlmanları birləşdirən ortaq cəhət onların bir olan Allaha iman gətirməsidir. İman sözünün mənası isə Allaha, Onun peyğəmbərlərinə və nazil etdiyi kitablara inanmaq deməkdir. Qurani-Kərim İslamın 5 əsas təməl üzərində qurulduğunu buyurur: Allahdan başqa (ibadətə layiq olan) ilahi qüvvənin olmamasına və Hz. Məhəmmədin (s.ə.s.) Onun qulu və elçisi olmasına şəhadət gətirmək (kəlmeyi-şəhadət), namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc ziyarətinə getmək. Təbii ki, sadalananlar müqəddəs Quranda qeyd olunanlardır. Xristianlıqdan imtina edib İslamı qəbul edən avropalıların məhz Quranı oxuyandan sonra bu dinə tapınması təsadüfi deyil. 23 il ərzində Cəbrayıl (ə) vasitəsilə Həzrəti Məhəmmədə (s) nazil edilən Qurani-Kərimdə insanlar üçün haram sayılan və əxlaqın mənfi xüsusiyyətləri kimi qiymətləndirilən əməllər də qeyd edilib. A
... Ardını oxu »
Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb. Lakin eyni zamanda kondisionerlərin ziyanı barədə söz-söhbətlər də bir o qədər çoxalıb. Bəzilərinin fikrincə, onlardansa, təbii sərinlik daha yaxşıdır. Doğrudanmı texnikanın bu gözəl nailiyyəti insan səhhəti üçün fəsadlar yarada bilər? İnternetdə apardığımız araşdırma zamanı məlum oldu ki, “legionellez xəstəliyi” adlanan xəstəlik split-sistem ilə deyil, suyun soyuyub-istiləşməsi nəticəsində işləyən kondisionerlərlə bağlıdır. Azərbaycanda məhz split-sistemli kondisionerlərdən danışmaq lazımdır. Belə ki, belə kondisionerlərin təsiri ilə soyuqdəymələrin 90 faizinə ondan istifadənin ilk günlərindəcə rast gəlinir. Əgər insan 30 dərəcəlik istidən gəlib 18 dərəcəli kondisionerin altında oturursa, onda soyuqdəymə qaçılmazdır. Ona görə kiçik məkanda yerləşən ofislərdə çalışmaq lazım
... Ardını oxu »
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Ermənistan mətbuatına verdiyi yeni açıqlamada “Madrid prinsipləri”indəki hiylənin üstünü açıb. Brayza deyib ki, bu sənəddə yer alan “hüquqi nəticələrə malik öz iradəsini ifadə etmə” anlayışı elə referendum deməkdir.
“News.am” saytına açıqlamasında o bildirib ki, Dağlıq Qarabağın yekun statusunu müəyyən etmək üçün nəzərdə tutulan “referendum”, “plebistsit” və “leqal öz iradəsini ifadə etmə” terminləri arasında heç bir fərq yoxdur. “Bütün bunlara beynəlxalq diplomatiyada evfemizmlər deyilir (evfemizim-qarşı tərəfin narazılığına səbəb ola biləcək hansısa arzuolunmayan ifadənin və ya terminin mənası onunla eyni olan başqa ifadə ilə əvəzlənməsi, habelə müəyyən faktları pərdələmək üçün işlədilən ifadələrdir).
