McAfee-dən qaynaqlanan məlumata görə, 2009-cu ilin 1-ci yarısında 1.2 milyon kompüter zərərvericisi təyin olunub. 2008-ci ilin mart ayında isə zərərvericilərin son sərhəddi 500 mində dayanırdı. Bütün təhlükəsizlik firmalarından alınan məlumatlara görə, 2008-ci ildə cəmi 1.5 milyon zərərlinin iş başında olduğu təsbit edilib. McAfee Təhlükəsizlik Araşdırma və Rabitə mütəxəssisi Dave Marcus zərərvericilərin çox olamsı ilə bağlı belə açıqlama verib: “Kompüter zərərvericilərinin bu cür sürətlə yayılması onu göstərir ki, etibarlı zənn etdiyimiz sektorların çoxu əslində etibarsızdır”. McAfee-dən əldə edilən məlumatlara görə, Trojanlar istifadəçi şifrələrini oğurlamağa çalışan oyun və ictimailəşmə adı altında yayımlanan saytlardan yayılır. Statistik göstəricilərdən aydın olur ki, kompüter zərərvericiləri 2009-cu ili öz illəri elan ediblər
|