|
Главная » 2009 » Avqust » 04
Naxçıvan-Sədərək yolunun yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yol Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yoludurAzərbaycan Prezidenti İlham Əliyev dünən Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısını və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Naxçıvan şəhərində Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Prezident sarayın açılışını bildirən lenti kəsib, mədəniyyət ocağı ilə tanış olub. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, rəsm qalereyası
...
Ardını oxu »
|
Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir Bu gün “Neytral Türkmənistan” qəzetində Türkmənistan Xarici İşlər Nazirliyi adından məqalə dərc olunub. Məqalədə Türkmənistan XİN bildirir ki, Xəzər dənizində hansısa birtərəfli hərəkətlərin həyata keçirilməsi yolverilməzdir: “Bunun üçün Xəzəryanı dövlətlər arasında dəniz dibinin konkret sahələrində onların yurisdiksiyasını müəyyən edən saziş imzalanmalıdır. Bunu 1958-ci ildə Cenevrədə qəbul olunmuş “Kontinental şelf haqqında” Konvensiya da tələb edir”. Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir: “Aşxabad hesab edir ki, Xəzərin Türkmənistan və Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır”. Türkmənistan XİN bəyan edir ki,
...
Ardını oxu »
|
Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir Bu gün “Neytral Türkmənistan” qəzetində Türkmənistan Xarici İşlər Nazirliyi adından məqalə dərc olunub. Məqalədə Türkmənistan XİN bildirir ki, Xəzər dənizində hansısa birtərəfli hərəkətlərin həyata keçirilməsi yolverilməzdir: “Bunun üçün Xəzəryanı dövlətlər arasında dəniz dibinin konkret sahələrində onların yurisdiksiyasını müəyyən edən saziş imzalanmalıdır. Bunu 1958-ci ildə Cenevrədə qəbul olunmuş “Kontinental şelf haqqında” Konvensiya da tələb edir”. Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir: “Aşxabad hesab edir ki, Xəzərin Türkmənistan və Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır”. Türkmənistan XİN bəyan edir ki, yaranmış vəziyyətdə beynəlxalq arbitraj instansiyalarına müraciət etmək prinsipinə sadiq qalacaq. Qeyd edək ki, Tü
...
Ardını oxu »
|
Təyyarədə 7 ekipaj üzvü, 199 sərnişin olmaqla 206 nəfər olub. Ekipaj üzvü və sərnişinlərdən xəsarət alan olmayıb Antalyadan Sürixə gedən sərnişin təyyarəsi havaya qalxandan 6 dəqiqə sonra qəza təhlükəsi ilə üzləşib. “Air Berlin” aid “Boeing 757” tipli təyyarənin mühərrikində nasazlıq yaranıb və havaya qalxandan 6 dəqiqə sonra mühərrik od tutub. Pilot dərhal təyyarəni yerə endirib. Həmin vaxt təyyarədə 7 ekipaj üzvü, 199 sərnişin olmaqla 206 nəfər olub. Ekipaj üzvü və sərnişinlərdən xəsarət alan olmayıb/
|
Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıbBakıda Dünya Bankı (DB) və Azərbaycan Nəqliyyat Nazirliyi arasında “Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb. DB-nin Bakıdakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin iyun ayında DB-nin Direktorlar Şurası sözügedən layihənin icrasına ikinci əlavə vəsaitin ayrılmasını təsdiqləyib: “Kreditin ümumi məbləği 175 mln. ABŞ dolları təşkil edir ki, bunun da 63 mln. dolları güzəştli şərtlərlə, 113 mln. dolları isə DB üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən ayrılacaq”. “Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ə
...
Ardını oxu »
|
Məzunların 31,5 faizi 0-100, 22,6 faizi 100-200, 18,2 faizi 200-300, 21,2 faizi 300-500, 6,4 faizi 500-700 bal arası nəticə göstərib Qəbul imtahanlarında iştirak edən 114 min abituriyentdən 66 min 621-i bu ilin məzunudur. Həmin məzunların 33 mini qəbul imtahanlarında 139 baldan aşağı nəticə göstərib. Bu barədə məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, builki məzunların qəbul imtahanlarında göstərdikləri orta bal 180-dən aşağıdır: “Ümumilikdə bu il orta məktəbləri 120 min məzun bitirib, onların yalnız 50-55 faizi qəbul imtahanlarında iştirak edib. Məzunların 31,5 faizi 0-100, 22,6 faizi 100-200, 18,2 faizi 200-300, 21,2 faizi 300-500, 6,4 faizi 500-700 bal arası nəticə göstərib. Qəbul imtahanlarında 300 baldan yuxarı nəticə göstərən abituriyentlər cəmi 27,6 faiz təşkil edir”. Daha sonra ali məktəblərin b
...