Bununla da Brayza “referendum” termininin Azərbaycan ictimaiyyətində narazılıq yarada biləcəyini nəzər
... Ardını oxu »
Türkiyəli həmkarlarımızın fikrincə, Rəşad Sadıqovun «Kocaelispor»da oynayacağı böyük sual altındadır (livesport.az). «Qarabağ»ın Türkiyədəki hazırlığı zamanı İzmit klubu ilə razılığa gələn yığmamızın müdafiəçisi Avropa Liqasında komandamıza kömək etdikdən sonra qonşu ölkəyə yollanmalı idi. Amma təmsilçimizin qitə miqyaslı turnirdə uğurlu çıxışı Rəşad Sadıqovun da Ağdam klubunda qalmaq şanslarını artırıb. Bu barədə yekun qərar verilməsə də, «Rusenborq»un qapısından həlledici topu keçirən müdafiəçi Azərbaycanda oynamaq ehtimalını da istisna etməyib. Türkiyə mətbuatı qonşu ölkənin «Denizlispor» və «Kasımpaşa» klublarının Rəşadla yaxından maraqlandığını yazıb. Ötən mövsümdən Rəşad Sadıqova 100 min lirə borclu qalan «Kocaelispor» futbolçumuzla 300 min dollar məbləğində müqavilə bağlamaq niyyətində olub. Amma izmitlilər uğurlu çıxışdan sonra müdafiəçinin bu
... Ardını oxu »
Eurovision 2009"un 3-cüsü Aysel Teymurzadə növbəti yaradıcılıq planlarının həllini düşünür. Müğənni yaxın vaxtlarda yenidən Türkiyəyə səfər edəcəyini bildirib. Aysel Tarkanla duet oxumaq planının, nəhayət, baş tutacağını vurğulayıb: "Tarkanla görüşdən əvvəl mən “Türkiyədə keçirilən "Çeşmə" musiqi festivalında qonaq qismində çıxış etdim. Türkiyədə səfərdə olarkən Tarkanla eyni mehmanxanada qalırdıq. Bu səbəbdən söhbətimiz sıx-sıx olurdu. İzmirdən İstanbula da eyni təyyarədə gəldik. Əməkdaşlığa başlamaq üçün artıq bir sıra danışıqlar olub. Lakin planlarımız barədə qabaqcadan danışmaq istəmirəm". A.Teymurzadə dünya şöhrətli “Warner Music” şirkəti ilə müqavilə imzaladığını da vurğulayır: “Bir müddətdən sonra mənim prodüserim Henrik Ulman adlı bir şəxs olacaq. Mənim bir az əvvəl qeyd etdiyim albomum üzərində həmin şəxs işləyir. Bu albomum da tezliklə bir çox ölkəy
... Ardını oxu »
“GEN” MMC işində zərərçəkənlərdən biri Cəmilə Həsənova dünən Bakı şəhər prokuroru Əziz Seyidovun qəbul otağında damarlarını doğrayıb. Hadisədən dərhal sonra “GEN” MMC işində zərərçəkənlərdən bir qisminin hüquqlarını müdafiə edən “Demokratiyanın müdafiəsinə kömək” İctimai Birliyinin prezidenti Vidadi İsgəndərovla əlaqə saxlayan qadın dünyasını dəyişəcəyi təqdirdə ölümündə Respublika və Bakı Şəhər prokurorluqları rəhbərliyinin günahkar olduğunu bildirib. V.İsgəndərovun qəzetimizə verdiyi açıqlamaya görə, C.Həsənova iş üzrə ibtidai və hazırda məhkəmə istintaqının qeyri-obyektiv aparılmasına, “GEN” MMC prezidentindən rüşvət almış məmurların istintaqa cəlb edilməməsinə etiraz əlaməti olaraq damarlarını doğrayıb. C.Həsənovanın şəhər prokurorluğunun qəbul otağında intihara cəhd etməsi barədə məlumat aldıqdan sonra onun özü ilə əlaqə saxladıq. Bakı Şəhər Prokurorluğu
... Ardını oxu »
McAfee-dən qaynaqlanan məlumata görə, 2009-cu ilin 1-ci yarısında 1.2 milyon kompüter zərərvericisi təyin olunub. 2008-ci ilin mart ayında isə zərərvericilərin son sərhəddi 500 mində dayanırdı.
Bütün təhlükəsizlik firmalarından alınan məlumatlara görə, 2008-ci ildə cəmi 1.5 milyon zərərlinin iş başında olduğu təsbit edilib.
