Cüme, 22.11.2024, 01:24
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 2 » RUSİYA GÜRCÜSTANA YENƏ HÜCUM EDƏ BİLƏR
19:04
RUSİYA GÜRCÜSTANA YENƏ HÜCUM EDƏ BİLƏR
Rusiyanın Gürcüstana qarşı yeni müharibəyə başlayacağı haqda neçə vaxtdır yayılan məlumatlar reallaşmaq üzrədir. Belə ki, separatçı Cənubi Osetiya ilə Gürcüstan arasında vəziyyət gözlənilmədən yenidən gərginləşib və hər iki tərəf ağır silahlardan açılan atəşlər haqda məlumatlar yayır. Regional mətbuatda yer alan xəbərlərə görə, vəziyyət müəmmalı şəkildə iyulun 29-dan gərginləşməyə başlayıb.
Cənubi Osetiya tərəfi bildirib ki, gürcü mövqelərindən Sxinvalinin ətrafı və osetin qüvvələrinin müşahidə postları ağır silahlardan - tank əleyhinə qumbaraatanlardan və minomyotlardan atəşə tutulub. Gürcü tərəfi bu məlumatı təkzib edib və təxribat adlandırıb. Lakin ertəsi gün osetin tərəfi Sxinvalinin ətrafına gürcü mövqelərindən yenidən minomyot zərbələri endirildiyi haqda məlumat yayıb. Bu məlumat da Tiflisdən qəti şəkildə təkzib olunub.
Nəhayət, dünən səhər osetin tərəfi minomyot atəşlərinin təkrarlandığı haqda növbəti xəbər yaydıqdan sonra ötən ilin avqustunda Gürcüstanın Cənubi Osetiyaya «təcavüzünü» bəhanə edərək bu ölkəyə qarşı hücum əməliyyatlarına başlayan, hazırda Cənubi Osetiya və Abxaziyada çoxminli qüvvələr saxlayan Rusiya işə qarışıb. Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Osetiya ətrafında vəziyyətin gərginləşməsini narahatlıqla izləyir. Rusiya tərəfinin iddiasına görə, gürcü mövqelərindən iyulun 29-dan başlayaraq Sxinvali şəhəri və osetin qüvvələrinin postları dəfələrlə minomyot atəşlərinə məruz qalıb.
«Rusiya tərəfi bu faktları məqsədli təxribat və Gürcüstanın regionda vəziyyəti gərginləşdirmək cəhdləri ilə izah edir. Ötən ilin avqustunda da hadisələrin analoji ssenari ilə inkişafı gürcü tərəfinin Cənubi Osetiyaya qarşı hərbi təcavüzü və Rusiya sülhməramlı kontingentinə qarşı hücumlarla nəticələndi» - deyə bəyanatda bildirilir. Rusiyanın Müdafiə Nazirliyi daha sonra xəbərdar edib ki, hadisələrin bu cür inkişafı halında «əlindəki bütün qüvvə və vasitələrdən istifadə etməklə» Gürcüstana sərt cavab verəcək. Bu xəbərdarlıq yenidən Cənubi Osetiya əhalisinin «müdafiəsi zərurəti» ilə izah edilib.
Gürcüstan Xarici İşlər Nazirliyi isə Rusiya Müdafiə Nazirliyinin bu bəyanatını «qeyri-adekvat və açıq-aşkar yeni təcavüz xəbərdarlığı» kimi qiymətləndirib. Nazirlik bəyan edir ki, gürcü tərəfindən osetin mövqelərinə atəş açılmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi də osetin mövqelərinin atəşə tutulması haqda xəbərlərin yalan olduğunu elan edib. DİN-dən bildirildiyinə görə, iyulun 29-da osetin mövqelərindən gürcü kəndi atəşə tutulub, münaqişə bölgəsində başqa insident qeydə alınmayıb. Buna baxmayaraq neçə gündür Rusiya mətbuatı separatçı rejimlərin rəsmilərinə istinadın Gürcüstanın «sərhəddə» hərbi qüvvələr və texnika cəmləşdirdiyi haqda xəbərlər yayır.
Paralel olaraq Abxaziya istiqamətində də vəziyyətin gərginləşdiyini təsdiq edən əlamətlər var. Abxaz separatçılarının lideri Sergey Baqapş bir gün əvvəl Gürcüstanı öz mövqelərini irəli çəkmək cəhdində günahlandıraraq Kodor dərəsini bütünlüklə öz nəzarətləri altına ala biləcəkləri haqda xəbərdarlıq edib. Göründüyü kimi, Rusiyanın bu yay yenidən Gürcüstana qarşı hərbi əməliyyatlara başlayaraq onu suveren dövlət kimi varlığına son qoyacağı haqda yayılan xəbərlər heç də əsassız deyil. Situasiya həqiqətən ötən ilin avqustundakı müharibə ərəfəsini xatırladır. Ötən il olduğu kimi bu il də Rusiya Şimali Qafqazda irimiqyaslı hərbi təlimlər keçirib. Gürcü tərəfinin məlumatlarına görə, bu təlimlərdən sonra Rusiyanın xüsusi təyinatlı qüvvələri Cənubi Osetiyada yerləşdirilib. Rusiya ordu komandanlığı açıq şəkildə xəbərdarlıq edirdi ki, bu təlimlər Gürcüstana öz yerini göstərmək üçün keçirilir.
Həmin təlimlərdən az sonra ABŞ prezidenti Barak Obama Rusiyaya səfər etdi və strateji məsələlərdə prezident Dmitri Medvedyevlə anlaşdı. Gürcüstan isə bu danışıqlarda arxa plana keçdi. Bu günlərdə vitse-prezident Cozef Bayden ABŞ-ın Gürcüstanın arxasında olduğunu bəyan etmək üçün Tiflisə gəlmişdi. Danışıqlar zamanı Gürcüstana silah verilməsi məsələsi müzakirə olunub. Lakin Rusiya arxayındır ki, ABŞ bu dəfə də öz qoşunlarını Gürcüstana köməyə göndərməyəcək. Deməli, hücum etmək və ötən ilin avqustunda yarımçıq qalmış işi başa çatdırmaq olar. Rusiya hərbi-siyasi çevrələrində müzakirə edilən ssenarilərə görə, bu dəfə hərbi əməliyyatlar başlasa, Tiflis tutulacaq. Şübhəsiz ki, hərbi əməliyyatların başlaması regionun əsas dövləti olan Azərbaycan üçün də ciddi nəticələr doğuracaq.
Категория: Dünyadan xeberler | Просмотров: 1506 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 GOYCE_QARTALI  
0
Rusiya evvel-axir Qafqazi oz terkib hissesine qatacaq,buna ne Azerbaycanin,ne Gurcistanin,ne de Ermenistanin bir sey demeye sozu ola bilmez.....

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024