Ardını oxu »
|
İraqın Ali Məhkəmə Şurasının rəhbəri Diya El Sadi öz açıqlamasında deyib ki, jurnalist M.E.Zeydinin həbsinin ¼ hissəsi bağışlanıb ABŞ-ın sabiq prezidenti Corc Buşa İraqda keçirilən mətbuat konfransı zamanı ayaqqabı atan iraqlı jurnalist Muntazar El Zeydi gələn ay həbsdən azadlığa buraxılacaq. İraqın Ali Məhkəmə Şurasının rəhbəri Diya El Sadi öz açıqlamasında deyib ki, jurnalist M.E.Zeydinin həbsinin ¼ hissəsi bağışlanıb. “Hakimiyyət öz hümanist qərarı ilə jurnalisti azadlığa buraxacaq”, - deyə Diya El Sadi əlavə edib. Xatırladaq ki, jurnalistin 14 dekabr 2008 il tarixində həbs olunub. Həbsə səbəb isə jurnalistin ABŞ prezidenti Corc Buşa mətbuat konfransı zamanı ayaqqabı atması olub.Buna görə İraq hakimiyyəti jurnalistə 3 il həbs cəzası verib, lakin sonradan həmin cəzanın müddəti bir ilə endirilib.
|
Klublarımızın Bakıda keçirəcəkləri növbəti oyunların təşkilatçılığı ilə bağlı AFFA-nın qarşısına tələb qoyulub.Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Bakı” - “Levski” və Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” - “Rusenborq” oyunlarında təhlükəsizliyin UEFA-nın tələblərinə uyğun şəkildə təmin olunmaması ilə bağlı Avropa futbol qurumu tərəfindən AFFA-ya məktub göndərilib. Məktubda hər iki oyun üçün biletlərin çap edilməməsi, bununla əlaqədar təhlükəsizlik və ümumi tədbirlərin aşağı səviyyədə olması ciddi tənqid edilib, “Bakı” klubuna sanksiya tətbiq olunacağı bildirilib və klublarımızın cari mövsümdə avrokuboklar çərçivəsində Bakıda keçirəcəkləri növbəti oyunların təşkilatçılığı ilə bağlı AFFA-nın qarşısına tələb qoyulub. Bununla əlaqədar, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları
...
Ardını oxu »
|
Konqresinin 81 nəfər ermənipərəst üzvü Prezident Barak Obamaya müraciət edərək onu qondarma erməni soyqırımını tanımağa çağırıblarBir müddət bundan əvvəl Obama administrasiyasını Ermənistana ayırlan hərbi yardımı azaltdığına görə kəskin şəkildə tənqid edərək bu məsələyə yenidən baxılmasına nail olan ABŞ-dakı ermənipərəst konqresmenler indi də Türkiyəni hədəf alaraq Ağ Evin rəhbərinə qondarma erməni soyqırımını tanıması üçün təzyiqlər göstərməyə başlayıblar.Türkiyə ilə Ermənistan arasında keçiriləcək növbəti futbol matçı ərəfəsində ABŞ-dakı erməni lobbisi yenidən Ankaraya qarşı müxtəlif siyasi təzyiq vasitələrini işə salmağa cəhd edir. Belə ki, bir neçə gün bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyanın “Sərhədlər açılmasa, futbol matçını izləmək üçün Türkiyəyə getməyəcəyəm” - deyə ermənisayaq açıqlama verməsi ABŞ-dakı ermənipərəst konqresmenlərin növbəti dəfəTü
...
