Cüme, 29.03.2024, 09:12
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » Siyaset
Görüşdə amerikalı dipolomat regional problemlər barədə danışacaq, tələbələrin və KİV nümayəndələrinin suallarını cavablandıracaq
Sabah  ABŞ dövlət katibinin müavini, ATƏT-in Minsk qrupunun amerikalı tyu Brayza Ermənistanın Tsaxkadzor (Dərəçiçək kəndi) vilayətində erməni və avropalı tələbələrlə görüşəcək. Bu barədə “Panarmenian” agentliyi ABŞ-ın İrəvandakı səirliyinə istinadən xəbər verib. Görüş “Avroforum” proqramı çərçivəsində baş tutacaq. Görüşdə amerikalı dipolomat regional problemlər barədə danışacaq, tələbələrin və KİV nümayəndələrinin suallarını cavablandıracaq.


Xəbər ANS-PRESS-ə istinadən yazılıb
Категория: Siyaset | Просмотров: 13536 | Добавил: Admin | Дата: 06.08.2009 | Комментарии (0)

Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir
Bu gün “Neytral Türkmənistan” qəzetində Türkmənistan Xarici İşlər Nazirliyi adından məqalə dərc olunub. Məqalədə Türkmənistan XİN bildirir ki, Xəzər dənizində hansısa birtərəfli hərəkətlərin həyata keçirilməsi yolverilməzdir: “Bunun üçün Xəzəryanı dövlətlər arasında dəniz dibinin konkret sahələrində onların yurisdiksiyasını müəyyən edən saziş imzalanmalıdır. Bunu 1958-ci ildə Cenevrədə qəbul olunmuş “Kontinental şelf haqqında” Konvensiya da tələb edir”.
Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir: “Aşxabad hesab edir ki, Xəzərin Türkmənistan və Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır”. Türkmənistan XİN bəyan edir ki, ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 5606 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (5)

Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir
Bu gün “Neytral Türkmənistan” qəzetində Türkmənistan Xarici İşlər Nazirliyi adından məqalə dərc olunub. Məqalədə Türkmənistan XİN bildirir ki, Xəzər dənizində hansısa birtərəfli hərəkətlərin həyata keçirilməsi yolverilməzdir: “Bunun üçün Xəzəryanı dövlətlər arasında dəniz dibinin konkret sahələrində onların yurisdiksiyasını müəyyən edən saziş imzalanmalıdır. Bunu 1958-ci ildə Cenevrədə qəbul olunmuş “Kontinental şelf haqqında” Konvensiya da tələb edir”.
Türkmənistan XİN-in fikrincə, Xəzərin dibinin və səthinin bölünməsi “orta xətt” prinsipi üzrə həyata keçirilməlidir: “Aşxabad hesab edir ki, Xəzərin Türkmənistan və Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır”. Türkmənistan XİN bəyan edir ki, yaranmış vəziyyətdə beynəlxalq arbitraj instansiyalarına müraciət etmək prinsipinə sadiq qalacaq.
Qeyd edək ki, Tü ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 3479 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

Yeni Ümid» qəzeti ötən sayında Müsavat Partiyasının başqanı postu uğrunda mübarizə başlaması barədə yazı dərc edib. Məqalədə iddia olunur ki, Müsavat başqanı İsa Qəmbər hələ ötən il verdiyi bəyanatına uyğun olaraq, 2010-cu ildə rəhbərlikdən getmək niyyətindədir. Qəzet yazır ki, İ.Qəmbər başqanlıqdan gedərkən partiyanın ziyan çəkməməsi və parçalanmalar baş verməməsi üçün bir sıra addımlar atmağı planlaşdırır. «Yeni Ümid»də yazılanlara görə, bu istiqamətdə ilk addım gələcək başqanın hazırlanmasıdır.
Sitat: «Bu barədə qəzetimizə məlumat verən müsavatçı mənbənin sözlərindən belə aydın oldu ki, artıq 2 ildir İsa Qəmbər öz yerinə varisini hazırlamaqla məşğuldur. Həmin şəxsin kimliyi də artıq Müsavat rəhbərliyinə məlumdur. Bu işi heç də gizli şəkildə həyata keçirməyən İsa Qəmbər öz varisinin sürpriz xarakteri daşımamasında daha çox maraqlıdır. Təbii ki, o, sürpriz b ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1992 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (0)

NATO-nun yeni baş katibi Andres Foq Rasmussen dünən səlahiyyətlərinin icrasına başlayıb. Alyansın Brüsseldəki mənzil-qərargahında ilk mətbuat konfransını keçirən yeni baş katib deyib ki, NATO genişlənməkdə davam edəcək. Lakin Gürcüstan və Ukraynanın bu təşkilata üzvlüyü məsələsi hələ açıq qalır.
Baş katibin sözlərinə görə, Kiyev və Tiflis NATO-ya üzv olmaq üçün lazım olan şərtləri hələ yerinə yetirməyiblər. Ona görə də onlar üzvlüyə hazır deyillər: “Ancaq NATO-nun mövqeyi belədir ki, Gürcüstan və Ukrayna gələcəkdə alyansın sıralarına qəbul ediləcəklər və onlara lazım olan dəstək göstəriləcək”.
Rasmussen Əfqanıstanda NATO komandanlığı altında aparılan əməliyyatlar haqda danışaraq deyib ki, alyans talibançılara qarşı silahlı mübarizəni gücləndirəcək və ölkənin radikal ekstremistlərin nəzarətinə keçməsinə imkan verməyəcək. NATO-nun Əfqanıstanda ciddi itki ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1632 | Добавил: VAZGEC_GONLUM | Дата: 04.08.2009 | Комментарии (1)

