Cüme axşamı, 28.03.2024, 22:29
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » Dünyadan xeberler
Təyyarədə 7 ekipaj üzvü, 199 sərnişin olmaqla 206 nəfər olub. Ekipaj üzvü və sərnişinlərdən xəsarət alan olmayıb
Antalyadan Sürixə gedən sərnişin təyyarəsi havaya qalxandan 6 dəqiqə sonra qəza təhlükəsi ilə üzləşib. “Air Berlin” aid “Boeing 757” tipli təyyarənin mühərrikində nasazlıq yaranıb və havaya qalxandan 6 dəqiqə sonra mühərrik od tutub.
Pilot dərhal təyyarəni yerə endirib. Həmin vaxt təyyarədə 7 ekipaj üzvü, 199 sərnişin olmaqla 206 nəfər olub. Ekipaj üzvü və sərnişinlərdən xəsarət alan olmayıb/
Категория: Dünyadan xeberler | Просмотров: 3774 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (2)

İraqın Ali Məhkəmə Şurasının rəhbəri Diya El Sadi öz açıqlamasında deyib ki, jurnalist M.E.Zeydinin həbsinin ¼ hissəsi bağışlanıb
ABŞ-ın sabiq prezidenti Corc Buşa İraqda keçirilən mətbuat konfransı zamanı ayaqqabı atan iraqlı jurnalist Muntazar El Zeydi gələn ay həbsdən azadlığa buraxılacaq. İraqın Ali Məhkəmə Şurasının rəhbəri Diya El Sadi öz açıqlamasında deyib ki, jurnalist M.E.Zeydinin həbsinin ¼ hissəsi bağışlanıb. “Hakimiyyət öz hümanist qərarı ilə jurnalisti azadlığa buraxacaq”, - deyə Diya El Sadi əlavə edib.
Xatırladaq ki, jurnalistin 14 dekabr 2008 il tarixində həbs olunub. Həbsə səbəb isə jurnalistin ABŞ prezidenti Corc Buşa mətbuat konfransı zamanı ayaqqabı atması olub.Buna görə İraq hakimiyyəti jurnalistə 3 il həbs cəzası verib, lakin sonradan həmin cəzanın müddəti bir ilə endirilib.
Категория: Dünyadan xeberler | Просмотров: 2274 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (2)

Dünən İranın ali dini lideri ayətullah Əli Xameneyi rəsmən Mahmud Əhmədinejadı prezident seçkilərinin qalibi elan edib. Avqustun 5-də isə Əhmedinejad parlamentdə and içəcək. Beləliklə, Əhmədinejad bu həftə ikinci müddətə İran prezidenti kimi fəaliyyətə başlayacaq.
Andiçmədən sonra iki həftə ərzində o, parlamentə yeni hökumətin tərkibini təqdim etməlidir. Andiçmə mərasimi isə çərşənbə gününə planlaşdırılır. Qeyd edək ki, Əhmədinejadın qalib gəlməsi seçkilərin saxtalaşdırıldığını bildirən minlərlə iranlının etiraz nümayişlərinə səbəb olmuşdu. İrandakı kütləvi etiraz aksiyaları nəticəsində təxminən 30 nəfər ölüb, 2 mindən çox adam həbs edilib. Artıq həbs edilənlərin bir qrupunun məhkəməsi başlanıb.
Məlumata görə, təsdiqləmə mərasimində Əhmədinejadın rəqibləri və sabiq prezident Haşimi Rəfsəncani iştirak etməyib. Şərhçilər bunu seçkilərin nəticələrinə açıq ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1406 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

