Cüme, 22.11.2024, 08:34
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » "DONUZ QRİPİ"NDƏN NECƏ QORUNMALI?
18:18
"DONUZ QRİPİ"NDƏN NECƏ QORUNMALI?
Azərbaycanda da A/H1N1 virusuna (“donuz qripi”) yoluxma halının qeydə alınması vətəndaşlar arasında ciddi narahatlıq yaradıb.

Onları maraqlandıran əsas məsələ isə xəstəliyin əlamətləri və ondan qorunmanın yollarıdır. APA oxucuların bununla bağlı çoxsaylı müraciətini nəzərə alaraq A/H1N1 virusuna yoluxmanın əsas əlamətlərini və qorunma yollarını təqdim edir.

Qeyd edək ki, H1N1 virusu A qripi virusunun yeni tipidir. Xəstəliyin müalicəsində yalnız həkim tərəfindən təyin edilən virus əleyhinə preparatlardan istifadə edilməlidir.

Xəstəliyin əsas əlamətləri

A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir. Uşaqlar, xüsusən də azyaşlı uşaqlar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilər. A/H1N1 virus tipi ilə xəstələndiyi təsdiq olunmuş şəxslər xəstəxanaya yerləşdirilmədiyi hallarda və ya xəstələnmə şübhəsi olan şəxslər ev şəraitində, ən azı xəstəliyin başlandığı ilk 7 gün ərzində təcrid edilməlidir.

Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə hansı tədbirlər görülməlidir?

Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska və ya pambıq tənzifli maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Ailədə xəstə şəxslə təmas zamanı gigiyena qaydalarına əməl edilməlidir. Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın əlaqədən mütləq qorunmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək, insanlarla təmasa girməmək üçün ailə üzvlərinə və yaxınlara xəstəliklə bağlı məlumat vermək lazımdır.

A/H1N1 virusundan necə qorunmaq lazımdır?

- Yüksək hərarəti, öskürəyi, hərarəti olan şəxslərlə təmasdan çəkinmək.
- Əlləri tez-tez sabunla yumaq.
- Sabun və su olmadıqda əlləri spirtli tampunla silmək.
- Asqırdıqda və ya öskürdükdə ağızı salfet və ya dəsmalla örtmək.
- Gözlərə, buruna, ağıza toxunmamağa çalışmaq.
- Sağlam həyat tərzi keçirmək, o cümlədən normal yuxuya riayət etmək.
- Vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi artırmaq.
- Xəstələnərkən evdə qalmaq və tibbi xidmətə müraciət etmək.

Ev şəraitində xəstəyə qulluq qaydaları

- Xəstəni ayrıca otaqda izolə etmək.
- Xəstəyə qulluq zamanı birdəfəlik maska və ya respiratordan istifadə etmək, dörd saatdan bir onları dəyişmək.
- Xəstə ilə hər kontaktdan sonra əlləri sabunla yumaq.
- Xəstə olan otağın havasını vaxtaşırı dəyişmək.
- Otağı təmiz saxlamaq və ətrafı nəm üsulla yığışdırmaq.

Категория: Sehiyye | Просмотров: 1289 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024