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov dünən Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Görüşdə iki ölkənin hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Səfər Əbiyev bildirib ki, münaqişənin nizamlanması prosesində Rusiyanın göstərdiyi səylər təqdirə layiqdir və ümidvericidir. Bununla yanaşı o qeyd edib ki, münaqişə dinc şəkildə həll edilmədiyi halda hərbi vəziyyətin yaranacağı qaçılmazdır
Категория: Siyaset | Просмотров: 1614 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (1)

Rusiya-Gürcüstan cəbhəsində vəziyyət yenidən gərginləşib. Belə ki, Kremlin təsiri altında olan separatçı Cənubi Osetiya ilə Gürcüstan arasında vəziyyət gözlənilmədən yenidən pisləşib və hər iki tərəf ağır silahlardan açılan atəşlər haqda məlumatlar yayır.
Cənubi Osetiya tərəfi bildirib ki, gürcü mövqelərindən Sxinvalinin ətrafı və osetin qüvvələrinin müşahidə postları ağır silahlardan - tank əleyhinə qumbaraatanlardan və minomyotlardan atəşə tutulub. Gürcü tərəfi bu məlumatı təkzib edib və təxribat adlandırıb. Lakin ertəsi gün osetin tərəfi Sxinvalinin ətrafına gürcü mövqelərindən yenidən minomyot zərbələri endirildiyi haqda məlumat yayıb. Bu məlumat da Tiflisdən qəti şəkildə təkzib olunub.
Nəhayət, dünən səhər osetin tərəfi minomyot atəşlərinin təkrarlandığı haqda növbəti xəbər yaydıqdan sonra ötən ilin avqustunda Gürcüstanın Cənubi Osetiyaya «təcavüz ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1436 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (0)

ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ATƏT-in Daimi Şurasının iclasında bu sahədə növbəti hesabatını təqdim edib. SİA-nın məlumatına görə, hesabatda ATƏT nümayəndəsinin fəaliyyətinə və ATƏT-ə üzv ölkələrdə mətbuat azadlığı sahəsində mövcud vəziyyətə dair məlumatlar öz əksini tapıb.
Hesabatın Ermənistan Respublikası ilə bağlı hissəsində bu ölkədə jurnalistlərə qarşı zorakılıq hallarının geniş yayıldığı bildirilib və bunu təsdiqləyən bir neçə fakt qeyd olunub.
Hesabatda həmçinin Ermənistanda televiziya və radio yayımı barədə qanun layihəsinin müzakirə olunduğu bildirilir.
Qanun layihəsində bəzi müddəaların, xüsusilə Ermənistan İctimai Televiziya və Radio Şurası, Televiziya və Radio üzrə Milli Komissiya üzvlüyünə namizədlərin prezident tərəfindən təyin olunması barədə maddənin plüralizm prinsiplərinə zid ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1278 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (1)

Türkiyə bu günlərdə Xəzər regionunun qaz ehtiyatları uğrunda gedən geosiyasi rəqabətin mərkəzində yer alacaq. Əvvəlcə Rusiyanın baş naziri Vladimir Putin, onun ardınca isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Ankarada səfərdə olacaqlar. Hər iki səfərdə müzakirə ediləcək əsas məsələ bəllidir: Türkiyədən keçməli olan “Nabucco” qaz kəməri və bu layihəyə qarşı olan Rusiyanın Türkiyəni alternativ “Cənub axını”na qoşmaq səyləri. Xəbərlərə görə, Putinin sabah Ankaraya birgünlük səfəri gözlənilir. Türkiyə mətbuatı bunu ölkəyə son aylarda edilən ən önəmli ziyarət hesab edir. Gözlənilir ki, Putinin səfəri Avropada və ABŞ-da da yaxından izlənəcək.

“Milliyət” qəzetinin yazdığına görə, Putin səfəri zamanı başlıca müzakirə mövzularından birinin “Nabucco” qaz kəməri olacağına şübhə yoxdur. İlk baxışdan Türkiyə ilə Rusiya enerji məsələsində rəqibdir. Çünki Türkiyə ... Ardını oxu »

Категория: Siyaset | Просмотров: 1337 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (0)

GÜRCÜSTAN ƏTRAFINDA GƏRGİNLİK SON HƏDDƏ Rus ordusu hücuma hazırdırOn minlərlə əsgərdən ibarət qruplaşmalar Şimali Qafqazda hazır vəziyyətdə gözləyir; bəs Kremlə yeni müharibə gərəkdirmi? Rusiyanın on minlərlə əsgərdən ibarət hərbi qruplaşmaları Şimali Qafqazdakı bazalarda Gürcüstana müdaxilə üçün hazır vəziyyətdə gözləyir. Regional KİV-lərin xəbərlərinə görə, ötən ay keçirilən irimiqyaslı hərbi manevrlərdə iştirak edən qoşun qruplaşmaları yüksək döyüş hazırlığı vəziyyətindədir və əmr veriləcəyi təqdirdə qısa müddətdə Gürcüstan üzərinə hərəkət edəcək. Rusiyanın xüsusi təyinatlı quru qüvvələri və hava desant qüvvələri də Gürcüstana qarşı mümkün yeni müharibə üçün hazırdır. Bu hazırlıqlar bir neçə aydır aparılıb və Cənubi Osetiya münaqişəsi ətrafında vəziyyətin müəmmalı şəkildə son günlər yenidən gərginləşməsi ilə bağlı deyil.
Xəbər verildiyi kimi, iyulun 29-dan ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1660 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (0)

1 2 »
Giriş
Axtarış
Kalendar
«  Март 2024  »
B.eÇ.aÇeC.aŞeBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024