|
Главная » 2009 » Avqust » 02
Sinoptiklərin proqnozu konsert təşkilatçılarını məyus edib Dünya şöhrətli müğənni Madonnanın Sankt-Peterburqun Saray meydanında avqustun 2-də keçiriləcək konsertinin təşkilatçıları həmin gün qara buludların qovulması üzrə xüsusi aviasiya xidmətinə ərizə təqdim ediblər. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu konsert təşkilatçılarından biri olan Marianna Lyubina bildirib. Belə ki, sinoptiklərin məlumatlarına görə, avqustun 2-si axşam Peterburqda tutqun hava, yağış və tufan gözlənilir. Xatırladaq ki, Madonna şəhərə bu gun axşam gələcək. Saray meydanında çıxış Madonnanın 4 iyul tarixindən Londonda başladığı “Sticky&Sweet” turu çərçivəsində sayca 16-cı olacaq. /ANS PRESS/
|
Bu gün Qırğızıstan prezidentinin inaqurasiya mərasimi keçirilib Bu gün Kurmanbek Bakiyev and içərək ikinci dəfə respublika prezidenti postuna sahib oldu. Bakiyev iyulun 23-də keçirilmiş ümumxalq seçkilərdən sonra, ikinci müddətə prezident seçilmişdi. Bakiyev seçicilərinin 77 faizinin səsini toplayaraq 8,4 faiz səs toplamış rəqibi Almazbek Atambayevi qabaqlamışdı. Bakiyevin bu günki inaqurasiya mərasimi hökümət evində keçirilib. Andiçmə mərasimində yerli parlamentarilərlə yanaşı, ölkədə akkreditə olunmuş diplomatik nümayəndələr və Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak edib. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Damir Lisovski prezident vəsiqəsi və bayrağını Bakiyevə təqdim edib. /ANSPRESS/
|
ABŞ prezidenti Barak Obama bir müddət əvvəl söylədiklərinə zidd bəyanatla çıxış edib Bu gün ABŞ prezidenti Barak Obama bir müddət əvvəl söylədiklərinə zidd bəyanatla çıxış edib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, o, ölkəsinin iqtisadi böhrandan çıxmasına hələ “çox aylar” qaldığını bildirib. Birləşmiş Ştatlar prezidenti böhranın hamının düşündüyündən də, dərin olduğunu diqqətə çatdırıb. Xatırladaq ki, Obama çərşənbə günü Rolidə (Şimali Karolina) çıxışı zamanı bəyan etmişdi ki, milli iqtisadiyyatın stimullaşdırılması üzrə ciddi tədbirlər ölkəsinin “iqtisadi enmənin sonunun başlanğıcını” görməsinə kömək edib. "Bazarlar inkişaf edir və maliyyə sistemi uçurumdan uzaqlaşıb. Ola bilsin ki, biz artıq enmənin sonunu görürük", - deyə Obama bildirmişdi.
|
Mütəxəssislər adətən tikinti işləri üçün yay aylarını münasib görürlər. Çünki bu aylarda tikinti bazarlarında passivlik hökm sürür. Nəticədə tikinti materiallarının qiymətləri gözlə görünən dərəcə də aşağı düşür. Paytaxtın ən böyük tikinti mallarının satıldığı bazarlarından biri - Dərnəgüldəki tikinti materialları və «8-ci kilometr» bazarlarıdır. Üstəlik, son günlərdə hər iki bazarda yanğın baş verib. Bu isə tikinti bazarında qiymətlərin gözlənilmədən artmasına səbəb olub. Biz də sözügedən bazarlarda olub materialların qiymətləri ilə maraqlandıq. «8-ci kilometr» bazarında taxta alveri ilə məşğul olan Əli adlı satıcı ilə söhbətləşdik. Müsahibimizin sözlərinə görə, Rusiyadan taxta gətirməklə məşğul olan sahibkarlara külli miqdarda ziyan dəydiyindən bazarlarda qalan taxtaların qiyməti qaldırılıb: «Tikinti bazarında qiymətlər heç vaxt sabit qalmır. İyulun 19-da bura
...
Ardını oxu »
|
Həftə ərzində hər günorta ANS telekanalında canlı yayımda efirə çıxan “Xoş vaxt olun” verilişinə bundan sonra xalq artisti Nisə Qasımova aparıcılıq etməyəcək. Bu barədə show.az məlumat yayıb. Xəbərə görə, müğənni telekanal rəhbərliyi ilə mübahisə edərək işdən ayrılıb. Mənbə bildirir ki, Nisə Qasımova telekanal rəhbərliyindən yeni yayım mövsümündə verilişin dekorlarının dəyişdirilməsini tələb edib. Bu isə rəhbərliyin ürəyincə olmayıb və xalq artistinin ANS-dən birdəfəlik getməsi ilə nəticələnib. Yeni yayım mövsümündən isə ANS efirində kişi müğənnilərindən biri həmkarı Nisə Qasımovanı əvəz edəcək. ANS-in vitse-prezidenti Mirşahin Ağayev lent.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirsə də müğənninin ANS-dəki fəaliyyətinə xitam veriləcəyini də istisna etməyib. “Hələ ki, Nisə Qasımova ANS telekanalının əməkdaşıdır. Ola bilsin, Nisə Qas
...
Ardını oxu »
|
Rusiyanın Gürcüstana qarşı yeni müharibəyə başlayacağı haqda neçə vaxtdır yayılan məlumatlar reallaşmaq üzrədir. Belə ki, separatçı Cənubi Osetiya ilə Gürcüstan arasında vəziyyət gözlənilmədən yenidən gərginləşib və hər iki tərəf ağır silahlardan açılan atəşlər haqda məlumatlar yayır. Regional mətbuatda yer alan xəbərlərə görə, vəziyyət müəmmalı şəkildə iyulun 29-dan gərginləşməyə başlayıb. Cənubi Osetiya tərəfi bildirib ki, gürcü mövqelərindən Sxinvalinin ətrafı və osetin qüvvələrinin müşahidə postları ağır silahlardan - tank əleyhinə qumbaraatanlardan və minomyotlardan atəşə tutulub. Gürcü tərəfi bu məlumatı təkzib edib və təxribat adlandırıb. Lakin ertəsi gün osetin tərəfi Sxinvalinin ətrafına gürcü mövqelərindən yenidən minomyot zərbələri endirildiyi haqda məlumat yayıb. Bu məlumat da Tiflisdən qəti şəkildə təkzib olunub. Nəhayət, dünən səhər oseti
...
Ardını oxu »
| |
|
|
|