Ardını oxu »
|
Bu gün ölkə başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. Səfər çərçivəsində o, bir sıra obyektlərin açılışında iştirak edəcək. Bu obyektlər sırasına Naxçıvanda yenidən təmir edilən Heydər Əliyev adına mədəniyyət sarayı, yeni tikilən doğum mərkəzi, «Gəmiqaya» MMC nəzdindəki «Badamlı» zavodu, avtovağzal, məktəb və yollar, həmçinin Şərur stadionu, Şahbuz rayon xəstəxanası da daxildir. Səfər zamanı ölkə başçısının MR Ali Məclisində müşavirə keçirəcəyi də gözlənilir. Qeyd edək ki, ölkə başçısının Naxçıvan Muxtar Respublikasına səfəri avqustun 5-də başa çatacaq.
|
Yeni Ümid» qəzeti ötən sayında Müsavat Partiyasının başqanı postu uğrunda mübarizə başlaması barədə yazı dərc edib. Məqalədə iddia olunur ki, Müsavat başqanı İsa Qəmbər hələ ötən il verdiyi bəyanatına uyğun olaraq, 2010-cu ildə rəhbərlikdən getmək niyyətindədir. Qəzet yazır ki, İ.Qəmbər başqanlıqdan gedərkən partiyanın ziyan çəkməməsi və parçalanmalar baş verməməsi üçün bir sıra addımlar atmağı planlaşdırır. «Yeni Ümid»də yazılanlara görə, bu istiqamətdə ilk addım gələcək başqanın hazırlanmasıdır. Sitat: «Bu barədə qəzetimizə məlumat verən müsavatçı mənbənin sözlərindən belə aydın oldu ki, artıq 2 ildir İsa Qəmbər öz yerinə varisini hazırlamaqla məşğuldur. Həmin şəxsin kimliyi də artıq Müsavat rəhbərliyinə məlumdur. Bu işi heç də gizli şəkildə həyata keçirməyən İsa Qəmbər öz varisinin sürpriz xarakteri daşımamasında daha çox maraqlıdır. Təbii ki, o, sürpriz b
...
Ardını oxu »
|
Dünən İranın ali dini lideri ayətullah Əli Xameneyi rəsmən Mahmud Əhmədinejadı prezident seçkilərinin qalibi elan edib. Avqustun 5-də isə Əhmedinejad parlamentdə and içəcək. Beləliklə, Əhmədinejad bu həftə ikinci müddətə İran prezidenti kimi fəaliyyətə başlayacaq. Andiçmədən sonra iki həftə ərzində o, parlamentə yeni hökumətin tərkibini təqdim etməlidir. Andiçmə mərasimi isə çərşənbə gününə planlaşdırılır. Qeyd edək ki, Əhmədinejadın qalib gəlməsi seçkilərin saxtalaşdırıldığını bildirən minlərlə iranlının etiraz nümayişlərinə səbəb olmuşdu. İrandakı kütləvi etiraz aksiyaları nəticəsində təxminən 30 nəfər ölüb, 2 mindən çox adam həbs edilib. Artıq həbs edilənlərin bir qrupunun məhkəməsi başlanıb. Məlumata görə, təsdiqləmə mərasimində Əhmədinejadın rəqibləri və sabiq prezident Haşimi Rəfsəncani iştirak etməyib. Şərhçilər bunu seçkilərin nəticələrinə açıq
...
Ardını oxu »
|
Türkiyə bu, günlərdə Xəzər regionunun qaz ehtiyatları uğrunda gedən geosiyasi rəqabətin mərkəzində yer alacaq. Əvvəlcə Rusiyanın baş naziri Vladimir Putin, onun ardınca isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Ankarada səfərdə olacaqlar. Hər iki səfərdə müzakirə ediləcək əsas məsələ bəllidir: Türkiyədən keçməli olan “Nabucco” qaz kəməri və bu layihəyə qarşı olan Rusiyanın Türkiyəni alternativ “Cənub axını”na qoşmaq səyləri. Xəbərlərə görə, Putinin sabah Ankaraya birgünlük səfəri gözlənilir. Türkiyə mətbuatı bunu ölkəyə son aylarda edilən ən önəmli ziyarət hesab edir. Gözlənilir ki, Putinin səfəri Avropada və ABŞ-da da yaxından izlənəcək. “Milliyet” qəzetinin yazdığına görə, Putinin səfəri zamanı başlıca müzakirə mövzularından birinin “Nabucco” qaz kəməri olacağına şübhə yoxdur. İlk baxışdan Türkiyə ilə Rusiya enerji məsələsində rəqibdir.
