Cüme, 22.11.2024, 08:34
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » PROKURORLUQDA QAN TÖKÜLDÜ
17:56
PROKURORLUQDA QAN TÖKÜLDÜ
“GEN” MMC işində zərərçəkənlərdən biri Cəmilə Həsənova dünən Bakı şəhər prokuroru Əziz Seyidovun qəbul otağında damarlarını doğrayıb. Hadisədən dərhal sonra “GEN” MMC işində zərərçəkənlərdən bir qisminin hüquqlarını müdafiə edən “Demokratiyanın müdafiəsinə kömək” İctimai Birliyinin prezidenti Vidadi İsgəndərovla əlaqə saxlayan qadın dünyasını dəyişəcəyi təqdirdə ölümündə Respublika və Bakı Şəhər prokurorluqları rəhbərliyinin günahkar olduğunu bildirib. V.İsgəndərovun qəzetimizə verdiyi açıqlamaya görə, C.Həsənova iş üzrə ibtidai və hazırda məhkəmə istintaqının qeyri-obyektiv aparılmasına, “GEN” MMC prezidentindən rüşvət almış məmurların istintaqa cəlb edilməməsinə etiraz əlaməti olaraq damarlarını doğrayıb.
C.Həsənovanın şəhər prokurorluğunun qəbul otağında intihara cəhd etməsi barədə məlumat aldıqdan sonra onun özü ilə əlaqə saxladıq. Bakı Şəhər Prokurorluğunda olan zərərçəkən dedi ki, haqsızlıqla üzləşdiyindən bu yola əl atıb: “4 aydır Bakı Şəhər Prokurorluğuna ayaq döyürəm. Amma Əziz Seyidovun qəbuluna düşə bilmirəm. Prezidentə vəziyyəti olduğu kimi çatdırmırlar. Ona görə də bizim problemimiz həll edilmir”.
C.Həsənova bizimlə telefonla danışarkən prokurorluq əməkdaşları onun əlindən tutaraq buna mane olmaq istəyirdi. Qadın isə həmin şəxsə bunları deyirdi: “Məni bu dərəcəyə siz çatdırmısınız. Ölmək istəyirəm. Məni buna məcbur etmisiniz. Özləri pulları basıb yeyirlər, məni də hər dəfə bir ünvana göndərirlər. Prezident bizim haqq səsimizi eşidəcək. Onda sizin üçün pis olacaq. Əyinlərinə forma geyinəndən sonra sadə vətəndaşları saymırlar. Mən prezidentə şikayət edəcəyəm”.
C.Həsənovanın bu sözlərindən sonra əlaqə kəsildi. O, sonrakı telefon zənglərimizə isə cavab vermədi. Sonradan öyrəndik ki, Bakı Şəhər Prokurorluğunun polisə nəzarət şöbəsini rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin kuratoru Mahir Qəhrəmanov başda olmaqla, C.Həsənova Klinik Tibbi Mərkəzə aparılıb. Orada qadının qolu sarınsa da o, tikiş qoyulmasına icazə verməyib. C.Həsənova bu vəziyyətdə Prezident Administrasiyasına yollanıb. İlkin olaraq qadına deyiblər ki, onu Prezident Administrasiyası hüquq şöbəsinin müdiri Fuad Ələsgərov qəbul edəcək. Lakin sonradan bildirilib ki, iş vaxtı sona çatdığından F.Ələsgərov işdə yoxdur.
Bundan sonra zərərçəkən redaksiyamızla əlaqə saxladı. C.Həsənova sözlərinin prezidentə çatdırılmasını xahiş etdi. Zərərçəkənlərin və onların ailə üzvlərinin adından prezidentə müraciət etdiyini bildirən qadın İlham Əliyevdən məmurlar barədə ölçü götürülməsini istədi: “Zakir Qaralov məni Bakı Şəhər Prokurorluğuna göndərir. Əziz Seyidovsa məni qəbul etmir. Qapıdan deyir ki, get, pulunu səni bura göndərən baş prokurordan istə, onun pulu çoxdur. Biz zərərçəkənlər ailələrimizlə birgə 3 min nəfərdən çoxuq. İlham Əliyevin səsimizə səs verməsini istəyirik. Bu məmurlar barədə ölçü götürülməlidir. Bu qədər adamı barmaqlarına doladıqlarına görə”.
Xatırladaq ki, bir müddət əvvəl C.Həsənova zərərçəkən kimi tanındığı “GEN” MMC rəhbəri Elbrus Əliyevin işi üzrə BŞBPİ-də obyektiv istintaq aparılmadığından baş prokuror Z.Qaralovla görüşmək istəmiş, 2 aylıq get-gəldən sonra Baş Prokurorluğun qəbul otağında damarlarını doğramışdı. Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Elbrus Əliyev və digərlərinin işi üzrə məhkəmə prosesi davam edir.
Mövzuya qayıdacağıq.
E.QƏDİMOV
Категория: Kriminal | Просмотров: 3862 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 2.3/6
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024