Futbol diplomatiyasının növbəti mərhələsində Türkiyəyə təzyiqlər artır - 4 Августа 2009 - En son xeberler
Cüme, 09.12.2016, 12:41
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
200
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3507
Главная » 2009 » Avqust » 4 » Futbol diplomatiyasının növbəti mərhələsində Türkiyəyə təzyiqlər artır
13:24
Futbol diplomatiyasının növbəti mərhələsində Türkiyəyə təzyiqlər artır
Konqresinin 81 nəfər ermənipərəst üzvü Prezident Barak Obamaya müraciət edərək onu qondarma erməni soyqırımını tanımağa çağırıblarBir müddət bundan əvvəl Obama administrasiyasını Ermənistana ayırlan hərbi yardımı azaltdığına görə kəskin şəkildə tənqid edərək bu məsələyə yenidən baxılmasına nail olan ABŞ-dakı ermənipərəst konqresmenler indi də Türkiyəni hədəf alaraq Ağ Evin rəhbərinə qondarma erməni soyqırımını tanıması üçün təzyiqlər göstərməyə başlayıblar.Türkiyə ilə Ermənistan arasında keçiriləcək növbəti futbol matçı ərəfəsində ABŞ-dakı erməni lobbisi yenidən Ankaraya qarşı müxtəlif siyasi təzyiq vasitələrini işə salmağa cəhd edir. Belə ki, bir neçə gün bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyanın “Sərhədlər açılmasa, futbol matçını izləmək üçün Türkiyəyə getməyəcəyəm” - deyə ermənisayaq açıqlama verməsi ABŞ-dakı ermənipərəst konqresmenlərin növbəti dəfəTürkiyəyə qarşı hərəkətə başlamaları üçün sanki siqnal olub. Belə ki, ABŞ Konqresinin 81 nəfər ermənipərəst üzvü Prezident Barak Obamaya müraciət edərək onu qondarma erməni soyqırımını tanımağa çağırıblar.Onlar iddia ediblər ki, guya Türkiyə rəsmi şəkildə Ermənistanla münasibətlərin normallaşdırılmasına mane olur və iki ökə arasında sərhədləri açmaq istəmir. Müraciətdə qeyd edilir ki, guya Ankara Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmağı nəzərdə tutanYol xəritəsi”nin həyata keçirilməsinə hər vasitə ilə mane olur. Müraciətdə bununla bağlı bu ilin may ayının 13-də baş nazir Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanata diqqət cəlb edilir. Xatırladaq ki, həmin bəyanatında Ərdoğan Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Ermənistanla sərhədlərin açılmayacağını bildirib. Məsələ ilə bağlı ermənipərəst konqresmenler Obmanı qondarma erməni soyqırımını tanımağa məcbur etmək üçün digər bir gülünc iddianı da ortaya atıblar. Onların sözlərinə görə, Türkiyə ABŞ tərəfindən qondarma erməni soyqırımının tanınmasına mane olmaq məqsədi ilə “Yol xəritəsi”ni imzalayıb və bu sənəddə nəzərdə tutlanlara əməl etməməklə guya ABŞ-ı aldadıb. Bunu nəzərə alan konqresmenlər Obamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını qondarma soyqırımını tanıma məsələsindən ayırmağa çağıraraq ondan qondarma soyqırımını tanıyacağı ilə bağlı seçkiqabağı verdiyi vədləri yerinə yetirməsini istəyiblər.
Beləliklə, Türkiyə-Ermənistan futbol matçı ərəfəsində həm Ermənistan prezidenti, həm də ABŞ konqresmenləri futbol diplomatiyasından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadəyə cəhd edərək Ankaranı adı çəkilən ölkə ilə sərhədi açmağa məcbur etmək niyyətindədirlər. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə isə ermənipərəst konqresmenlərin son hərəkətlərini mənasız cəhd adlandırıb. Onun fikrincə, Obama qondarma soyqırımını tanımağın Türkiyə-ABŞ və ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaradacağını və bunun ölkəsi üçün bölgənin itirilməsinə gətirib çıxaracağını yaxşı anlayır. Vəfa Quluzadə bütün hallarda ABŞ prezidentinin ermənipərəst konqresmenlərin təzyiqlərinə uymayacağına və bu məsələdə Türkiyənin və Azərbaycanın, həmçinin öz ölkəsinin milli maraqlarına zidd addımlar atmayacağına əmin olduğunu söyləyib. Politoloq Rasim Musabəyov də ermənipərəst konqresmenlərin təzyiqi ilə Obamanın qondarma soyqırımını tanımasının, həmçinin Türkiyənin Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər Ermənistanla sərhədi açmasının inandırıcı görünmədiyini deyib. Politoloq bu məsələdə ermənpərəst konqresmenlərin və Ermənistanın futbol diplomatiyasından bir vasitə kimi istifadə etməsini siyasi oyunbazlıq adalndırıb.
Категория: İdman xeberleri | Просмотров: 32696 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 4.0/2
Всего комментариев: 1
1  
biybirciliq

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2016