Şenbe, 27.04.2024, 08:21
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 1 » Bu gün Azərbaycan əlifbası və dili günüdür
17:22
Bu gün Azərbaycan əlifbası və dili günüdür
Düz 8 il öncə Milli Liderimiz Heydər Əliyevin imzaladığı fərmanla bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilib. Türk dilləri ailəsinə daxil olan azərbaycan dili qədim və zəngin tarixə malikdir. Uzun müddət Azərbaycanda ərəb əlifbasından istifadə edilib. 1926-cı ildə Bakıda keçirilən ilk türkoloji qurultayda latın qrafikasına keçidlə bağlı qərar qəbul olunsa da bu yalnız 1929-cu ildə tam təsdiqini tapıb və 10 il ömür sürüb. 1939-cu ildən müstəqillik dövrünə qədərsə kiril əlifbasından istifadə edilib. 1990-cı ildən latın qrafikasına keçidlə bağlı ideyalar irəli sürülsə də, bu, 2001-ci ildə Milli Lidermiz Heydər Əliyevin fərmanından sonra mümkün oldu. Kütləvi nəşrlər, dövrü mətbuat latın əlifbası ilə çıxmağa başladı. Bu taixi hadisə 1 əsrdə 4 dəfə əlifba dəyişdirən millətin, xalqın keçmişini özünə qaytardı. Böyük tarixi keçmişi olan zəngin dilimizin türk dilləri arasında yerini və mövqeyini möhkəmləndirdi. Bu önəmli tarixi məsələ xüsusi ilə xalqın varlığını təsdiq edən amillərdən olan dilə və əlifbasına böyük məsuliyyətlə yanaşan Milli Lider Heydər Əliyevin növbəti qətiyyətli addım idi. Ulu öndər özü isə latın əlifbasına keçidi böyük bayram adlandırırdı. Bu tarixi fərman əslində dilimizin inkişafında yeni mərhələnin əsasını qoydu. Dilimizin tarixində Azərbaycan dilinə bu səviyyədə qiymət verən ən önəmli sənəd oldu. Bu, Ulu Öndərin Azərbaycan dilinə sevgisinin təzahürü idi. İndi ölkəmizdə bütün yazı işləri latın qrafikası ilə aparılır. Ulu Öndər Heydər Əliyevin dil siyasəti də uğurla davam etdirilir. Son bir neçə ildə kitabxana fondlarının latın qrafikalı ədəbiyyatlarla zənginləşdirilməsinə başlanılıb. Proses 2004-cu ildə Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan dilində latın qraikası ilə kütləvi nəşrlərin həyata keçiriliməsi haqqında» sərəncamına uyğun olaraq gerçəkləşdirilir. Bir sözlə, Ana dilimiz indi inkişaf mərhələsini yaşayır
Просмотров: 1442 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024