Bu gün Qırğızıstan prezidentinin inaqurasiya mərasimi keçirilib Bu gün Kurmanbek Bakiyev and içərək ikinci dəfə respublika prezidenti postuna sahib oldu. Bakiyev iyulun 23-də keçirilmiş ümumxalq seçkilərdən sonra, ikinci müddətə prezident seçilmişdi. Bakiyev seçicilərinin 77 faizinin səsini toplayaraq 8,4 faiz səs toplamış rəqibi Almazbek Atambayevi qabaqlamışdı. Bakiyevin bu günki inaqurasiya mərasimi hökümət evində keçirilib. Andiçmə mərasimində yerli parlamentarilərlə yanaşı, ölkədə akkreditə olunmuş diplomatik nümayəndələr və Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak edib. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Damir Lisovski prezident vəsiqəsi və bayrağını Bakiyevə təqdim edib. /ANSPRESS/
|