Cüme, 29.03.2024, 09:39
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » İqtisadiyyat
Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıbBakıda Dünya Bankı (DB) və Azərbaycan Nəqliyyat Nazirliyi arasında “Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb.
DB-nin Bakıdakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin iyun ayında DB-nin Direktorlar Şurası sözügedən layihənin icrasına ikinci əlavə vəsaitin ayrılmasını təsdiqləyib: “Kreditin ümumi məbləği 175 mln. ABŞ dolları təşkil edir ki, bunun da 63 mln. dolları güzəştli şərtlərlə, 113 mln. dolları isə DB üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən ayrılacaq”.
“Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ə ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 3867 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (4)

Türkiyə bu, günlərdə Xəzər regionunun qaz ehtiyatları uğrunda gedən geosiyasi rəqabətin mərkəzində yer alacaq. Əvvəlcə Rusiyanın baş naziri Vladimir Putin, onun ardınca isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Ankarada səfərdə olacaqlar. Hər iki səfərdə müzakirə ediləcək əsas məsələ bəllidir: Türkiyədən keçməli olan “Nabucco” qaz kəməri və bu layihəyə qarşı olan Rusiyanın Türkiyəni alternativ “Cənub axını”na qoşmaq səyləri.
Xəbərlərə görə, Putinin sabah Ankaraya birgünlük səfəri gözlənilir. Türkiyə mətbuatı bunu ölkəyə son aylarda edilən ən önəmli ziyarət hesab edir. Gözlənilir ki, Putinin səfəri Avropada və ABŞ-da da yaxından izlənəcək.
“Milliyet” qəzetinin yazdığına görə, Putinin səfəri zamanı başlıca müzakirə mövzularından birinin “Nabucco” qaz kəməri olacağına şübhə yoxdur. İlk baxışdan Türkiyə ilə Rusiya enerji məsələsində rəqibdir. ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1404 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

Paytaxda yol- körpü tikintisi ilə bağlı bütün infrastruktur layihələrini həyata keçirən layihəçi və podratçı şirkətlərə ilin sonuna qədər işləri yekunlaşdırmaq tapşırılıb. Məlumatı verən mənbənin sözlərinə görə, səbəb dövlət büdcəsinin formalaşdırılmasında yaranan çətinliklər və neftin qiymətinin hələ də proqnozlaşdırılandan aşağı olmasıdır.
«Faktiki büdcə gəlirlərinin əsasını Neft Fondundan transfertlər təşkil edir. 2009-cu ilin büdcəsi proqnozlaşdırılanda hökumət fonddan transfertləri il üzrə 40 faiz proqnozlaşdırmışdı. 6 ayın nəticələrinə görə, transfertlərin payı büdcənin 52 faizini təşkil edib. İstisna deyil ki, ilin sonuna neft sektorundan daxilolmalar 75-80 faizə çatsın. Belə məqamda hökumət əlavə xərc mənbələrini daraltmaq istəyir. Artıq bir neçə ildir davam edən yol, körpü tikintisi hakimiyyət üçün yük olub. Podratçı şirkətlərin də qəsdən layihələrin ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1455 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (0)

Mütəxəssislər adətən tikinti işləri üçün yay aylarını münasib görürlər. Çünki bu aylarda tikinti bazarlarında passivlik hökm sürür. Nəticədə tikinti materiallarının qiymətləri gözlə görünən dərəcə də aşağı düşür. Paytaxtın ən böyük tikinti mallarının satıldığı bazarlarından biri - Dərnəgüldəki tikinti materialları və «8-ci kilometr» bazarlarıdır. Üstəlik, son günlərdə hər iki bazarda yanğın baş verib. Bu isə tikinti bazarında qiymətlərin gözlənilmədən artmasına səbəb olub. Biz də sözügedən bazarlarda olub materialların qiymətləri ilə maraqlandıq.

«8-ci kilometr» bazarında taxta alveri ilə məşğul olan Əli adlı satıcı ilə söhbətləşdik. Müsahibimizin sözlərinə görə, Rusiyadan taxta gətirməklə məşğul olan sahibkarlara külli miqdarda ziyan dəydiyindən bazarlarda qalan taxtaların qiyməti qaldırılıb: «Tikinti bazarında qiymətlər heç vaxt sabit qalmır. İyulun 19-da bura ... Ardını oxu »

Категория: İqtisadiyyat | Просмотров: 1798 | Добавил: GOYCE_QARTALI | Дата: 02.08.2009 | Комментарии (0)

