Cüme, 29.03.2024, 00:54
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 01
Fələstinlilər və beynəlxalq sülh fəalları İsrailə etiraz əlaməti olaraq İordan çayının qərb sahilində nümayş keçiriblər. İsrailin Qəzza zolağı sakinlərinin azad hərəkətinə maneə yaratdığını bəyan edən Həmas lideri İsmail Haniyə Fəthlə aparılan danışıqların baykot oluna biləcəyini bildirib. İsrailin İordan çayının qərb sahili boyunca sərhəd divarı tikməsinə etiraz əlaməti olaraq yüzlərlə fələstinli Belin kəndi ətrafında nümayiş keçirib. Sərhəd hasarlarına doğru irəliləyən etirazçıların qarşısını İsrail hərbiçləri alıb. Onlar nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Etirazçılar isə hərbçiləri daş-qalaq edib. Beynəlxalq ədalət məhkəməsinin hasar tikintisini qeyri-qanuni elan etməsinə baxmayaraq rəsmi Təl-Əviv işləri davam etdirir. Bu arada, Qəzza zolağında çıxış edən Həmas lideri İsmail Haniyə İsrailin öz məqsədlərini hələ də gerçəklə ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1088 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

Avropa İttifaqı növbəti qaz qalmaqalının baş verməməsi və Avropanın soyuq qışda yenidən qazsız qalmaq təhlükəsiylə üzləşməməsi üçün fəaliyyətə keçib. Avrokomissiya və beynəlxalq maliyyə institutları Ukrayna tərəfinə böyük məbləğdə kredit ayırıb. Məqsəd rəsmi Kievə Rusiyaya olan qaz borcunu ödəməkdə kömək etməkdir. Maliyyə yardımı barədə razılaşma Ukrayna, Avropa İttifaqı və beynəlaxalq maliyyə institutları arasında baş tutan danışıqlardan sonra əldə olunub. Razılaşmaya əsasən beynəlxalq maliyyə qurumları Ukraynaya 1.2 milyard avro kredit ayıracaq. Növbəti qaz qalmaqalının baş verməməsi üçün bu addımı atan Avropa İttifaqı Rusiya qazının Avropaya tranzitindəki riskləri aradan qaldırmağa çalışır. Kredit müqaviləsinin əsas şərtlərindən biri rəsmi Kievin öz qaz sektorunda islahatlar aparmasıdır. Razılaşmaya görə, Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı bu il ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1444 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (2)

Düz 8 il öncə Milli Liderimiz Heydər Əliyevin imzaladığı fərmanla bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilib. Türk dilləri ailəsinə daxil olan azərbaycan dili qədim və zəngin tarixə malikdir. Uzun müddət Azərbaycanda ərəb əlifbasından istifadə edilib. 1926-cı ildə Bakıda keçirilən ilk türkoloji qurultayda latın qrafikasına keçidlə bağlı qərar qəbul olunsa da bu yalnız 1929-cu ildə tam təsdiqini tapıb və 10 il ömür sürüb. 1939-cu ildən müstəqillik dövrünə qədərsə kiril əlifbasından istifadə edilib. 1990-cı ildən latın qrafikasına keçidlə bağlı ideyalar irəli sürülsə də, bu, 2001-ci ildə Milli Lidermiz Heydər Əliyevin fərmanından sonra mümkün oldu. Kütləvi nəşrlər, dövrü mətbuat latın əlifbası ilə çıxmağa başladı. Bu taixi hadisə 1 əsrdə 4 dəfə əlifba dəyişdirən millətin, xalqın keçmişini özünə qaytardı. Böyük tarixi keçmişi olan zəngin dilim ... Ardını oxu »
Просмотров: 1435 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

Bolqarıstan tərəfi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində paytaxtın "Levski" klubunun qonağı olacaq Azərbaycanın "Bakı" klubunu çarter reysi ilə qəbul etməkdən imtina edib. ANS PRESS-in “Fanat.az”a istinadən verdiyi xəbərə görə, bu barədə mafioz qüvvələrlə bağlılığı olduğu söylənilən "Levski"nin prezidenti Todor Batkov bildirib.Bolqarıstan tərəfi "Bakı"ı üçün yaratdıqları problemə görə səbəb gətirməkdən boyun qaçırıb. Artıq Azərbaycanın Bolqarıstandakı səfiri də məsələyə müdaxilə edib. Eyni zamanda AFFA rəsmiləri olaydan məlumatlıdır və məsələnin həlli üçün bütün imkanlarını səfərbər edib. AZAL Dövlət Konserini isə məsələ ilə bağlı məsuliyyəti üzərindən atıb. Əldə etdiyimiz məlumata görə, yaxın saatlarda məsələ həllini tapmayacağı təqdirdə "Bakı" rəhbərliyi UEFA-ya müraciət edəcək. Xatırladaq ki, Bolqarıstanın "Levski" klubu "Ba ... Ardını oxu »
Категория: İdman xeberleri | Просмотров: 1494 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

