Ağdam təmsilçisi səfərdə Finlandiyanın "Honka" klubunu məğlub etdi
Bu
gün Avropaliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start
verildi. Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan Ağdamın
"Qarabağ" klubu Finlandiyada yerli "Honka" klubunun qonağı oldu. Oyunun
elə 2-ci dəqiqəsində “Qarabağ” rəqib komandanın qapısına təhlükəli
zərbə endirdi. Matçın 17 –ci dəqiqəsində isə Fərhad komandamızı qoldan
xilas etdi. Hakanpanın cərimə zərbəsi çox təhlükəli alındı. 37-ci
dəqiqədə "Qarabağ" təhlükəli vəziyyət yaratmaqla yadda qaldı. Belə ki,
Maksimin qüvvətli zərbəsindən sonra top qapının üstündən keçdi. Birinci
hissənin sonlarında isa Rəşad Sadıqov son anda Sevecin qarşısını alaraq
0:0 hesabını qorumağı bacardı. İkinci hissənin 49 –cu
dəqiqəsində Fərhad kobud səhvə yol verdi. Lakin xoşbəxtlikdən təhlükə
sovuşdu. Oyunun 60 –cı dəqiqəsində Vüqar gözəl imkandan yararlana
bilmədi. 66 –cı dəqiqədə isə "Qarabağ" yüzfaizlik imkanı əldən
verdi. Belə ki, Elvinin ötürməsindən sonra Vüqar boş qapını nişan ala
bilmədi. Yüzfaizlik qol ötürmələrinin nəticəsiz qaldığını görən Elvin
Məmmədov 70-ci dəqiqədə özü rəqibi cəzalandıraraq komandasını önə
çıxardı. Oyun demək olar ki, həmyerlilərimizin üstünlüyü ilə keçdi. 83
–cu dəqiqədə "Qarabağ" ikinci qol imkanını qaçırdı. Elə oyunda son
təhlükəli məqam da bu oldu və oyun komandamızın minimal qələbəsi ilə
başa çatdı. Qeyd edək ki, matçın 86 –cı dəqiqəsində Emin
İmaməliyev meydanı tərk edərkən finlandiyalı azarkeşlər onu alqışlarla
yola saldılar.
|