Avropa İttifaqı növbəti qaz qalmaqalının baş verməməsi və Avropanın soyuq qışda yenidən qazsız qalmaq təhlükəsiylə üzləşməməsi üçün fəaliyyətə keçib. Avrokomissiya və beynəlxalq maliyyə institutları Ukrayna tərəfinə böyük məbləğdə kredit ayırıb. Məqsəd rəsmi Kievə Rusiyaya olan qaz borcunu ödəməkdə kömək etməkdir. Maliyyə yardımı barədə razılaşma Ukrayna, Avropa İttifaqı və beynəlaxalq maliyyə institutları arasında baş tutan danışıqlardan sonra əldə olunub. Razılaşmaya əsasən beynəlxalq maliyyə qurumları Ukraynaya 1.2 milyard avro kredit ayıracaq. Növbəti qaz qalmaqalının baş verməməsi üçün bu addımı atan Avropa İttifaqı Rusiya qazının Avropaya tranzitindəki riskləri aradan qaldırmağa çalışır. Kredit müqaviləsinin əsas şərtlərindən biri rəsmi Kievin öz qaz sektorunda islahatlar aparmasıdır. Razılaşmaya görə, Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı bu il ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1444 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (2)

Bu ilin ikinci rübündə ölkədə maaşların artım tempi birinci rüblə müqayisədə iki dəfə azalıb. Belə ki, birinci rübdə artım 26,5 faiz olubsa, birinci yarım ildə 19 faizə düşüb. Diqqəti çəkən isə bu müddət ərzində özəl sektorda maaşların artımının müşahidə edilməməsidir. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi bildirir ki, iyul ayının 1-nə Azərbaycanda orta aylıq əməkhaqqı 298 manat təşkil edib.Halbuki, ilin əvvəlində qurum müvafiq dövrdə orta aylıq əməkhaqqının 300 manatdan çox olacağını deyirdi.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, özəl sektorda nəinki maaş artımı, xeyli dərəcədə iş yerlərinin itirilməsi prosesi gedib: «Məvaciblərin azaldılması baş verib. Büdcədənkənar dövlət sektorunda çalışanlar ümumi dövlət sektorunda çalışanların təxminən 12-15 faizə qədərini təşkil edir. Üst-üstə nəzərə alın ki, dövlət sektorunda çalışanların əhəmiyyətli ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1638 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

Nazirlər Kabineti valyutanın ölkəyə gətirilməsi və ölkədən çıxarılması barədə informasiyanın maliyyə monitorinqi xidmətinə ötürülməsi formasını təsdiqləyibNazirlər Kabineti «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması»nın təsdiq edilməsi haqqında qərar qəbul edib.Nazirlər Kabinetindən verilən məlumata görə, bu qanun «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib. Qərara əsasən Dövlət ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1551 | Добавил: GOYCE_QARTALI | Дата: 31.07.2009 | Комментарии (0)

Real sektorda müşahidə edilən durğunluq biznes subyektlərini, tikinti şirkətlərini, eləcə də vətəndaşları kommersiya bankları qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmələrində çətinliklə üzləşdirib. Nəticədə son bir ildə ölkədə problemli kreditlərin həcmi 2,5 dəfə artıb. Hazırda ölkədə verilən kreditlərin 3,8 faizi problemlidir. Ekspertlərin rəyinə görə, vətəndaşların kreditləri qaytara bilməməsi təklif edilən faiz dərəcələrinin yüksək olması ilə bağlıdır.
Bu arada müşahidələr onu göstərir ki, risklər artdıqca banklar da faiz dərəcələrini qaldırırlar. Eyni zamanda, nağd vəsait problemi yaşadıqlarından hələlik hər hansı güzəştə getmək istəmirlər. Açdıqları kredit xəttinin müqabilində ipoteka predmeti olan əmlakın müsadirə olunmasını tələb edirlər.
Banklar problemli kreditlərdən danışmaq istəmirlər
Məsələ ilə bağlı ilk əvvəl bankların rəyi ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1634 | Добавил: GOYCE_QARTALI | Дата: 31.07.2009 | Комментарии (1)

“Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb
Bakıda Dünya Bankı (DB) və Azərbaycan Nəqliyyat Nazirliyi arasında “Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb.
DB-nin Bakıdakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin iyun ayında DB-nin Direktorlar Şurası sözügedən layihənin icrasına ikinci əlavə vəsaitin ayrılmasını təsdiqləyib: “Kreditin ümumi məbləği 175 mln. ABŞ dolları təşkil edir ki, bunun da 63 mln. dolları güzəştli şərtlərlə, 113 mln. dolları isə DB üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən ayrılacaq”.
“Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin i ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1255 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (1)

İyun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif Şurasının katibliyinin verdiyi xəbərə görə, iclasda bir sıra məsələlərə baxılaraq, qərarlar qəbul edilib.

Şura iclasında son dövrlərdə respublikaya daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığı əsas gətirilərək, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “AzStateNet” Dövlət internet və xüsusi rabitə xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal tutumundan asılı olaraq 44,4 - 66,0 faiz arasında aşağı salınıb.

Belə ki, 128, 256, 384, 512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə aylıq abunə tarifləri 30, 60, 85,125, 170, 250, 375, 500 manat səviyyəsində müəyyənləşdirilib. Əvvəllər həmin tariflər uyğun olaraq 75, 160, 250, 340, 450, 630, 720 və 900 manat təşkil edirdi.

Категория: İqtisadiyyat | Просмотров: 1449 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

Giriş
Axtarış
Kalendar
«  Март 2024  »
B.eÇ.aÇeC.aŞeBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024