|
Главная » 2009 » Avqust » 3 » RƏFSƏNCANİ ƏHMƏDİNEJADIN TƏSDİQLƏNMƏ MƏRASİMİNƏ GƏLMƏDİ
23:58 RƏFSƏNCANİ ƏHMƏDİNEJADIN TƏSDİQLƏNMƏ MƏRASİMİNƏ GƏLMƏDİ |
Mahmud Əhmədinejad seçkilərin qalibi elan edilərək, ikinci müddətə prezident vəzifəsində İranın ali ruhani rəhbəri tərəfindən təsdiq edilib. Təsdiqləmə mərasimində cənab Əhmədinejadın rəqibləri və sabiq prezident Haşimi Rəfsəncani iştirak etməyib. Şərhçilər bunu seçkilərin nəticələrinə açıq etiraz əlaməti kimi dəyərləndirir. Çərşənbə günü parlament qarşısında andiçmədən sonra Mahmud Əhmədinejad rəsmi olaraq prezident vəzifəsinin icrasına başlayacaq. Təhlilçilərə istinadən andiçmə mərasimindən sonra parlamentin təsdiqindən yeni hökumət üzvlərini keçirmək cənab Əhmədinejad üçün əsl sınağa çevrilə bilər. Beləki, millət vəkilləri arasında son olaylara dair birmənalı fikir yoxdur, və hökumətin təsdiqlənmə prosesi hazırda pərdə arxasında davam edən mübarizənin açıq formasına çevrilə bilər. Bu arada müxalifət liderləri etiraz edənlərin işi ilə bağlı ötən həftə başlayan məhkəmə proseslərini tənqid ediblər. Müxalifət məhkəməni konstitusiyanın pozulması və sistemin dəyərlərinə inamı sual altına alan kimi qiymətləndirir.
|
Категория: Dünyadan xeberler |
Просмотров: 1263 |
Добавил: VAZGEC_GONLUM
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|