McAfee Təhlükəsizlik Araşdırma və Rabitə mütəxəssisi Dave Marcus zərərvericilərin çox olamsı ilə bağlı belə açıqlama verib: “Kompüter zərərvericilərinin bu cür sürətlə yayılması onu göstərir ki, etibarlı zənn etdiyimiz sektorların çoxu əslində etibarsızdır”.
McAfee-dən əldə edilən məlumatlara görə, Trojanlar istifadəçi şifrələrini oğurlamağa çalışan oyun və ictimailəşmə adı altında yayımlanan saytlardan yayılır. Statistik göstəricilərdən aydın olur ki, kompüter zərərvericiləri 2009-cu ili öz illəri elan ediblər
Milli Elm və Texnologiya Strategiyasının hazırlanması, eləcə də bu sahələrdə islahatların aparılmasına kömək və s. məsələlərin müzakirə edilməsi məqsədilə UNESCO-nun Elm və texnologiyaların öyrənilməsi və strateji planlaşdırma seksiyasının rəhbəri Eduardo Martinez-Qarsia, bu təşkilatın eksperti Piter Tindemans və müşaviri Vəfa Mustafayevdən ibarət nümayəndə heyəti Bakıya səfər edib.
AMEA-dan verilən məlumata görə, səfər çərçivəsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Milli Elm və Texnologiya Strategiyasının hazırlanması məsələlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Elmar Qasımov və digər dövlət rəsmilərinin, AMEA institut rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov “Azərb
... Ardını oxu »
Azərbaycanı bu ilki “Eurovison” mahnı yarışmasında təmsil edən Aysel hazırda Türkiyədədir.Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ilk dəfə getdiyi ölkədə o, 20-ci Beynəlxalq Çeşmə Dəniz Şənliklərində çıxış edib.Qəzetin suallarını cavablandıran 20 yaşlı müğənni “Eurovison” yarışmasına getmək üçün 40 namizəd arasından seçildiyini öyrənəndə çox sevindiyini açıqlayıb: “Seçilən vaxt çox sevinirdim. Çünki mən hələ uşaqlığımdan bəri səhnələrə çıxmaq xəyalını qururdum. Bu yarışma mənim karyeramın möhtəşəm bir başlanğıcıdır. Bu, hər kəsə qismət olmayan şeydir. Əvvəllər bu qədər tanınmırdım, indi isə məni Azərbaycanda milli qəhrəman kimi görürlər. Yarışmada üçüncü olduq, ancaq bu nəticə Azərbaycan üçün birinciliyə bərabər kimidir”.Sevgilisinin olmadığını deyən Aysel “Eurovision” yarışmasından sonra çoxlu evlilik təklifi aldığını da deyib: “Hazırda ailə qu
... Ardını oxu »
“Finlandiyaya əsl peşəkar komanda gəlib. Ötən mərhələdə qarşımıza Şimali İrlandiya “Banqor”unun uşaqları çıxmışdısa, indi vəziyyət tam fərqlidir”. Bu sözləri Finlandiyanın “Honka” klubunun baş məşqçisi Mika Lexkosuo deyib.
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Espo təmsilçisinin çalışdırıcısı ilk oyun ərəfəsində mətbuat konfransı keçirib. Lexkosuo təmsilçimizin güclü tərəflərindən xəbərdar olduğunu açıqlayıb: “Qarabağ”ın “Rusenborq”la hər iki oyununun DVD diskini izləmişik. Rəqibimizin komanda oyunu futbolçuların fərdi ustalığı ilə müqayisədə daha çox diqqət çəkir. Onlar çox sıx oynayıb, sərt mübarizə aparır. Özü də çox diqqətli və intizamlıdırlar. “Rusenborq” iki görüşün üst-üstə 180 dəqiqəsi ərzində qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Bu da “Qarabağ”ın müdafiəsinin əməyidir. Amma hücum xəttindəki yaradıcılıq haqda bu söz
... Ardını oxu »
“Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb Bakıda Dünya Bankı (DB) və Azərbaycan Nəqliyyat Nazirliyi arasında “Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb. DB-nin Bakıdakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin iyun ayında DB-nin Direktorlar Şurası sözügedən layihənin icrasına ikinci əlavə vəsaitin ayrılmasını təsdiqləyib: “Kreditin ümumi məbləği 175 mln. ABŞ dolları təşkil edir ki, bunun da 63 mln. dolları güzəştli şərtlərlə, 113 mln. dolları isə DB üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən ayrılacaq”. “Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin i
... Ardını oxu »
İyun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Tarif Şurasının katibliyinin verdiyi xəbərə görə, iclasda bir sıra məsələlərə baxılaraq, qərarlar qəbul edilib.
