Cüme, 22.11.2024, 01:23
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 4 » NATO ÜZÜNÜ MÜSƏLMAN DÜNYASINA ÇEVİRİR
13:08
NATO ÜZÜNÜ MÜSƏLMAN DÜNYASINA ÇEVİRİR
NATO-nun yeni baş katibi Andres Foq Rasmussen dünən səlahiyyətlərinin icrasına başlayıb. Alyansın Brüsseldəki mənzil-qərargahında ilk mətbuat konfransını keçirən yeni baş katib deyib ki, NATO genişlənməkdə davam edəcək. Lakin Gürcüstan və Ukraynanın bu təşkilata üzvlüyü məsələsi hələ açıq qalır.
Baş katibin sözlərinə görə, Kiyev və Tiflis NATO-ya üzv olmaq üçün lazım olan şərtləri hələ yerinə yetirməyiblər. Ona görə də onlar üzvlüyə hazır deyillər: “Ancaq NATO-nun mövqeyi belədir ki, Gürcüstan və Ukrayna gələcəkdə alyansın sıralarına qəbul ediləcəklər və onlara lazım olan dəstək göstəriləcək”.
Rasmussen Əfqanıstanda NATO komandanlığı altında aparılan əməliyyatlar haqda danışaraq deyib ki, alyans talibançılara qarşı silahlı mübarizəni gücləndirəcək və ölkənin radikal ekstremistlərin nəzarətinə keçməsinə imkan verməyəcək. NATO-nun Əfqanıstanda ciddi itkilər verdiyini etiraf edən Rasmussenə görə, bu hərbi əməliyyatların nə zaman başa çatacağı haqda danışmaq tezdir: “NATO qüvvələri nə qədər lazımdırsa, o qədər Əfqanıstanda qalacaq. Biz qoşunların çıxarılması üçün hansısa müddət təyin edib ”Taliban"a ümid vermək istəmirik".
Bununla belə, Rasmussen deyib ki, NATO Əfqanıstanda “Taliban” hərəkatının radikal olmayan qanadı ilə danışıqlar aparmağa hazırdır. Onun fikrincə, “Taliban” hərəkatında danışıqlar aparılması mümkün olmayan radikal özək var, lakin elə qruplar da var ki, onlarla danışıb anlaşma əldə etmək mümkündür. Məlumatlara görə, səlahiyyətlərinin icrasına başladıqdan sonra Rasmussenin ilk işi alyansın yeni konsepsiyası üzərində işləmək olacaq. Bu konsepsiyada NATO-nun XXI əsrdə vəzifələri, qlobal təhlükəsizliyə yeni baxış, kibertəhlükəsizlik və iqlim dəyişikliklərindən irəli gələ biləcək yeni qlobal təhlükələrlə mübarizə daxildir.
Категория: Siyaset | Просмотров: 1678 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 4.5/2
Всего комментариев: 1
1 elnur  
0
NATO fikirlesirse gelecekde Gurcustani ve Ukraynani uzvluye qebul etsin ele indiden qebul etsin.Behanede edirseki hele hazir deyil gelecekde hazir olacaq qoy indiden qebul edib onlarinherbi inkisafini da malii cehetden o desteklesin ve hazir olsun

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024