|
Главная » 2009 » Avqust » 4 » “Xəzərin bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır”
13:34 “Xəzərin bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır” |
Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir Bu gün “Neytral Türkmənistan” qəzetində Türkmənistan Xarici İşlər Nazirliyi adından məqalə dərc olunub. Məqalədə Türkmənistan XİN bildirir ki, Xəzər dənizində hansısa birtərəfli hərəkətlərin həyata keçirilməsi yolverilməzdir: “Bunun üçün Xəzəryanı dövlətlər arasında dəniz dibinin konkret sahələrində onların yurisdiksiyasını müəyyən edən saziş imzalanmalıdır. Bunu 1958-ci ildə Cenevrədə qəbul olunmuş “Kontinental şelf haqqında” Konvensiya da tələb edir”. Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir: “Aşxabad hesab edir ki, Xəzərin Türkmənistan və Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır”. Türkmənistan XİN bəyan edir ki, yaranmış vəziyyətdə beynəlxalq arbitraj instansiyalarına müraciət etmək prinsipinə sadiq qalacaq. Qeyd edək ki, Türkmənistan və Azərbaycan arasında yaranmış fikir ayrılıqları üç neft-qaz yatağı – “Kəpəz” (Türkmənistan onu “Sərdar” adlandırır), “Azəri” (“Ömər”) və “Çıraq” (“Osman”) yataqları ilə bağlıdır.
|
Категория: Siyaset |
Просмотров: 3568 |
Добавил: VAZGEC_GONLUM
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|