Çerşenbe, 24.04.2024, 15:27
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 3 » “BAKI” SOFİYAYA YOLA DÜŞÜB
16:37
“BAKI” SOFİYAYA YOLA DÜŞÜB
AZAL» dövlət şirkətinin çarter reysini qəbul etməkdən imtina etməsi haqda yaydığı məlumat şişirdilib. «Bakı»nın vitse-prezidenti Yaşar Seyidovun Turana verdiyi məlumata görə, komanda, planlaşdırıldığı kimi, 3 avqust saat 13.00-da Sofiyaya yola düşür, reysin ləğvi haqda heç bir bildiriş daxil olmayıb. Öz növbəsində, «AZAL»ın xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, Bolqarıstan tərəfin Azərbaycan təyyarəsini qəbul etməkdən imtina etməsi haqda heç bir məlumatı yoxdur. «Belə bir şey ola bilməz, bu, Beyənəlxalq Aviasiyanın Təşkili Konvensiyasının pozulması olardı», - deyə Səfərli bildirib.
Qeyd edək ki, avqustun 4-də Sofiyada yerli «Levski» və Bakının «Bakı» klubu arasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu keçirilməlidir.
İyulun 28-də birinci oyun Bakıda keçirilib və heç-heçə başa çatıb.
Lakin Bakıdan gedərkən Bolqarıstan komandası problemlərlə üzləşib.
Bolqarıstan komandası aeroporta gec gəldiyi üçün təyyarə 00.00-a qədər uça bilməyib. Azərbaycanda bu yaxınlarda gecə uçuşları qadağan edilib və bolqarlara saat 07.00-a qədər gözləmək və ya cərimə ödəmək təklif edilib.
Bolqarıstan tərəfi cərimə ödəmək məcburiyyətində qalıb. «AZAL» dövlət şirkəti baş verənlərə görə məsuliyyəti komandaya xəbərdarlıq etməli olan Bolqarıstan aviaşirkətinin üzərinə qoyub.
Lakin «Levski» klubunun nümayəndələri bir həftə sonra «Bakı»nı da belə qəbul edəcəklərini vəd ediblər.
Bazar ertəsi saat 11.15-də Bakıdan yola çıxmazdan əvvəl «Bakı» FK-nin vitse-prezidenti Yaşar Seyidov “Turan”ın müxbirinə deyib: «Komanda təyyarəyə minir, heç bir problem yoxdur. Biz Sofiyaya yola düşürük. 100 faiz əminliklə deyə bilmərəm, bizi qəbul edəcəklər, ya yox. Amma istənilən halda, ümid edirik ki, problem yaranmayacaq», deyə o bildirib.
Категория: İdman xeberleri | Просмотров: 1606 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024