Şura iclasında son dövrlərdə respublikaya daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığı əsas gətirilərək, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “AzStateNet” Dövlət internet və xüsusi rabitə xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal tutumundan asılı olaraq 44,4 - 66,0 faiz arasında aşağı salınıb.
Belə ki, 128, 256, 384, 512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə aylıq abunə tarifləri 30, 60, 85,125, 170, 250, 375, 500 manat səviyyəsində müəyyənləşdirilib. Əvvəllər həmin tariflər uyğun olaraq 75, 160, 250, 340, 450, 630, 720 və 900 manat təşkil edirdi.
İranlılar Nokianı hökümətlə əlbir çalışmaqda günahlandırırlar. Buna görə də, Nokia firması boykot edilir.
İran mətbuatında yazılanlara əsasən, artıq Nokia markasının satışında yarıbayarı enmə müşahidə edilir. Azadlıq tərəfdarı olan qəzetlər insanları boykota çağırır.
Nokia Siemens Networks-u isə hökumətə təqib sistemləri və Webwasher adlı internet filtrini satmaqda günahlandırır. Həbsxanadan çıxan məhkumlar səlahiyyətlilərin telefon danışıqlarını və SMS-lərini detallarıyla bildiyini söyləyir.
Nokia Siemens Networks özünü müdafiə etməyə çalışır. Nokia Siemens İranda yerli telefon danışıqlarının izlənilməsini təmin edən texnologiyanı satdığını boynuna alır. Özünü isə belə müdafiə edir: “Avropa Birliyi və Amerika Birləşmiş Dövlətləri də daxil olmaqla ölkələrin çoxunda telekommunikasiya şəbəkələri qanuni olaraq izlənilir. İranda da vəziyyət qanunidir”.
Digər xəstə sərhəddə aparılmış yoxlama tədbirləri zamanı aşkar edilib
"Azərbaycanda "A N1H1" (donuz qripi) virusuna yoluxanlardan biri öz şikayəti əsasında müəyyənləşib". ANS PRESS-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, digər virus daşıyıcısı sərhəddə aparılan yoxlama tədbirləri zamanı müəyyənləşib. "Hər iki xəstənin vəziyyəti kafidir. Onlar hazırda müalicə kursu keçirlər".
Sektor müdiri xəstəliklə mübarizə üçün Ağciyər Xəstəlikləri İnsititutunun və 7 saylı uşaq xəstəxanasının ayrıldığını bildirib.
V.Qasımov əhaliyə özlərində hər hansı narahatlıq hiss edən kimi səhiyyə ocaqlarına müraciət etməyi, gigiyena qaydalarına riayət etməyi və virusun yayıldığı ölkələrə getməməyi məsləhət görüb.
Milli Takımlar Teknik Direktörü Fatih Terim, Dünya Kupası'na katılma ümitlerinin hiç değişmediğini, eylül ayındaki Estonya ve Bosna-Hersek maçlarında ellerinden gelenin fazlasını yapmak zorunda olduklarını söyledi.
