|
Главная » 2009 » İyul » 31 » Abbas: “İsrail Şərqi Qüdsü yəhudiləşdirməyə çalışır”
13:34 Abbas: “İsrail Şərqi Qüdsü yəhudiləşdirməyə çalışır” |
Abbas: “Müqədəs şəhərdəki islam və xristiyan izləri bu gün düşünülmüş şəkildə məhv edilir. Bu yolla Qüds başdan-ayağa yəhudiləşdirilir” Fələstin lideri Mahmud Abbas İsraili Qüdsün islama və xristiyanlığaa aid edilən xarakterik xüsusiyyətlərini yox etmək üçün cəhdlərə baş vurmaqda və Şərqi Qüdsü yəhudiləşdirməyə çalışmaqda günahlandırıb. Abbas Şərqi Qüdsdə aparılan inşaat işlərinin dayandırılması ilə bağlı ABŞ-ın İsrailə etdiyi müraciətə Təl-Əvivin məhəl qoymadığını xatırladaraq bunun arxasında uzaq gedən niyyətlərin dayandığını vurğuladı. Baş nazir Netanyahunun məsələ ilə bağlı verdiyi açıqlamaya diqqəti cəlb edən Abbas: “Müqədəs şəhərdəki islam və xristiyan izləri bu gün düşünülmüş şəkildə məhv edilir. Bu yolla Qüds başdan-ayağa yəhudiləşdirilir”, - deyib. Xatırladaq ki, ABŞ Şərqi Qüdsdəki Şeyx Cərrah məhəlləsində amerikali bir yəhudi tərəfindən satın alınan və tarixi əhəmiyətə malik olan qədim mülkdə aparılan inşa işlərinin dərhal dayandırılmasını Baş nazir Netanyahudan tələb etmişdi. Netanyahu isə ABŞ-a cavabında: “Qüds İsrail şəhəridir və onun üzərində olan suveren hüquqlarımız müzakirə obyekti ola bilməz” - demişdi. Abbas isə Beytüllahimi ziyarəti zamanı orada etdiyi çıxışında növbəti dəfə İsraili şəhərin hər tərəfində qazıntılar aparmaqda və bu yolla başda Əl Aksa məscidi olmaqla islam və xristiyanlara aid olan qədim binaları yox etməkdə günahlandırıb. O, İsrail tərəfindən Qüdsün müsəlmanlar və xristiyanlar yaşayan qədim məhəllələrin sakinlərinə qarşı zor tətbiq edildiyini və onların oradan köçə məcbur edildiyini söyləyib. Xatırladaq ki, 1967-ci ildə baş verən Ərəb-İsrail müharibəsində yəhudilər Şərqi Qüdsü işğal ediblər və bundan sonra orada yaşayan ərəbləri zorla yaşadıqları evləri tərk etməyə məcbur edirlər. Fələstin dövlət rəhbəri Abbas həmçinin Netanyahunu fələstinlilərə öz şərtlərini diqtə etdirməkdə günahlandırıb. Abbas :” Bölgədə ədalətli və hər iki tərəfi məmnun edəcək bir sülh anlaşması imzalanmalıdır. Bunun üçün isə səmimi bir iradə lazımdır. Tərəflərin birini qane edəcək hər hansı bir sülh isə heç vaxt bölgəyə əmin-amanlıq gətirməyəcək. Əgər İsrail tərəfləri qane edəcək və bölgədə uzunmüddətli sabitiliyə gətirib çıxaracaq sülh istəyirsə, onda işğal etdiyi Fələstin torpaqlarını dərhal azad etməlidir”, - deyib.
|
Категория: Siyaset |
Просмотров: 1293 |
Добавил: GOYCE_QARTALI
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|