Cüme, 22.11.2024, 02:22
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 3 » RUS HƏRBÇİLƏRİ GÜRCÜSTANIN İÇƏRİSINƏ İRƏLİLƏYİR
23:44
RUS HƏRBÇİLƏRİ GÜRCÜSTANIN İÇƏRİSINƏ İRƏLİLƏYİR
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkəyə dair təcavüz planları haqda yeni bəyanatla çıxış edib. Bəyanatda deyildiyinə görə, avqustun 2-də Rusiya hərbçiləri Cənubi Osetiya istiqamətindən Qori rayonunun Kveşi kəndi ərazisinə daxil olublar və dirəklər basdırdıqdan sonra geri qayıdıblar. Gürcüstan XİN bu cəhdi Rusiyanın “ölkə ərazilərinin içərilərinə doğru yeni müdaxiləsi” adlandırır.

Bəyanatda deyilir ki, iki gün əvvəl osetin separatçıları Gürcüstanın nəzarətində olan yeni əraziləri ələ keçirmək niyyətləri haqda bildiriblər. Çox keçmədən onların niyyətlərini Rusiya hərbçiləri həyata keçirmək istəyib. Söhbət Gürcüstanın nəzarətində olan Kazbek rayonunun Truso dərəsindən gedir və osetin tərəfi həmin ərazilərin “qədim osetin torpağı” olduğunu iddia edərək sərhədləri qabağa çəkməyə çalışır.
Rəsmi Tiflis Qori rayonuna Rusiya hərbçilərinin müdaxiləsini qətiyyətlə pisləyərək mümkün təxribatlara görə bütün məsuliyyətin Moskvanın üzərinə düşəcəyini bildirir. Gürcüstan XİN eyni zamanda beynəlxalq ictimaiyyəti bu təcavüz faktına diqqət yetirməyə çağırır.
Xatırladaq ki, son günlər gürcü-osetin münaqişəsi zonasında vəziyyətin yenidən gərginləşməsi müşahidə edilir. İyulun 29-dan başlayaraq Cənubi Osetiya separatçıları Gürcüstan ordusunun mövqelərindən Sxinvali şəhərinin ağır silahlarla atəşə tutulduğu haqda məlumatlar yayıblar. Ötən həftə sonu Rusiya Müdafiə Nazirliyi bu atəşlərə “bütün vasitələrlə cavab verilə biləcəyi” haqda xəbərdarlıqla çıxış edərək Gürcüstana ötən ilin avqustunda baş verənləri xatırladıb.
Rəsmi Tiflis və münaqişə bölgəsindəki beynəlxalq müşahidəçilər Sxinvalinin atəşə tutulması faktını təkzib edirlər. Buna baxmayaraq Rusiya və Cənubi Osetiya mənbələri davamlı olaraq Gürcüstanın “sərhəddə” hərbi qüvvə cəmləşdirdiyi və guya Sxinvali üzərinə yeni hücuma hazırlaşdığı haqda həyəcanlı xəbərlər yaymaqdadır. Ekspertlər vəziyyətin ötən il avqustun 8-də Rusiyanın Cənubi Osetiya əhalisinin müdafiəsi adı altında Gürcüstana hərbi müdaxiləsi ərəfəsini xatırlatdığını bildirirlər.
Məlumatlara görə, on minlərlə hərbçidən ibarət Rusiya qoşun qruplaşmaları Şimali Qafqazdakı hərbi bazalarda Gürcüstana mümkün müdaxilə üçün hazır vəziyyətdə gözləyir.

Категория: Dünyadan xeberler | Просмотров: 1839 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 3.3/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024