İranda ali dini liderin Mahmud Əhmədinejatı prezident vəzifəsinə təsdiq etməsindən sonra etiraz aksiyası keçirilib. CNN televiziyasının məlumatına görə, yüzlərlə iranlı Tehran küçələrinə çıxaraq Mahmud Əhmədinejatın ölkə prezidenti seçilməsinə etiraz edib. Aksiya iştirakçıları Tehranda Vannak meydanı və Vəli Əsr prospekti boyu İran təhlükəsizlik qüvvələrinin nəzarəti ilə hərəkət ediblər.
Bir çox nümayişçi "Diktatora ölüm", digərləri isə "Allah böyükdür" şüarları səsləndirib. Polis maşınları Vannak meydanına aparan yolları bağlayıb, İranın təhlükəsizlik qüvvələri və Bəsic üzvləri ərazidə nəzarəti gücləndiriblər. Bir şahidin məlumatına görə, 3 nəfər polis tərəfindən saxlanılaraq aparılıb. Qeyd edək ki, Əhmədinejat çərşənbə günü parlamentdə and içəcək. İran müxalifətinin lideri Mirhüseyin Musəvi isə seçkinin nəticələrinin saxta olduğunu bildirib.
Категория: Dünyadan xeberler | Просмотров: 1387 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

İraqda 1991-ci ildə (birinci İraq müharibəsi zamanı) vurulmuş ABŞ təyyarəsinin pilotunun qalıqları tapılıb.
ANS PRESS-in “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb. F/A -18 tipli qırıcı təyyarənin pilotu Maykl Skottu Speyçer 1991-ci ilin17 yanvarında - müharibənin ilk günü vurulub. Qırıcı təyyarənin vurulduğu yer barədə 2009-un iyul ayında amerikalı əsgərlər yerli əhalidən məlumat alıb. Belə ki, pilotun cəsədi köçərilər tərəfindən aşkar edilibmiş. Cəsədin Maykla məxsus olması dişlərindən müəyyən edilib
Категория: Dünyadan xeberler | Просмотров: 1368 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

Mahmud Əhmədinejad seçkilərin qalibi elan edilərək, ikinci müddətə prezident vəzifəsində İranın ali ruhani rəhbəri tərəfindən təsdiq edilib.
Təsdiqləmə mərasimində cənab Əhmədinejadın rəqibləri və sabiq prezident Haşimi Rəfsəncani iştirak etməyib.
Şərhçilər bunu seçkilərin nəticələrinə açıq etiraz əlaməti kimi dəyərləndirir. Çərşənbə günü parlament qarşısında andiçmədən sonra Mahmud Əhmədinejad rəsmi olaraq prezident vəzifəsinin icrasına başlayacaq. Təhlilçilərə istinadən andiçmə mərasimindən sonra parlamentin təsdiqindən yeni hökumət üzvlərini keçirmək cənab Əhmədinejad üçün əsl sınağa çevrilə bilər. Beləki, millət vəkilləri arasında son olaylara dair birmənalı fikir yoxdur, və hökumətin təsdiqlənmə prosesi hazırda pərdə arxasında davam edən mübarizənin açıq formasına çevrilə bilər. Bu arada müxalifət liderləri etiraz edənlərin işi ilə bağlı ötən həft ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1226 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (0)

Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkəyə dair təcavüz planları haqda yeni bəyanatla çıxış edib. Bəyanatda deyildiyinə görə, avqustun 2-də Rusiya hərbçiləri Cənubi Osetiya istiqamətindən Qori rayonunun Kveşi kəndi ərazisinə daxil olublar və dirəklər basdırdıqdan sonra geri qayıdıblar. Gürcüstan XİN bu cəhdi Rusiyanın “ölkə ərazilərinin içərilərinə doğru yeni müdaxiləsi” adlandırır.

Bəyanatda deyilir ki, iki gün əvvəl osetin separatçıları Gürcüstanın nəzarətində olan yeni əraziləri ələ keçirmək niyyətləri haqda bildiriblər. Çox keçmədən onların niyyətlərini Rusiya hərbçiləri həyata keçirmək istəyib. Söhbət Gürcüstanın nəzarətində olan Kazbek rayonunun Truso dərəsindən gedir və osetin tərəfi həmin ərazilərin “qədim osetin torpağı” olduğunu iddia edərək sərhədləri qabağa çəkməyə çalışır.
Rəsmi Tiflis Qori rayonuna Rusiya hərbçilərinin müdaxiləsi ... Ardını oxu »