...
Ardını oxu »
|
Təhsil yetkililəri arasındakı savaş davam edir. Nəhayət, sonuncu II ixtisas qrupu üzrə imtahanlar keçiriləndən sonra ümumi nəticələr açıqlandı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə orta təhsilin səviyyəsi ilə bağlı yenə dəhşətli faktlar açıqladı. Məlum oldu ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərin I ixtisas qrupu üzrə abituriyentlərin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, II qrup üzrə 24,4 faizi, III qrup üzrə 25,5 faizi, IV qrup üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb. İlkin məlumatlara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər də nəzərə alınmaqla I və IV qruplar üzrə abituriyentlərin 70 faizindən, III qrup üzrə isə 60 fazindən çoxu 200-dən az bal toplayıb. 4 qrup üzrə ümumiləşdirilmiş nəticə isə belədir: bütün abituriyentlərin 62,8
...
Ardını oxu »
|
NATO-nun yeni baş katibi Andres Foq Rasmussen dünən səlahiyyətlərinin icrasına başlayıb. Alyansın Brüsseldəki mənzil-qərargahında ilk mətbuat konfransını keçirən yeni baş katib deyib ki, NATO genişlənməkdə davam edəcək. Lakin Gürcüstan və Ukraynanın bu təşkilata üzvlüyü məsələsi hələ açıq qalır. Baş katibin sözlərinə görə, Kiyev və Tiflis NATO-ya üzv olmaq üçün lazım olan şərtləri hələ yerinə yetirməyiblər. Ona görə də onlar üzvlüyə hazır deyillər: “Ancaq NATO-nun mövqeyi belədir ki, Gürcüstan və Ukrayna gələcəkdə alyansın sıralarına qəbul ediləcəklər və onlara lazım olan dəstək göstəriləcək”. Rasmussen Əfqanıstanda NATO komandanlığı altında aparılan əməliyyatlar haqda danışaraq deyib ki, alyans talibançılara qarşı silahlı mübarizəni gücləndirəcək və ölkənin radikal ekstremistlərin nəzarətinə keçməsinə imkan verməyəcək. NATO-nun Əfqanıstanda ciddi itki
...
Ardını oxu »
|
İranda ali dini liderin Mahmud Əhmədinejatı prezident vəzifəsinə təsdiq etməsindən sonra etiraz aksiyası keçirilib. CNN televiziyasının məlumatına görə, yüzlərlə iranlı Tehran küçələrinə çıxaraq Mahmud Əhmədinejatın ölkə prezidenti seçilməsinə etiraz edib. Aksiya iştirakçıları Tehranda Vannak meydanı və Vəli Əsr prospekti boyu İran təhlükəsizlik qüvvələrinin nəzarəti ilə hərəkət ediblər. Bir çox nümayişçi "Diktatora ölüm", digərləri isə "Allah böyükdür" şüarları səsləndirib. Polis maşınları Vannak meydanına aparan yolları bağlayıb, İranın təhlükəsizlik qüvvələri və Bəsic üzvləri ərazidə nəzarəti gücləndiriblər. Bir şahidin məlumatına görə, 3 nəfər polis tərəfindən saxlanılaraq aparılıb. Qeyd edək ki, Əhmədinejat çərşənbə günü parlamentdə and içəcək. İran müxalifətinin lideri Mirhüseyin Musəvi isə seçkinin nəticələrinin saxta olduğunu bildirib.
|
İraqda 1991-ci ildə (birinci İraq müharibəsi zamanı) vurulmuş ABŞ təyyarəsinin pilotunun qalıqları tapılıb. ANS PRESS-in “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb. F/A -18 tipli qırıcı təyyarənin pilotu Maykl Skottu Speyçer 1991-ci ilin17 yanvarında - müharibənin ilk günü vurulub. Qırıcı təyyarənin vurulduğu yer barədə 2009-un iyul ayında amerikalı əsgərlər yerli əhalidən məlumat alıb. Belə ki, pilotun cəsədi köçərilər tərəfindən aşkar edilibmiş. Cəsədin Maykla məxsus olması dişlərindən müəyyən edilib
| |
|
|
|