Bu ilin ikinci rübündə ölkədə maaşların artım tempi birinci rüblə müqayisədə iki dəfə azalıb. Belə ki, birinci rübdə artım 26,5 faiz olubsa, birinci yarım ildə 19 faizə düşüb. Diqqəti çəkən isə bu müddət ərzində özəl sektorda maaşların artımının müşahidə edilməməsidir. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi bildirir ki, iyul ayının 1-nə Azərbaycanda orta aylıq əməkhaqqı 298 manat təşkil edib.Halbuki, ilin əvvəlində qurum müvafiq dövrdə orta aylıq əməkhaqqının 300 manatdan çox olacağını deyirdi.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, özəl sektorda nəinki maaş artımı, xeyli dərəcədə iş yerlərinin itirilməsi prosesi gedib: «Məvaciblərin azaldılması baş verib. Büdcədənkənar dövlət sektorunda çalışanlar ümumi dövlət sektorunda çalışanların təxminən 12-15 faizə qədərini təşkil edir. Üst-üstə nəzərə alın ki, dövlət sektorunda çalışanların əhəmiyyətli ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1638 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

Vaşinqtonda yerləşən nüfuzlu Ceymstaun Fondunun prezidenti Qlen Hovard hesab edir ki, hazırda Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rolu Minsk Qrupu yox, Rusiya ələ alıb (“Amerikanın səsi”). Ekspertə görə, Kremlin məqsədi Qərbi regiondan kənarlaşdıraraq, özünün bölgədəki nüfuz dairəsini qoruyub saxlamaqdır. Bakıdan bu günlərdə qayıtmış Hovard hesab edir ki, Qafqazdakı münaqişələr və region ölkələrinin sabitliyi kimi məsələlər hələ də ABŞ-la Rusiya arasında nüfuz mübarizəsinin predmeti olaraq qalır.Ekspertin fikrincə, Birləşmiş Ştatların prezidenti Barak Obamanın iyulun əvvəllərində Moskvaya səfəri belə bir təəssürat yaratdı ki, iki böyük güc arasında Cənubi Qafqazdakı münaqişələrə dair fikir ayrılıqları azalmaqdadır. Lakin bu yaxınlarda regiona getmiş ABŞ-ın vitse-prezidenti Co Baydenin Tbilisidə səsləndirdiyi bəyanatlar Moskvada yenidən qəzəbləri artırıb. Q ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1424 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

Toya gələn qonaqların qarpız və ya yemişdən zəhərləndiyi güman edilir Zərdab rayonunda kiçik toy məclisində kütləvi zəhərlənmə baş verib. ANS PRESS-in bölgə muxbirinin məlumatına görə, iyulun 30-da Zərdab rayonu Xanməmmədli kəndində Əlimürsəl Abilovun oğlunun kiçik toy məclisinə gələn qonaqlarıdan 7 nəfər zəhərlənib.Qonaqlar-Sabirabad rayon sakinləri 15 yaşlı Aidə Əliyeva, 12 yaşlı Gülər, 9 yaşlı Gülbacı, Bakı şəhər sakini 22 yaşlı Aygül Həsənova, Zərdab sakinləri 17 yaşlı Aynur Həsənova, Gülər Qasımova, 2 yaşlı Gülyanaq Abdullayevadır. Onlar toyun səhəri saat 09.00-da Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Xəstəxananın baş həkimi Firuz Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstələr qida zəhərlənməsi dioqnozu ilə xəstəxanaya daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Yeddi nəfərin toyda verilən qarpız və ya yemişdən ... Ardını oxu »
Категория: Sehiyye | Просмотров: 1682 | Добавил: GOYCE_QARTALI | Дата: 01.08.2009 | Комментарии (0)

Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024