Çerşenbe axşamı, 30.04.2024, 07:07
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » Xeberlerin arxivi
Məzhəbindən asılı olmayaraq bütün müsəlmanları birləşdirən ortaq cəhət onların bir olan Allaha iman gətirməsidir. İman sözünün mənası isə Allaha, Onun peyğəmbərlərinə və nazil etdiyi kitablara inanmaq deməkdir. Qurani-Kərim İslamın 5 əsas təməl üzərində qurulduğunu buyurur: Allahdan başqa (ibadətə layiq olan) ilahi qüvvənin olmamasına və Hz. Məhəmmədin (s.ə.s.) Onun qulu və elçisi olmasına şəhadət gətirmək (kəlmeyi-şəhadət), namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc ziyarətinə getmək.
Təbii ki, sadalananlar müqəddəs Quranda qeyd olunanlardır. Xristianlıqdan imtina edib İslamı qəbul edən avropalıların məhz Quranı oxuyandan sonra bu dinə tapınması təsadüfi deyil. 23 il ərzində Cəbrayıl (ə) vasitəsilə Həzrəti Məhəmmədə (s) nazil edilən Qurani-Kərimdə insanlar üçün haram sayılan və əxlaqın mənfi xüsusiyyətləri kimi qiymətləndirilən əməllər də qeyd edilib. A ... Ardını oxu »
Категория: Medeniyyet | Просмотров: 1575 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb. Lakin eyni zamanda kondisionerlərin ziyanı barədə söz-söhbətlər də bir o qədər çoxalıb. Bəzilərinin fikrincə, onlardansa, təbii sərinlik daha yaxşıdır. Doğrudanmı texnikanın bu gözəl nailiyyəti insan səhhəti üçün fəsadlar yarada bilər?
İnternetdə apardığımız araşdırma zamanı məlum oldu ki, “legionellez xəstəliyi” adlanan xəstəlik split-sistem ilə deyil, suyun soyuyub-istiləşməsi nəticəsində işləyən kondisionerlərlə bağlıdır. Azərbaycanda məhz split-sistemli kondisionerlərdən danışmaq lazımdır. Belə ki, belə kondisionerlərin təsiri ilə soyuqdəymələrin 90 faizinə ondan istifadənin ilk günlərindəcə rast gəlinir. Əgər insan 30 dərəcəlik istidən gəlib 18 dərəcəli kondisionerin altında oturursa, onda soyuqdəymə qaçılmazdır. Ona görə kiçik məkanda yerləşən ofislərdə çalışmaq lazım ... Ardını oxu »
Категория: Sehiyye | Просмотров: 1455 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (1)

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Ermənistan mətbuatına verdiyi yeni açıqlamada “Madrid prinsipləri”indəki hiylənin üstünü açıb. Brayza deyib ki, bu sənəddə yer alan “hüquqi nəticələrə malik öz iradəsini ifadə etmə” anlayışı elə referendum deməkdir.

“News.am” saytına açıqlamasında o bildirib ki, Dağlıq Qarabağın yekun statusunu müəyyən etmək üçün nəzərdə tutulan “referendum”, “plebistsit” və “leqal öz iradəsini ifadə etmə” terminləri arasında heç bir fərq yoxdur. “Bütün bunlara beynəlxalq diplomatiyada evfemizmlər deyilir (evfemizim-qarşı tərəfin narazılığına səbəb ola biləcək hansısa arzuolunmayan ifadənin və ya terminin mənası onunla eyni olan başqa ifadə ilə əvəzlənməsi, habelə müəyyən faktları pərdələmək üçün işlədilən ifadələrdir).

Bununla da Brayza “referendum” termininin Azərbaycan ictimaiyyətində narazılıq yarada biləcəyini nəzər ... Ardını oxu »

Категория: Siyaset | Просмотров: 1206 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

