Cüme, 22.11.2024, 08:04
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » MOLDOVADA MÜXALİFƏT HAKİMİYYƏTƏ GƏLİR
18:13
MOLDOVADA MÜXALİFƏT HAKİMİYYƏTƏ GƏLİR
Moldovada bir gün əvvəl keçirilən təkrar parlament seçkilərində müxalifətdə olan partiyalar yerlərin yarıdan çoxunu qazana biliblər. Seçkilərin rəsmi nəticələri məlum olmasa da, bildirilir ki, hakim Kommunist Partiyası səslərin təqribən 45 faizini toplayıb. Bu nəticəyə görə kommunistlər 101 yerlik parlamentdə yerlərin 48-ni əldə edir və hakim siyasi qüvvədən müxalifətə çevrilir. Seçkilərə qatılan dörd müxalifət partiyası isə cəmi 53 mandat qazana bilər. Bu səslər imkan verir ki, onlar koalision hökumət formalaşdırsınlar.
Lakin prezidenti seçmək üçün azı 61 səs lazımdır və bu səbəbdən müxalifət dövlət başçısı postuna seçkiləri keçirə bilmək üçün kommunistlərlə anlaşmalıdır. Konstitusiyaya görə, baş nazir postuna namizədliyi prezident irəli sürür, deməli, prezident seçmədən müxalifət hökuməti də formalaşdıra bilməz.
Moldovada bu ilin mayında keçirilən parlament seçkiləri zamanı Kommunist Partiyası yerlərin əksəriyyətini qazandığını elan etmişdi. Nəticələri böyük etirazlara səbəb olan və hökumət binalarının nümayişçilər tərəfindən tutulub yandırılmasına gətirib çıxaran bu seçkilərdən sonra kommunistlərin prezident seçmək üçün cəmi bir səsləri çatmadı. Prezident Vladimir Voronin isə üçüncü dəfə bu posta namizədliyini irəli sürmədi, ikinci post olan spikerliyi tutdu. Moldova parlamentində müxalifətin prezident seçkilərini boykot etməsi üzündən yeni prezidenti seçmək mümkün olmadı və Voronin səlahiyyətlərinə uyğun olaraq parlamenti buraxıb yeni seçkilər təyin etdi. Bu seçkilərin nəticələri isə belə görünür ki, Avropanın mərkəzində 8 ildir hakimiyyətdə olan kommunistlər üçün daha acınacaqlı olub.
Moldova müxalifəti bəyan edir ki, “exit-poll” nəticələrinə görə onlar 59 faiz səs yığıblar və yerlərin 58-ni qazanıblar. Lakin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, müxalifət partiyaları arasında yerlər bu cür paylanır: Liberal-demokrat partiyası-17 yer, Liberal partiyası-15 yer, Demokrat partiyası 13 yer və “Bizim Moldova” alyansı-8 yer. Seçkilərin ilkin nəticələrinin məlum olmasından sonra prezident səlahiyyətlərini icra edən Vladimir Voronin bildirib ki, ölkəyə geniş koalisiya lazımdır. Onun sözlərinə görə, yarım ildən çoxdur davam edən siyasi çəkişmələri yalnız bu yolla aradan qaldırmaq olar. Lakin parlamentdə təmsil olunmaq hüququ qazanan liberal partiyalar kommunistlərlə koalisiyaya getməyəcəklərini elan ediblər. İyulun 30-na keçən gecə parlamentə keçən dörd müxalifət partiyası öz aralarında koalisiya qurmaq üçün ilkin razılıq əldə ediblər. Bu barədə Liberal-demokrat partiyasının lideri Vladimir Filat bildirib. Ekspertlərə görə, müxalifətin parlamentdə kommunistlərə qarşı koalisiya qurması siyasi böhranı daha da dərinləşdirəcək. Çünki bu halda onların prezident seçkisini keçirmək imkanı olmayacaq. Prezidenti seçə bilməyən parlament isə yenidən buraxılmalı olacaq. Kommunistlərlə anlaşma isə o halda mümkün ola bilərdi ki, prezident postuna bu partiyanın namizədi seçilsin. Bu səbəbdən Moldovada demokratiyanın qələbəsi haqda danışmaq olar, ancaq siyasi böhranın aradan qalxacağını demək üçün çox tezdir.
Категория: Dünyadan xeberler | Просмотров: 1269 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024