Ortaköy'deki Esma Sultan Yalısı'nda yapılan Pro Lisans Diploma töreninde gazetecilerin sorularını yanıtlayan Terim, milli takımla ilgili bir soru üzerine, ''Eylül'de Estonya ve Bosna-Hersek maçlarımız var. Artık daha da önem kazandı. Ümidimiz, inancımız hiç değişmedi. Dünya Kupası'na gitme adına sonuna kadar elimizden gelenin fazlasını yapmak zorundayız'' dedi. Fatih Terim, ligin erken başladığı yönündeki eleştirilerle ilgili olarak ise şöyle konuştu: ''Başlama tarihi, ne zaman başlarsanız başlayın sorun oluyor. Ama eğer hafta içi oynama özverisinde bulunabilirsek hiçbir zaman bu tarihte başlamayabiliriz. Bir ikincisi de devre arasını uzatm
... Ardını oxu »
Bəzi mənbələr Obamanın ölkə sərhədlərindən kənarda doğulduğunu iddia edərək onun hakimiyyətinin qeyri-qanuni olduğunu iddia edirlərSon günlərdə ABŞ ictimaiyyətinin diqqətini məşğul edən əsas məsələlərdən biri Prezident Obamanın harada doğulmasıdır. Mövcud qanunlara görə, ABŞ-da doğulmayan birisinin bu ölkə rəhbərliyinə gətirilməsi qeyri-qanunidir. Bəzi mənbələr Obamanın ölkə sərhədlərindən kənarda doğulduğunu iddia edərək onun hakimiyyətinin qeyri-qanuni olduğunu iddia edirlər. Obama isə ABŞ-ın Havay adalarında doğulduğunu deyir və bütün sənədlərində də bu adalar onun doğum yeri kimi göstərilir. Dünən Ağ Ev rəsmisi Robert Gibbs məsələ ilə əlaqədar mətbuat konfransı keçirib. “Mən bu uydurma ilə əlaqədar Ağ Evin konfrans salonunda danışmaqdan əzab çəkirəm. Əlimdə qan analizlərinin cavabları olsa belə, bəziləri buna inanmayacaqlar.”- deyən Gibbs Havay adaları səhi
... Ardını oxu »
Hüquq-mühafizə orqanları Bakıda silahlı “əl-Qaidə” üzvlərinin peyda olması barədə əməliyyat məlumatları əldə edib və bununla bağlı operativ tədbirlər görülür. Bu barədə əməkdaşımıza hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Əməliyyat məlumatına əsasən silahlı “əl-Qaidə” üzvlərinin əsasən Bakıətrafı kəndlərdə yerləşdikləri bildirilir. Elə buna görə də hüquq-mühafizə orqanları da əməliyyat-axtarış tədbirlərini əsasən Bakı kəndlərində aparırlar. Əməliyyat maksimum dərəcədə məxfiliyin qorunmasına əməl olunmaqla həyata keçirilir. Əldə etdiyimiz məlumata görə, axtarışlar əsasən Kürdəxanı, Pirşağı kəndləri ərazisində və Ləhiş bağlarında gecə saatlarında aparılır. Məqsəd həm əhalini təşvişə salmamaqdır, həm də silahlıların gecə saatlarında müəyyən istiqamətlərdə hərəkət etmələrinə dair məlumatların olmasıdır. Onu da öyrəndik ki, gündüz saatlarında da adıç
... Ardını oxu »
Galatasaray, Manchester City'nin Brezilyalı Yıldızı Elano Blumer'le 4 yıllık sözleşme imzaladı. 28 yaşındaki Elano, orta sahada hücuma yönelik görev yapabilen, her iki ayağına da hakim, uzaktan etkili şutlar atabilen ve gerektiğinde orta sahanın farklı mevkilerinde oynayabilen bir isim.
Mevkisinde Kaka, Ronaldinho, Diego, Juninho gibi isimler olmasına karşın tam 35 kez Brezilya Milli Takım forması giyen Elano, 6 gol kaydetti.
Disiplinli futbolunu tekniğiyle birleştirebilen ender Brezilyalılar'dan birisi olan yıldız futbolcu, Manchester City'den önce Shakthar Donetsk ve Santos takımlarında forma giydi.
Brezilyalı yıldız, Cuma günü İstanbul'a gelecek. Elano'nun geliş saati ve imza töreniyle ilgili bilgiler Galatsaray.org, GSMobile ve GSTV'den açıklanacak.