Cüme, 22.11.2024, 02:12
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 3 » BAKI TEZLİKLƏ İŞSİZLƏR ORDUSU İLƏ DOLACAQ
16:35
BAKI TEZLİKLƏ İŞSİZLƏR ORDUSU İLƏ DOLACAQ
Paytaxda yol- körpü tikintisi ilə bağlı bütün infrastruktur layihələrini həyata keçirən layihəçi və podratçı şirkətlərə ilin sonuna qədər işləri yekunlaşdırmaq tapşırılıb. Məlumatı verən mənbənin sözlərinə görə, səbəb dövlət büdcəsinin formalaşdırılmasında yaranan çətinliklər və neftin qiymətinin hələ də proqnozlaşdırılandan aşağı olmasıdır.
«Faktiki büdcə gəlirlərinin əsasını Neft Fondundan transfertlər təşkil edir. 2009-cu ilin büdcəsi proqnozlaşdırılanda hökumət fonddan transfertləri il üzrə 40 faiz proqnozlaşdırmışdı. 6 ayın nəticələrinə görə, transfertlərin payı büdcənin 52 faizini təşkil edib. İstisna deyil ki, ilin sonuna neft sektorundan daxilolmalar 75-80 faizə çatsın. Belə məqamda hökumət əlavə xərc mənbələrini daraltmaq istəyir. Artıq bir neçə ildir davam edən yol, körpü tikintisi hakimiyyət üçün yük olub. Podratçı şirkətlərin də qəsdən layihələrin icra müddətini uzatması hər il milyonlarla vəsaitin bu sahəyə xərclənməsinə gətirib çıxarıb».<%-1>
Qeyd edək ki, yol, körpü tikintisinin başa çatdırılmasının müsbət tərəfləri olsa da, minlərlə insanın işsiz qalmasına gətirib çıxaracaq. Çünki elə rəsmi statistikaya əsaslansaq təxminən yarım milyon insan tikinti sektorunda çalışır. Başqa tərəfdən nəzərə alsaq ki, ölkədə mənzil tikintisi də aşağı düşüb, yaxın vaxtlarda əmək bazarında işsizlərin sayının artması gözlənilir.
Onu da xatırladaq ki, nəqliyyat sektorunda bu il 48 layihənin icrası nəzərdə tutulub. Buna 958 milyon 706 min 800 manat vəsait xərclənməsi planlaşdırılır. Nəqliyyat sektorunda iritutumlu layihələr arasında avtomobil yollarının tikintisi üstünlük təşkil edir. Bunların böyük əksəriyyəti isə ötən ildən reallaşdırılan layihələrdir. Məsələn, Heydər Əliyev prospektində yenidənqurma işlərinin davam etdirilməsi, həmin prospektdə, Keşlə Dəmir Yolu Stansiyası yaxınlığında körpünün yenidən qurulması, «Ramstore dairəsi» yaxınlığında körpünün tikintisinin davam etdirilməsi və sair.
Tikinti sektorunu araşdıran iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirir ki, bu sahədə tənəzzül və ya inkişaf ölkə iqtisadiyyatına birbaşa təsir göstərir: «Tikinti həmişə iqtisadiyyatın lokomotivi hesab olunub. Ümumi daxili məhsulun, əhalinin gəlirlərinin artımında tikintilərin böyük rolu var». Ötən ilin ikinci yarısından tikinti sektorunda ləngimələrin müşahidə olunduğunu deyən N.İbrahimov bunun xüsusilə mənzil tikintisi sahəsində daha əhəmiyyətli rol oynadığını söyləyir.
Ekspertin sözlərinə görə, infrastruktur layihələrinin başa çatdırılması və ya dondurulması iqtisadi inkişafa, o cümlədən digər göstəricilərə birbaşa təsir edəcək: «Tikintinin ümumi daxili məhsulda payı 6,7- 7 faiz ətrafında dəyişir. Mənzil tikintisi isə ümumi daxili məhsulda 2,3 faiz təşkil edir. Göründüyü kimi, kifayət qədər böyük göstəricidir».
Категория: İqtisadiyyat | Просмотров: 1499 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024