Cüme, 22.11.2024, 08:23
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » BAKIDA “ƏL-QAİDƏ”çilərə QARŞI ƏMƏLİYYAT KEÇİRİLİB
09:28
BAKIDA “ƏL-QAİDƏ”çilərə QARŞI ƏMƏLİYYAT KEÇİRİLİB
Hüquq-mühafizə orqanları Bakıda silahlı “əl-Qaidə” üzvlərinin peyda olması barədə əməliyyat məlumatları əldə edib və bununla bağlı operativ tədbirlər görülür. Bu barədə əməkdaşımıza hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Əməliyyat məlumatına əsasən silahlı “əl-Qaidə” üzvlərinin əsasən Bakıətrafı kəndlərdə yerləşdikləri bildirilir. Elə buna görə də hüquq-mühafizə orqanları da əməliyyat-axtarış tədbirlərini əsasən Bakı kəndlərində aparırlar. Əməliyyat maksimum dərəcədə məxfiliyin qorunmasına əməl olunmaqla həyata keçirilir.
Əldə etdiyimiz məlumata görə, axtarışlar əsasən Kürdəxanı, Pirşağı kəndləri ərazisində və Ləhiş bağlarında gecə saatlarında aparılır. Məqsəd həm əhalini təşvişə salmamaqdır, həm də silahlıların gecə saatlarında müəyyən istiqamətlərdə hərəkət etmələrinə dair məlumatların olmasıdır.
Onu da öyrəndik ki, gündüz saatlarında da adıçəkilən kəndlərin ərazisində növbə çəkən post patrul xidməti əməkdaşlarının sayı artırılıb. Onlar əsasən dükanları nəzarətdə saxlayaraq alış-verişə gələnlər arasında şübhəli şəxslərin olub-olmadığını müəyyənləşdirmək istəyirlər.
Qeyd edək ki, “əl-Qaidə”çilərin Azərbaycana ayaq açdıqları və burda müəyyən fəaliyyətlərinin olduğu heç kimə sirr deyil. Zaman-zaman bu terror təşkilatı ilə əlaqədə şübhəli bilinən Azərbaycan və digər ölkə vətəndaşları həbs olunublar. Bir müddət öncə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hacı Çankayevin rəhbərlik etdiyi 15 nəfərlik dəstə üzvlərinə hökm oxunub. Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət həmin dəstənin üzvləri dini təmayüllü təşkilatların, “əl-Qaidə”nin üzvü olublar, Gürcüstanın Pankisi dərəsindəki düşərgələrdə təlim keçiblər. Dəstə üzvləri terror əməlləri törətməkdə, qanunsuz yolla silah-sursat əldə etmək və gəzdirməkdə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı Mövlan Əlibəyovu qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunub.
Qəzet çapa hazırlanarkən aldığımız məlumata görə, Bakı kəndlərində gizlənən və “əl-Qaidə” üzvləri olduğu ehtimal edilən şəxslərin yerinin müəyyənləşdirilərək həbs olunması istiqamətində aparılan əməliyyat tədbirləri davam edir
Категория: Kriminal | Просмотров: 4440 | Добавил: Ferid | Рейтинг: 3.4/10
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024