|
Главная » 2009 » İyul » 31 » ADAMYEYƏN DİKTATOR MƏHKƏMƏDƏ ŞOK İFADƏLƏR VERDİ
13:23 ADAMYEYƏN DİKTATOR MƏHKƏMƏDƏ ŞOK İFADƏLƏR VERDİ |
Liberiyanın keçmiş prezidenti, insanlığa qarşı cinayətlərinə görə hazırda Haaqa Tribunalında mühakimə olunan Çarlz Teylorun məhkəməsində tükürpədici ifadələr açıqlanıb. Almaniya mətbuatının yazdığına görə, məhkəmədə şahidlərdən biri, Teylorun keçmiş mühafizəçisi diktatorun öz siyasi rəqiblərini necə öldürüb yediyi haqda şok ifadələr verib. 61 yaşlı Teylor 1991-ci ildən 2001-ci ilədək Liberiyada hakimiyyətdə olub, qeyri-leqal almaz ticarətindən əldə etdiyi pullar hesabına qonşu Syerra-Lionedə vətəndaş müharibəsini dəstəkləyib. 2 il əvvəl həbs olunaraq beynəlxalq məhkəməyə verilib. Məhkəmə ona qarşı 11 ittiham, o cümlədən hannibalizmlə (adam əti yemək) bağlı ittiham irəli sürüb. Teylor yüz minlərlə adamın öldürülməsində günahkar bilinir. Üç gün davam edən şahid ifadəsi zamanı diktatorun keçmiş yaxın tərəfdaşı onu çoxsaylı ağır cinayətlərdə, o cümlədən zorlamada və hannibalizmdə günahlandırıb. Şahid Teylorun rəqiblərini necə öldürərək yediyini bütün detalları ilə təsvir edib. Məhkəmə iştirakçıları bunu dinləyəndə iyrəndiklərini gizlədə bilməyib, onların tükləri biz-biz olub, ancaq Teylorun əhvalı dəyişməyib. Qara kostyumda və qalstukda müttəhimlər kürsüsündə oturan diktator şahidin danışdıqlarını sakit şəkildə dinləyərək qeydlər aparıb, arabir vəkillərinə göstəriş verib. Sonra o, hannibalizm ittihamını qəbul etmədiyini deyib. Amma diktator etiraf edib ki, Liberiyanın bir hissəsində onun hakimiyyəti dövründə hannibalizm yayılmışdı. Keçmiş mühafizəçisi ifadəsində deyib ki, o özü də Teylorun əmri ilə hakimiyyətin düşmənlərini öldürüb yeyirmiş. Bunların arasında Nigeriyadan olan sülhməramlı kontingentin hərbçiləri də olub. Cozef Marzax adlı keçmiş tərəfdaşı danışıb ki, 1995-ci ildə Teylor və yaxın tərəfdaşları özlərinin gizli cəmiyyətinin rituallarından biri zamanı hamilə qadını öldürərək onun bətnindəki dölü çıxarıb yeyiblər. Şahid deyib ki, Teylor hannibalizmlə məşğul olan gizli cəmiyyətin rəhbəri olub. Cəmiyyət üzvləri öldürdükləri qurbanın ürəyini çıxararaq yeyirmiş. Teylor Afrikada yeganə adamyeyən diktator deyil. Qara qitənin ən məşhur adamyeyənlərindən Mərkəzi Afrika Respublikasının keçmiş diktatoru Jan Bedel Bakosso haqda çox yazılıb. 1966-cı ildən 1979-cu ilədək hakimiyyətdə olan Bakossonun devrilməsindən sonra ortaya çıxıb ki, o, siyasi rəqiblərini ya timsahlarına yem edir, ya da onların ətindən çoxsaylı arvadları və özü üçün yemək hazırladırmış. Bakossonun soyuducusundan insan bədəninin qalıqları tapılıb. Aşpazı isə deyib ki, bir dəfə Bakosso nazirlərdən birini öldürüb onun ətindən o biri nazirlərə yemək hazırlamağı əmr etmişdi. Xarici səfərləri zamanı da Bakosso özü ilə insan ətindən hazırlanmış kolbasa və vetçina aparırmış.
|
Категория: Dünyadan xeberler |
Просмотров: 2203 |
Добавил: GOYCE_QARTALI
| Рейтинг: 2.0/4 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|