|
Главная » 2009 » Avqust » 1 » Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır
17:26 Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır |
Fələstinlilər və beynəlxalq sülh fəalları İsrailə etiraz əlaməti olaraq İordan çayının qərb sahilində nümayş keçiriblər. İsrailin Qəzza zolağı sakinlərinin azad hərəkətinə maneə yaratdığını bəyan edən Həmas lideri İsmail Haniyə Fəthlə aparılan danışıqların baykot oluna biləcəyini bildirib. İsrailin İordan çayının qərb sahili boyunca sərhəd divarı tikməsinə etiraz əlaməti olaraq yüzlərlə fələstinli Belin kəndi ətrafında nümayiş keçirib. Sərhəd hasarlarına doğru irəliləyən etirazçıların qarşısını İsrail hərbiçləri alıb. Onlar nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Etirazçılar isə hərbçiləri daş-qalaq edib. Beynəlxalq ədalət məhkəməsinin hasar tikintisini qeyri-qanuni elan etməsinə baxmayaraq rəsmi Təl-Əviv işləri davam etdirir. Bu arada, Qəzza zolağında çıxış edən Həmas lideri İsmail Haniyə İsrailin öz məqsədlərini hələ də gerçəkləşdirdiyini bildirib. O, daxili barışıq çərçivəsində həbs olunanların buraxılmayacağı təqdirdə Fəthlə danışıqların pozula biləcəyini bəyan edib. Yaxın Şərq problemi Vaşinqtonda dövlət katibi Hillari Klintonla Səudiyyə Ərəbistanın xarici işlər naziri Səud Əl-Feysalın görüşündə də müzakirə olunub. Amerikanın İsraillə münasibətləri normalaşdırmaq təklifindən imtina edən Səudiyyə Ərəbistanı tərəfi rəsmi Təl-Əvivin Yaxın Şərq sülh razılaşması şərtlərinə məhəl qoymadan yaşayış məskənləri tikintisini davam etdirdiyini qeyd edib. Səud Əl-Feysal İsrailin işğal olunmuş ərazilərdən çıxacağı təqdirdə münasibətlərin normalaşmasının mümkünlüyünü bəyan edib.
|
Категория: Dünyadan xeberler |
Просмотров: 1134 |
Добавил: GOYCE_QARTALI
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|