Категория: Dünyadan xeberler | Просмотров: 1794 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (0)

Avqustun 2-də axşam Ankaranın Kızılay rayonundakı bir restoranda dönər yeyən baş nazir Ərdoğana Ankara universitetinin 6 tələbəsi etiraz reaksiyası göstərib. Tələbələr hökumət başçısına: «Biz acıq. Oxumaq üçün dövlətin tələb etdiyi pulu ödəyə bilmirik. Siz dönər yeyirsiniz» kimi şüarlar ünvanlayıblar. Tələbələrin bu etirazını görən xüsusi polislər onları nəzarətə götürüb. Ətrafdakı vətəndaşlar isə tələbələrə dəstək verib.Türkiyə baş naziri indiyə qədər bir çox yerdə etirazlarla qarşılaşıb. 2005-ci ildə Mersində bir əkinçi baş nazir Ərdoğana «Nə qədər səbir edəcəyik-anamız ağladı» - şəklində reaksiya göstərəndə hökumət başçısı ona «Ananı da götür, get» - deyə cavab vermişdi. Hökumət başçısının iqtisadi sıxıntıda olan vətəndaşla bu şəkildə rəftar etməsi ictimaiyyətin narazılığına səbəb olmuş, bitərəf media baş naziri sərt tənqid etmişdi. 10 gün əvvəl baş nazirin eskor ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1661 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (1)

Rusiyanın Gürcüstana qarşı yeni müharibəyə başlayacağı haqda neçə vaxtdır yayılan məlumatlar reallaşmaq üzrədir. Belə ki, separatçı Cənubi Osetiya ilə Gürcüstan arasında vəziyyət gözlənilmədən yenidən gərginləşib və hər iki tərəf ağır silahlardan açılan atəşlər haqda məlumatlar yayır. Regional mətbuatda yer alan xəbərlərə görə, vəziyyət müəmmalı şəkildə iyulun 29-dan gərginləşməyə başlayıb.
Cənubi Osetiya tərəfi bildirib ki, gürcü mövqelərindən Sxinvalinin ətrafı və osetin qüvvələrinin müşahidə postları ağır silahlardan - tank əleyhinə qumbaraatanlardan və minomyotlardan atəşə tutulub. Gürcü tərəfi bu məlumatı təkzib edib və təxribat adlandırıb. Lakin ertəsi gün osetin tərəfi Sxinvalinin ətrafına gürcü mövqelərindən yenidən minomyot zərbələri endirildiyi haqda məlumat yayıb. Bu məlumat da Tiflisdən qəti şəkildə təkzib olunub.
Nəhayət, dünən səhər oseti ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1459 | Добавил: GOYCE_QARTALI | Дата: 02.08.2009 | Комментарии (1)

Fələstinlilər və beynəlxalq sülh fəalları İsrailə etiraz əlaməti olaraq İordan çayının qərb sahilində nümayş keçiriblər. İsrailin Qəzza zolağı sakinlərinin azad hərəkətinə maneə yaratdığını bəyan edən Həmas lideri İsmail Haniyə Fəthlə aparılan danışıqların baykot oluna biləcəyini bildirib. İsrailin İordan çayının qərb sahili boyunca sərhəd divarı tikməsinə etiraz əlaməti olaraq yüzlərlə fələstinli Belin kəndi ətrafında nümayiş keçirib. Sərhəd hasarlarına doğru irəliləyən etirazçıların qarşısını İsrail hərbiçləri alıb. Onlar nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Etirazçılar isə hərbçiləri daş-qalaq edib. Beynəlxalq ədalət məhkəməsinin hasar tikintisini qeyri-qanuni elan etməsinə baxmayaraq rəsmi Təl-Əviv işləri davam etdirir. Bu arada, Qəzza zolağında çıxış edən Həmas lideri İsmail Haniyə İsrailin öz məqsədlərini hələ də gerçəklə ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1088 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

1 2 »
Giriş
Axtarış
Kalendar
«  Март 2024  »
B.eÇ.aÇeC.aŞeBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024