Cüme, 22.11.2024, 08:03
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » Milli Elm və Texnologiya Strategiyasının hazırlanmasına aid konfrans keçirilib
17:48
Milli Elm və Texnologiya Strategiyasının hazırlanmasına aid konfrans keçirilib
Milli Elm və Texnologiya Strategiyasının hazırlanması, eləcə də bu sahələrdə islahatların aparılmasına kömək və s. məsələlərin müzakirə edilməsi məqsədilə UNESCO-nun Elm və texnologiyaların öyrənilməsi və strateji planlaşdırma seksiyasının rəhbəri Eduardo Martinez-Qarsia, bu təşkilatın eksperti Piter Tindemans və müşaviri Vəfa Mustafayevdən ibarət nümayəndə heyəti Bakıya səfər edib.

AMEA-dan verilən məlumata görə, səfər çərçivəsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Milli Elm və Texnologiya Strategiyasının hazırlanması məsələlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Elmar Qasımov və digər dövlət rəsmilərinin, AMEA institut rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın qəbulunun əhəmiyyətindən danışıb.

UNESKO-nun eksperti Piter Tindemans elmin inkişafına dair müxtəlif üsulların mövcud olduğunu bildirərək, bu məsələdə vacib amillərdən birinin də elmin maliyyələşdirilməsi məsələsi olduğunu bildirib. O, “Azərbaycanın elm, texnologiya və innovasiya siyasətində tələbatlar və bu məqsədə çatmaq üçün praktiki yolun Livan təcrübəsi” məruzəsi ilə çıxış edib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev milli strategiyanın qarşısında duran məsələlər üzrə işçi qrupunun yaradılmasını, sözügedən strategiyanın həyata keçirilməsi məsələlərinə həsr olunmuş ümumrespublika konfransının keçirilməsini təklif edib.

Tədbirdə çıxış edən Kibernetika İnstitutunun direktoru Telman Əliyev, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev, Elmi İnnovasiyalar Mərkəzinin direktoru Fərman Qasımov, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı və digərləri elmi tədqiqatların və innovasiya fəaliyyətinin maliyyələşdirilməsinə dair effektiv mexanizmlərin inkişafı problemlərinin həllinin vacibliyini qeyd edərək, bu sahədə dünya təcrübəsinin önəmliliyini vurğulayıblar.

Категория: İnformasiya Texnologiyaları | Просмотров: 2315 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Emin  
0
Salam doslar

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024