Orta ixtisas məktəblərinə qəbul imtahanları avqustun sonunda keçiriləcək - 31 Июля 2009 - En son xeberler
Cüme, 09.12.2016, 12:44
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
200
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3507
Главная » 2009 » İyul » 31 » Orta ixtisas məktəblərinə qəbul imtahanları avqustun sonunda keçiriləcək
13:28
Orta ixtisas məktəblərinə qəbul imtahanları avqustun sonunda keçiriləcək
M. Abbaszadə bu il təhsil bazasından 46 dövlət, 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayının 9516 olduğunu deyib.
Əsas təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənədlərin qəbulu bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, hazırda ilkin məlumatlara görə, 26 minə qədər abituriyent sənəd təqdim edib. Onun sözlərinə görə, qəbul imtahanlarının avqustun son ongünlüyündə respublikanın müxtəlif bölgələrində keçirilməsi nəzərdə tutulur. M. Abbaszadə bu il təhsil bazasından 46 dövlət, 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayının 9516 olduğunu deyib. Onlardan 5652-si ödənişsiz, 3864-ü isə ödənişli ixtisasların payına düşür. Azərbaycan bölməsi üzrə 9212, rus bölməsi üzrə 222, birgə müsabiqə üzrə 82 plan yeri ayrılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına sənəd vermiş abituriyentlərin nəticələri məlum olub. DSX-nin Akademiyasına sənəd vermiş abituriyentlər arasında II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Müsabiqə nəticəsində keçid balı 200 bal olub. TQDK Azərbaycan Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, I, II və III ixtisas qrupu üzrə qəbul imtahanlarında 200-dən yuxarı bal toplamış oğlan abituriyentlərin Azərbaycan Ali Hərbi Məktəblərinin boş yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər 2009-cu il avqustun 3-dək H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Категория: Elm ve Tehsil | Просмотров: 1510 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1  
texnikoma sened qebulu ne vaxtdi?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2016