Eurovision 2009"un 3-cüsü Aysel Teymurzadə növbəti yaradıcılıq planlarının həllini düşünür. Müğənni yaxın vaxtlarda yenidən Türkiyəyə səfər edəcəyini bildirib. Aysel Tarkanla duet oxumaq planının, nəhayət, baş tutacağını vurğulayıb: "Tarkanla görüşdən əvvəl mən “Türkiyədə keçirilən "Çeşmə" musiqi festivalında qonaq qismində çıxış etdim. Türkiyədə səfərdə olarkən Tarkanla eyni mehmanxanada qalırdıq. Bu səbəbdən söhbətimiz sıx-sıx olurdu. İzmirdən İstanbula da eyni təyyarədə gəldik. Əməkdaşlığa başlamaq üçün artıq bir sıra danışıqlar olub. Lakin planlarımız barədə qabaqcadan danışmaq istəmirəm". A.Teymurzadə dünya şöhrətli “Warner Music” şirkəti ilə müqavilə imzaladığını da vurğulayır: “Bir müddətdən sonra mənim prodüserim Henrik Ulman adlı bir şəxs olacaq. Mənim bir az əvvəl qeyd etdiyim albomum üzərində həmin şəxs işləyir. Bu albomum da tezliklə bir çox ölkəyə səs salacaq. Onun təbliğatının yüksək səviyyədə aparılacağını öyrənmişəm. Şirkətlə növbəti layihələrim isə daha möhtəşəm olacaq”. Onu da qeyd edək ki, Aysel bu ayın sonunda Slovakiyada daha bir konsert proqramı ilə çıxış etməyi planlaşdırır. Xəbəri xidməti