Cüme, 22.11.2024, 01:31
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 3 » GÜRCÜSTAN ƏTRAFINDA GƏRGİNLİK SON HƏDDƏ
16:32
GÜRCÜSTAN ƏTRAFINDA GƏRGİNLİK SON HƏDDƏ
GÜRCÜSTAN ƏTRAFINDA GƏRGİNLİK SON HƏDDƏ Rus ordusu hücuma hazırdırOn minlərlə əsgərdən ibarət qruplaşmalar Şimali Qafqazda hazır vəziyyətdə gözləyir; bəs Kremlə yeni müharibə gərəkdirmi? Rusiyanın on minlərlə əsgərdən ibarət hərbi qruplaşmaları Şimali Qafqazdakı bazalarda Gürcüstana müdaxilə üçün hazır vəziyyətdə gözləyir. Regional KİV-lərin xəbərlərinə görə, ötən ay keçirilən irimiqyaslı hərbi manevrlərdə iştirak edən qoşun qruplaşmaları yüksək döyüş hazırlığı vəziyyətindədir və əmr veriləcəyi təqdirdə qısa müddətdə Gürcüstan üzərinə hərəkət edəcək. Rusiyanın xüsusi təyinatlı quru qüvvələri və hava desant qüvvələri də Gürcüstana qarşı mümkün yeni müharibə üçün hazırdır. Bu hazırlıqlar bir neçə aydır aparılıb və Cənubi Osetiya münaqişəsi ətrafında vəziyyətin müəmmalı şəkildə son günlər yenidən gərginləşməsi ilə bağlı deyil.
Xəbər verildiyi kimi, iyulun 29-dan başlayaraq Cənubi Osetiyanın separatçı hökuməti gürcü qüvvələrini Sxinvalini ağır silahlardan atəşə tutmaqda ittiham edir. Üç gün davam edən bu ittihamları gürcü-osetin münaqişəsi bölgəsində atəşkəs rejiminin monitorinqini aparan Avropa İttifaqı müşahidəçiləri və rəsmi Tiflis təkzib edir. Lakin bir gün əvvəl Rusiyanın Müdafiə Nazirliyi sərt bəyanatla çıxış edərək Gürcüstana ötən ilin avqustunda baş verənləri xatırladıb. Bəyanatda deyilirdi ki, Rusiya Cənubi Osetiya əhalisini qorumaq üçün bütün vasitələrlə cavab verməyə hazırdır.
Bu bəyanat Tiflisdə Rusiyanın açıq-aşkar yeni təcavüz xəbərdarlığı kimi şərh olunub. Gürcüstan XİN bəyan edir ki, Rusiya məqsədli şəkildə ötən ilin avqustunda olduğu kimi vəziyyəti gərginləşdirir və yeni hərbi müdaxilə üçün bəhanə formalaşdırır. Ekspertlər də təsdiq edir ki, situasiya eynilə ötən ilin avqustundakı beşgünlük müharibə ərəfəsini xatırladır. Son günlər osetin separatçıları Gürcüstanı davamlı olaraq təxribatlarda günahlandırmaqla yanaşı yeni ərazi iddiaları da irəli sürüblər. Paralel olaraq abxaz separatçıları Gürücstanın nəzarətində olan əraziləri ələ keçirə biləcəyi ilə hədələyib. Bəs Rusiyaya Qafqazda yeni müharibə gərəkdirmi?
Ekspertlər bu barədə müxtəlif fikirlər irəli sürürlər. Bir çoxları hesab edir ki, ötənilki beşgünlük müharibədən sonra Rusiyanın Gürcüstanla bağlı planları yarımçıq qalıb. Prezident Mixail Saakaşvili hələ də hakimiyyətdədir və onu siyasi, yaxud çevriliş yoluyla hakimiyyətdən uzaqlaşdırmaq planları baş tutmayıb. Eyni zamanda Saakaşvili Qərblə yaxınlaşmanı davam etdirir və ötən il ölkə ərazilərinin dörddə birinin itirilməsinə baxmayaraq Gürcüstan Rusiya qarşısında diz çökmür. Digər tərəfdən, Qərb Gürcüstan üzərindən yeni enerji layihələrini həyata keçirmək səylərini artırıb. Bu yaxınlarda Ankarada “Nabucco” qaz kəməri layihəsinə dair hökumətlərarası saziş imzalanıb və həmin layihə Moskvaya yaxşı heç nə vəd etmir. Belə bir vaxtda Rusiya Gürcüstana qarşı yeni hərbi əməliyyatlara başlamaqla nəinki Qərbin bu ölkə üzərindən yeni enerji layihələrini həyata keçirməsinə mane ola bilər, eyni zamanda artıq fəaliyyətdə olan Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa kimi neft kəmərləri də fəaliyyətsiz hala gələ bilər. Əgər Rusiyanın bu dəfə daha da irəli gedərək Gürcüstanı bütünlüklə öz nəzarəti altına almaq planları nəzərə alınarsa, onda ümumiyyətlə bu ölkədən keçən alternativ enerji dəhlizinin alt-üst ola biləcəyi haqda danışmaq olar. Rusiya üçün Gürcüstana qarşı yeni hərbi əməliyyatlara başlamaq üçün əlverişli vaxtdır. ABŞ və NATO bu ölkəni hərbi yolla müdafiə etmək marağında deyil, yəni Qərb Gürcüstana görə Rusiya ilə savaşa çıxmaq və ağlasığmaz nəticələrə malik iri hərbi münaqişə başlatmaq istəməzdi. Bunu Moskva ötən ilin avqustunda təcrübədən keçirib.
Ancaq ekspertlərin bir çoxu belə hesab edir ki, Rusiya üçün Gürcüstana qarşı yeni müharibəyə başlamaq və Qərblə münasibətlərini gərginləşdirmək əlverişli ola bilməz. Rusiya iqtisadiyyatı qlobal böhranın təsirinə məruz qalıb və Qərb kapitalına ehtiyacı var. Digər tərəfdən, Rusiya Gürcüstanın itirilməsinə görə Qərbin necə cavab verəcəyini də dəqiq bilmir. Bununla belə, Rusiya nə edəcəyini proqnozlaşdırmaq çətin olan ölkələr sırasında yer aldığına görə Qafqazda suların yenidən isinməsinin hara aparıb çıxaracağını da təxmin etmək çətindir.
Категория: Siyaset | Просмотров: 1701 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024