Türkiyəli həmkarlarımızın fikrincə, Rəşad Sadıqovun «Kocaelispor»da oynayacağı böyük sual altındadır (livesport.az). «Qarabağ»ın Türkiyədəki hazırlığı zamanı İzmit klubu ilə razılığa gələn yığmamızın müdafiəçisi Avropa Liqasında komandamıza kömək etdikdən sonra qonşu ölkəyə yollanmalı idi.
Amma təmsilçimizin qitə miqyaslı turnirdə uğurlu çıxışı Rəşad Sadıqovun da Ağdam klubunda qalmaq şanslarını artırıb. Bu barədə yekun qərar verilməsə də, «Rusenborq»un qapısından həlledici topu keçirən müdafiəçi Azərbaycanda oynamaq ehtimalını da istisna etməyib.
Türkiyə mətbuatı qonşu ölkənin «Denizlispor» və «Kasımpaşa» klublarının Rəşadla yaxından maraqlandığını yazıb. Ötən mövsümdən Rəşad Sadıqova 100 min lirə borclu qalan «Kocaelispor» futbolçumuzla 300 min dollar məbləğində müqavilə bağlamaq niyyətində olub. Amma izmitlilər uğurlu çıxışdan sonra müdafiəçinin bu ... Ardını oxu »
Категория: İdman xeberleri | Просмотров: 1682 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

Eurovision 2009"un 3-cüsü Aysel Teymurzadə növbəti yaradıcılıq planlarının həllini düşünür. Müğənni yaxın vaxtlarda yenidən Türkiyəyə səfər edəcəyini bildirib. Aysel Tarkanla duet oxumaq planının, nəhayət, baş tutacağını vurğulayıb: "Tarkanla görüşdən əvvəl mən “Türkiyədə keçirilən "Çeşmə" musiqi festivalında qonaq qismində çıxış etdim. Türkiyədə səfərdə olarkən Tarkanla eyni mehmanxanada qalırdıq. Bu səbəbdən söhbətimiz sıx-sıx olurdu. İzmirdən İstanbula da eyni təyyarədə gəldik. Əməkdaşlığa başlamaq üçün artıq bir sıra danışıqlar olub. Lakin planlarımız barədə qabaqcadan danışmaq istəmirəm".
A.Teymurzadə dünya şöhrətli “Warner Music” şirkəti ilə müqavilə imzaladığını da vurğulayır: “Bir müddətdən sonra mənim prodüserim Henrik Ulman adlı bir şəxs olacaq. Mənim bir az əvvəl qeyd etdiyim albomum üzərində həmin şəxs işləyir. Bu albomum da tezliklə bir çox ölkəy ... Ardını oxu »
Категория: Şou | Просмотров: 2254 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (2)

“GEN” MMC işində zərərçəkənlərdən biri Cəmilə Həsənova dünən Bakı şəhər prokuroru Əziz Seyidovun qəbul otağında damarlarını doğrayıb. Hadisədən dərhal sonra “GEN” MMC işində zərərçəkənlərdən bir qisminin hüquqlarını müdafiə edən “Demokratiyanın müdafiəsinə kömək” İctimai Birliyinin prezidenti Vidadi İsgəndərovla əlaqə saxlayan qadın dünyasını dəyişəcəyi təqdirdə ölümündə Respublika və Bakı Şəhər prokurorluqları rəhbərliyinin günahkar olduğunu bildirib. V.İsgəndərovun qəzetimizə verdiyi açıqlamaya görə, C.Həsənova iş üzrə ibtidai və hazırda məhkəmə istintaqının qeyri-obyektiv aparılmasına, “GEN” MMC prezidentindən rüşvət almış məmurların istintaqa cəlb edilməməsinə etiraz əlaməti olaraq damarlarını doğrayıb.
C.Həsənovanın şəhər prokurorluğunun qəbul otağında intihara cəhd etməsi barədə məlumat aldıqdan sonra onun özü ilə əlaqə saxladıq. Bakı Şəhər Prokurorluğu ... Ardını oxu »
Категория: Kriminal | Просмотров: 3827 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

McAfee-dən qaynaqlanan məlumata görə, 2009-cu ilin 1-ci yarısında 1.2 milyon kompüter zərərvericisi təyin olunub. 2008-ci ilin mart ayında isə zərərvericilərin son sərhəddi 500 mində dayanırdı.

Bütün təhlükəsizlik firmalarından alınan məlumatlara görə, 2008-ci ildə cəmi 1.5 milyon zərərlinin iş başında olduğu təsbit edilib.

McAfee Təhlükəsizlik Araşdırma və Rabitə mütəxəssisi Dave Marcus zərərvericilərin çox olamsı ilə bağlı belə açıqlama verib: “Kompüter zərərvericilərinin bu cür sürətlə yayılması onu göstərir ki, etibarlı zənn etdiyimiz sektorların çoxu əslində etibarsızdır”.

