Cüme, 22.11.2024, 07:07
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » AZƏRBAYCAN ƏHALİSİNİN YARIDAN ÇOXU MÜSƏLMAN DEYİL?
18:07
AZƏRBAYCAN ƏHALİSİNİN YARIDAN ÇOXU MÜSƏLMAN DEYİL?
Məzhəbindən asılı olmayaraq bütün müsəlmanları birləşdirən ortaq cəhət onların bir olan Allaha iman gətirməsidir. İman sözünün mənası isə Allaha, Onun peyğəmbərlərinə və nazil etdiyi kitablara inanmaq deməkdir. Qurani-Kərim İslamın 5 əsas təməl üzərində qurulduğunu buyurur: Allahdan başqa (ibadətə layiq olan) ilahi qüvvənin olmamasına və Hz. Məhəmmədin (s.ə.s.) Onun qulu və elçisi olmasına şəhadət gətirmək (kəlmeyi-şəhadət), namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc ziyarətinə getmək.
Təbii ki, sadalananlar müqəddəs Quranda qeyd olunanlardır. Xristianlıqdan imtina edib İslamı qəbul edən avropalıların məhz Quranı oxuyandan sonra bu dinə tapınması təsadüfi deyil. 23 il ərzində Cəbrayıl (ə) vasitəsilə Həzrəti Məhəmmədə (s) nazil edilən Qurani-Kərimdə insanlar üçün haram sayılan və əxlaqın mənfi xüsusiyyətləri kimi qiymətləndirilən əməllər də qeyd edilib. Allaha şərik qoşmaq, paxıllıq, qeybət, zina insana haram buyurulan keyfiyyətlər sırasındadır.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandır. Lakin bəzi din xadimləri İslamın haram saydığı spirtli içki qəbul edən, dinimiz tələb etdiyi kimi geyinməyən və sair kimi qadağalara riayət etməyən şəxslərin müsəlman olmadığını iddia edirlər. Yəni belə çıxır, azərbaycanlıların böyük qismi müsəlman sayılmır. (Sadəcə spirtli içki içənlərin hansı həddə olduğunu yada salsaq, ortaya yekə bir sual çıxır- red.) Belədirmi?
Sualla əvvəlcə Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslıya müraciət etdik. Hacı Tahirə görə, kəlmeyi-şəhadətini bilən adam artıq İslam dininə qədəmlərini qoymuş olur və müsəlman olduğunu bəyan edir: “Əsas odur ki, insan qeyb aləminə inana və iman gətirə. Quran ayələrində qeyd edilənləri yerinə yetirmək isə sonrakı mərhələdir. Müsəlman həmin ayinlərə tam olaraq əməl edəndə daha yüksək məqamlara yetişir. İnsanların Quranda qeyd edilənlərə riayət etməməsi onların faciəsidir. Çünki saf əxlaq və mənəviyyat olmayan yerdə naqis xüsusiyyətlər meydana çıxır. Quran bütün nəsillər üçün nazil edilib. İnsan maddi və qeyri-maddi dünya arasında rabitə yaratmalıdır. Amma biz Quranda olan vəhyləri eşidə bilmirik. Qəlbimiz ona bağlıdır. Faciəmiz də bundan başlayır. Hər kəs öz çərçivəsini bilməlidir. İnsan insani keyfiyyətlərini ortaya qoymalıdır”. Həmsöhbətimiz insanın öz nəfsini tərbiyə etməsi ilə şeytanla mübarizənin vəhdət təşkil etdiyini xatırlatdı: “İnsanlar nəfs kimi naqis şeylərdən azad deyil. O, ilk növbədə şeytandan azad olmalıdır. Təkəbbür, paxıllıq, qərəz, qəzəb kimi naqis keyfiyyətlər iradə, cəsarət, namus, mərhəmət, səxavət, vicdan kimi əməllərlə əvəz edilməlidir. Allah buyurur: "Mən sizi özümdən yaratmışam və Mən pakam. Siz də pak əqidə ilə Mənə yaxın gəlməlisiniz". Hər bir insanın xislətində yaxşı əməllər var. Əsas odur ki, onları hərəkətə gətirəsən. İnsanın daşıya bilməyəcəyi yük ona yüklənmir. Hər şey də ibadətlə məhdudlaşmır. Peyğəmbər əhli-beytinin getdiyi yol insanlara nümunə olmalıdır".
Hacının fikrincə, müsəlmanın dörd vəzifəsi var: “Malını, canını, abrını və namusunu qorumaq. İnsan öz həyatını həm ciddiləşdirməli, həm də müqəddəsləşdirməlidir. İlk addımı da öndə gedən rəhbərimiz və ziyalılarımız atmalıdır”.
Din sahəsi üzrə ekspertlərdən olan Kənan Rövşənoğlunun sözlərinə görə, İslam dininə şəhadət gətirənlər, Allahın bir olduğuna və Məhəmməd peyğəmbərin (s) onun rəsulu olduğuna inanan adamlar müsəlman sayılır: “Bunlar imanın əsas sütunudur. Bundan sonra ibadət və əməllər gəlir ki, onlar da bəndəlik vəzifələridir. Peyğəmbərlərə inanan və iman gətirənlər müsəlman hesab olunurlar
Категория: Medeniyyet | Просмотров: 1612 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024