Cüme, 19.04.2024, 08:35
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » Sehiyye
Azərbaycanda A/H1N1 xəstəliyinə yeni yoluxma halı qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov “Turan”a bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə A/H1N1 xəstəliyinə yoluxmuş ikinci xəstə də tam sağalıb. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq. Xəstələrdən biri isə iki gün öncə xəstəxanadan evə buraxılıb. Xatırladaq ki, iyulun 29-da Fransadan və Böyük Britaniyadan gələn iki Azərbaycan vətəndaşında A/H1N1 xəstəliyi aşkar edilmişdi.
Категория: Sehiyye | Просмотров: 1327 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (0)

Toya gələn qonaqların qarpız və ya yemişdən zəhərləndiyi güman edilir Zərdab rayonunda kiçik toy məclisində kütləvi zəhərlənmə baş verib. ANS PRESS-in bölgə muxbirinin məlumatına görə, iyulun 30-da Zərdab rayonu Xanməmmədli kəndində Əlimürsəl Abilovun oğlunun kiçik toy məclisinə gələn qonaqlarıdan 7 nəfər zəhərlənib.Qonaqlar-Sabirabad rayon sakinləri 15 yaşlı Aidə Əliyeva, 12 yaşlı Gülər, 9 yaşlı Gülbacı, Bakı şəhər sakini 22 yaşlı Aygül Həsənova, Zərdab sakinləri 17 yaşlı Aynur Həsənova, Gülər Qasımova, 2 yaşlı Gülyanaq Abdullayevadır. Onlar toyun səhəri saat 09.00-da Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Xəstəxananın baş həkimi Firuz Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstələr qida zəhərlənməsi dioqnozu ilə xəstəxanaya daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Yeddi nəfərin toyda verilən qarpız və ya yemişdən ... Ardını oxu »
Категория: Sehiyye | Просмотров: 1686 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

Azərbaycanda da A/H1N1 virusuna (“donuz qripi”) yoluxma halının qeydə alınması vətəndaşlar arasında ciddi narahatlıq yaradıb.

Onları maraqlandıran əsas məsələ isə xəstəliyin əlamətləri və ondan qorunmanın yollarıdır. APA oxucuların bununla bağlı çoxsaylı müraciətini nəzərə alaraq A/H1N1 virusuna yoluxmanın əsas əlamətlərini və qorunma yollarını təqdim edir.

Qeyd edək ki, H1N1 virusu A qripi virusunun yeni tipidir. Xəstəliyin müalicəsində yalnız həkim tərəfindən təyin edilən virus əleyhinə preparatlardan istifadə edilməlidir.

Xəstəliyin əsas əlamətləri

A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıl ... Ardını oxu »

Категория: Sehiyye | Просмотров: 1249 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb. Lakin eyni zamanda kondisionerlərin ziyanı barədə söz-söhbətlər də bir o qədər çoxalıb. Bəzilərinin fikrincə, onlardansa, təbii sərinlik daha yaxşıdır. Doğrudanmı texnikanın bu gözəl nailiyyəti insan səhhəti üçün fəsadlar yarada bilər?
İnternetdə apardığımız araşdırma zamanı məlum oldu ki, “legionellez xəstəliyi” adlanan xəstəlik split-sistem ilə deyil, suyun soyuyub-istiləşməsi nəticəsində işləyən kondisionerlərlə bağlıdır. Azərbaycanda məhz split-sistemli kondisionerlərdən danışmaq lazımdır. Belə ki, belə kondisionerlərin təsiri ilə soyuqdəymələrin 90 faizinə ondan istifadənin ilk günlərindəcə rast gəlinir. Əgər insan 30 dərəcəlik istidən gəlib 18 dərəcəli kondisionerin altında oturursa, onda soyuqdəymə qaçılmazdır. Ona görə kiçik məkanda yerləşən ofislərdə çalışmaq lazım ... Ardını oxu »
Категория: Sehiyye | Просмотров: 1450 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (1)

Digər xəstə sərhəddə aparılmış yoxlama tədbirləri zamanı aşkar edilib

"Azərbaycanda "A N1H1" (donuz qripi) virusuna yoluxanlardan biri öz şikayəti əsasında müəyyənləşib". ANS PRESS-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, digər virus daşıyıcısı sərhəddə aparılan yoxlama tədbirləri zamanı müəyyənləşib. "Hər iki xəstənin vəziyyəti kafidir. Onlar hazırda müalicə kursu keçirlər".

Sektor müdiri xəstəliklə mübarizə üçün Ağciyər Xəstəlikləri İnsititutunun və 7 saylı uşaq xəstəxanasının ayrıldığını bildirib.

V.Qasımov əhaliyə özlərində hər hansı narahatlıq hiss edən kimi səhiyyə ocaqlarına müraciət etməyi, gigiyena qaydalarına riayət etməyi və virusun yayıldığı ölkələrə getməməyi məsləhət görüb.

Xatırladaq ki, Azərb ... Ardını oxu »

Категория: Sehiyye | Просмотров: 1200 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

Giriş
Axtarış
Kalendar
«  Апрель 2024  »
B.eÇ.aÇeC.aŞeBa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Xeberlerin arxivi
Copyright Admin © 2024