|
Главная » 2009 » İyul » 31 » Ölkəyə gətirilən və ölkədən aparılan pullara Gömrük komitəsi nəzarət edəcək
13:31 Ölkəyə gətirilən və ölkədən aparılan pullara Gömrük komitəsi nəzarət edəcək |
Nazirlər Kabineti valyutanın ölkəyə gətirilməsi və ölkədən çıxarılması barədə informasiyanın maliyyə monitorinqi xidmətinə ötürülməsi formasını təsdiqləyibNazirlər Kabineti «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması»nın təsdiq edilməsi haqqında qərar qəbul edib.Nazirlər Kabinetindən verilən məlumata görə, bu qanun «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib. Qərara əsasən Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən Maliyyə Monitorinqi Xidmətinə (MMX) Azərbaycana gətirilən və ya çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasını müəyyən edəcək. DGK valyuta sərvətlərinin ölkəyə gətirilməsi və ya çıxarılması əməliyyatlar barədə məlumatları dərhal MMX-nə təqdim etməlidir. DGK-nin müvafiq vəzifəli şəxsləri məlumatların təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
|
Категория: İqtisadiyyat |
Просмотров: 1594 |
Добавил: GOYCE_QARTALI
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|