McAfee-dən əldə edilən məlumatlara görə, Trojanlar istifadəçi şifrələrini oğurlamağa çalışan oyun və ictimailəşmə adı altında yayımlanan saytlardan yayılır. Statistik göstəricilərdən aydın olur ki, kompüter zərərvericiləri 2009-cu ili öz illəri elan ediblər

Категория: İnformasiya Texnologiyaları | Просмотров: 1162 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

Milli Elm və Texnologiya Strategiyasının hazırlanması, eləcə də bu sahələrdə islahatların aparılmasına kömək və s. məsələlərin müzakirə edilməsi məqsədilə UNESCO-nun Elm və texnologiyaların öyrənilməsi və strateji planlaşdırma seksiyasının rəhbəri Eduardo Martinez-Qarsia, bu təşkilatın eksperti Piter Tindemans və müşaviri Vəfa Mustafayevdən ibarət nümayəndə heyəti Bakıya səfər edib.

AMEA-dan verilən məlumata görə, səfər çərçivəsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Milli Elm və Texnologiya Strategiyasının hazırlanması məsələlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Elmar Qasımov və digər dövlət rəsmilərinin, AMEA institut rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov “Azərb ... Ardını oxu »

Категория: İnformasiya Texnologiyaları | Просмотров: 2260 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (1)

Azərbaycanı bu ilki “Eurovison” mahnı yarışmasında təmsil edən Aysel hazırda Türkiyədədir.Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ilk dəfə getdiyi ölkədə o, 20-ci Beynəlxalq Çeşmə Dəniz Şənliklərində çıxış edib.Qəzetin suallarını cavablandıran 20 yaşlı müğənni “Eurovison” yarışmasına getmək üçün 40 namizəd arasından seçildiyini öyrənəndə çox sevindiyini açıqlayıb: “Seçilən vaxt çox sevinirdim. Çünki mən hələ uşaqlığımdan bəri səhnələrə çıxmaq xəyalını qururdum. Bu yarışma mənim karyeramın möhtəşəm bir başlanğıcıdır. Bu, hər kəsə qismət olmayan şeydir. Əvvəllər bu qədər tanınmırdım, indi isə məni Azərbaycanda milli qəhrəman kimi görürlər. Yarışmada üçüncü olduq, ancaq bu nəticə Azərbaycan üçün birinciliyə bərabər kimidir”.Sevgilisinin olmadığını deyən Aysel “Eurovision” yarışmasından sonra çoxlu evlilik təklifi aldığını da deyib: “Hazırda ailə qu ... Ardını oxu »
Категория: Şou | Просмотров: 2186 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (5)

“Finlandiyaya əsl peşəkar komanda gəlib. Ötən mərhələdə qarşımıza Şimali İrlandiya “Banqor”unun uşaqları çıxmışdısa, indi vəziyyət tam fərqlidir”. Bu sözləri Finlandiyanın “Honka” klubunun baş məşqçisi Mika Lexkosuo deyib.

Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Espo təmsilçisinin çalışdırıcısı ilk oyun ərəfəsində mətbuat konfransı keçirib. Lexkosuo təmsilçimizin güclü tərəflərindən xəbərdar olduğunu açıqlayıb: “Qarabağ”ın “Rusenborq”la hər iki oyununun DVD diskini izləmişik. Rəqibimizin komanda oyunu futbolçuların fərdi ustalığı ilə müqayisədə daha çox diqqət çəkir. Onlar çox sıx oynayıb, sərt mübarizə aparır. Özü də çox diqqətli və intizamlıdırlar. “Rusenborq” iki görüşün üst-üstə 180 dəqiqəsi ərzində qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Bu da “Qarabağ”ın müdafiəsinin əməyidir. Amma hücum xəttindəki yaradıcılıq haqda bu söz ... Ardını oxu »

Категория: İdman xeberleri | Просмотров: 1455 | Добавил: GOYCE_QARTALI | Дата: 30.07.2009 | Комментарии (0)

« 1 2 ... 5 6 7 8 9 »
Giriş
Axtarış
Kalendar
«  Апрель 2024  »
B.eÇ.aÇeC.aŞeBa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Xeberlerin arxivi
Copyright Admin © 2024