1997-ci ildən ÇL-ə qatılan təmsilçilərimiz indiyədək bu mərhələnin iştirakçısı olmayıblar. Rəqibimiz ölkəsinin ən titullu komandalarından biri olan “Levski”dir Bakı” bu gün Azərbaycan futbolu tarixində növbəti “siftə” edəcək. Makedoniyalı mütəxəssis Qyoko Haciyevskinin çalışdırdığı komanda Çempionlar Liqasının (ÇL) üçüncü təsnifat mərhələsində ilk oyuna çıxacaq. 1997-ci ildən ÇL-ə qatılan təmsilçilərimiz indiyədək bu mərhələnin iştirakçısı olmayıblar. Rəqibimiz ölkəsinin ən titullu komandalarından biri olan “Levski”dir. Həmin “Levski” ki ÇL-in qrup mərhələsində iştirak edən yeganə Bolqarıstan təmsilçisidir. Üç il öncə “Barselona”, “Çelsi”, “Verder” kimi nəhənglərlə bir qrupda yer alan Sofiya təmsilçisi indi “Bakı”nın qonağı olacaq. Ölkə çempionluğunu 26 dəfə qazanan “Levski” bu göstəricidə yalnız əzəli rəqibi, həmşəhərliləri MOİK-dən (31 dəfə) geri qalır. İkinci təsnifat mərhələsində “Ekranas”la (Litva) görüşlərdə səviyyəsini göstərən “Bakı”nın məhsuldarlığı diqqət çəkir və gələcəyə nikbin baxmağa əsas verir. Düzdür, bakılıların 6 qol vurduğu “Ekranas”ı “Levski”i ilə eyniləşdirmək olmaz. Ancaq hər halda, çempionumuz üçün rəqib qapısına yol tapmaq ciddi problem deyil və bu mənada yeni transfer Feliks Felipe Almeydaya böyük ümidlər bəslənilir. İki oyunda üç qol vuran braziliyalı hücumçu, hələlik, Bakı”nın heyətində meydançanı qolsuz tərk etməyib. Təbii ki, Feliksdən yenə qol gözləyirik və eyni zamanda ona diqqətli olmağı tövsiyə edərdik. Axı Felipe “Ekranas”la ilk oyunda sarı vərəqə alıb və daha bir vərəqə növbəti görüşü buraxmaq deməkdir. Eyni sözləri hesabında sarı vərəqəsi olan digər futbolçulara da şamil edirik. Yeri gəlmişkən, “Bakı”nın əsas qapıçısı Xalidu Sissoko və yarımmüdafiəçisi Bəxtiyar Soltanov “Ekranas”la hər iki oyunda sarı vərəqə aldıqları üçün cəzalı duruma düşüblər və bugünkü görüşdə komandaya kömək edə bilməyəcəklər. Həm Sissoko, həm də Soltanov “Bakı” üçün əsas oyunçulardır və mərhələ adlamaqda onların rolu danılmazdır. İndi Xalidunu qapıda əvəzləyəcək, “Bakı”nın heyətində avrokuboklarda debüt edəcək xorvatiyalı Marko Şarliyaya böyük ümidlər bəslənilir. Sözsüz ki, Sofiyadakı görüş daha çətin olacağından “Bakı” səfər öncəsi mütləq üstünlük qazanmağa çalışacaq. Meydançaya qələbə üçün çıxacaq Haciyevskinin yetirmələri ən pis halda, qolsuz heç-heçə etməlidirlər. Yəni evdə qol buraxmamaq ən vacib şərtlərdəndir və bərabərliklər arasında 0:0 daha münasibi sayıla bilər. Çünki belə olan halda, Sofiyada istənilən qollu heç-heçə “Bakı”nın daha bir mərhələ adlamasına imkan yaradacaq. Bu isə futbol tariximizdə görünməmiş hadisə olacaq və komandamız ən pis halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək. Saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Bakı” - “Lesvki” görüşünü Sven Oddvar Moenin başçılıq etdiyi norveçli hakimlər briqadası idarə edəcək. Ona həmyerliləri Daq-Rodjer Nebben, Sven İnqe Viken və Kristofer Helqerud yardımçı olacaq. 30 yaşlı Moen 2005-ci ildən FİFA hakimidir. Norveçli hakimlərin işinə serbiyalı UEFA hakim-inspektoru Zoran Petroviç qiymət verəcək.
|