|
Главная » 2009 » İyul » 30 » RƏŞAD SADIQOVUN QİYMƏTİ 300 MİN DOLLARI AŞDI
18:00 RƏŞAD SADIQOVUN QİYMƏTİ 300 MİN DOLLARI AŞDI |
Türkiyəli həmkarlarımızın fikrincə, Rəşad Sadıqovun «Kocaelispor»da oynayacağı böyük sual altındadır (livesport.az). «Qarabağ»ın Türkiyədəki hazırlığı zamanı İzmit klubu ilə razılığa gələn yığmamızın müdafiəçisi Avropa Liqasında komandamıza kömək etdikdən sonra qonşu ölkəyə yollanmalı idi. Amma təmsilçimizin qitə miqyaslı turnirdə uğurlu çıxışı Rəşad Sadıqovun da Ağdam klubunda qalmaq şanslarını artırıb. Bu barədə yekun qərar verilməsə də, «Rusenborq»un qapısından həlledici topu keçirən müdafiəçi Azərbaycanda oynamaq ehtimalını da istisna etməyib. Türkiyə mətbuatı qonşu ölkənin «Denizlispor» və «Kasımpaşa» klublarının Rəşadla yaxından maraqlandığını yazıb. Ötən mövsümdən Rəşad Sadıqova 100 min lirə borclu qalan «Kocaelispor» futbolçumuzla 300 min dollar məbləğində müqavilə bağlamaq niyyətində olub. Amma izmitlilər uğurlu çıxışdan sonra müdafiəçinin bu qiymətlə razılaşmayacağından çəkinirlər. Bu arada Avropa Liqasının üçüncü mərhələsində mübarizə aparacaq «Qarabağ» Finlandiyanın «Honka» klubu ilə ilk oyun ərəfəsində ciddi itki ilə üzləşib. Belə ki, Rəşad Sadıqov Ağdam klubunun hazırlıq prosesinə qatılmayıb. Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov supersport.az-a bildirib ki, Sadıqov ciddi zədə alıb. O, «Rusenborq»la qarşılaşmada xəsarət alan Rəşadın «Honka» ilə ilk oyunu buraxmaq ehtimalını da istisna etməyib. Milinin kapitanı özü də açıqlamasında həqiqətən də zədəsinin ciddi olduğunu bildirib: «Həkimlər zədənin ciddi olduğunu, hətta qarşıdakı oyunda iştirak edəcəyim halda problem törədəcəyini deyiblər. İnşallah, yaxşı olar».
|
Категория: İdman xeberleri |
Просмотров: 1718 |
Добавил: GOYCE_QARTALI
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|