TQDK ali mekteblerin magistraturasının boş qalan plan yerlerine qebul elan edib - 28 Июля 2009 - En son xeberler
Cüme, 09.12.2016, 06:46
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
200
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3507
Главная » 2009 » İyul » 28 » TQDK ali mekteblerin magistraturasının boş qalan plan yerlerine qebul elan edib
14:57
TQDK ali mekteblerin magistraturasının boş qalan plan yerlerine qebul elan edib

Bakalavrlar iyulun 28-den iyulun 30-dek TQDK-nın internet saytına daxil olaraq “Bakalavrın elektron ixtisas seçimi erizesi”ni doldurub tesdiq etmelidirler
Telebe Qebulu üzre Dövlet Komissiyası (TQDK) ali mekteblerin magistraturasının boş qalan plan yerlerine qebul elan edilib. TQDK-nın metbuat xidmetinden verilen melumata göre, magistraturanın boş qalmış plan yerlerinin sayı 1480-dır. Onlardan 912 yer Azerbaycan, 215 yer rus bölmesi, 353 yer ise birge müsabiqe üçün nezerde tutulub. Dövlet ve qeydiyyatdan keçmiş qeyri-dövlet ali mekteblerinin magistraturasının boş qalan plan yerlerine qebul 3 may ve 21 iyun tarixlerinde keçirilmiş iki merheleli qebul imtahanında toplanmış ballar esasında aparılır. Ali mekteblerin magistraturasına qebul olunmuş bakalavrların boş qalan yerlere keçirilen müsabiqede iştirak etmek hüququ yoxdur.

Bakalavrlar boş qalan plan yerlerinin müsabiqesinde iştirak etmek üçün iyulun 28-i saat 9.00-dan iyulun 30-u saat 18.00-dek TQDK-nın internet saytının müvafiq sehifesine (tqdk.gov.az/erizemagistr) daxil olaraq “Bakalavrın elektron ixtisas seçimi erizesi”ni doldurub tesdiq etmelidirler. erizeni tesdiqlemek üçün bakalavrlar TQDK-nın yeni ödeme kartını almalıdırlar.

Her bir bakalavr dövlet ve qeyri-dövlet ali mekteblerinin tehsili ödenişsiz ve ödenişli esaslarla olan 10-dek ixtisas kodunu seçe biler. Seçilmiş ixtisaslar bakalavrın imtahan verdiyi qebul proqramına ve onun bakalavr pillesindeki ixtisasına uyğun olmalıdır. Riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, filologiya, dilşünaslıq, tarix ve psixologiya istiqametlerini bitiren ve müsabiqe şertlerini ödeyen bakalavrlar imtahan verdiyi proqrama aid ixtisaslarla yanaşı, 35 saylı proqrama aid olan maarif istiqametinin boş qalan yerlerinin ixtisas kodlarını da göstere bilerler.

İxtisasların ardıcıllığı bakalavr terefinden müeyyenleşdirilir ve o, topladığı ballara esasen müsabiqeden keçdiyi ixtisasların birincisine yerleşdirilir. İkinci magistr tehsili almaq isteyenler yalnız tehsili ödenişli esaslarla olan ixtisasları seçe bilerler.
Xarici dövletlerin vetendaşları, qüvvede olan qanunvericilikde ve dövletlerarası razılaşmalarda diger hallar nezerde tutulmayıbsa, magistraturanın yalnız ödenişli esaslarla olan ixtisaslarını seçmelidirler.

Qeyd edek ki, tehsili ödenişsiz ve ödenişli esaslarla olan ixtisaslar üzre müsabiqeye ümumi balı (iki merhele üzre topladığı balların cemi) 70-den az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın ixtisas üzre (testden, esseden, tercümeden, suallara yazılı cavabdan) topladığı bal 15-den, tedrisi ingilis dilinde olan ixtisaslar üzre müsabiqeye buraxılması üçün ise ingilis dilinden topladığı bal 15-den az olmamalıdır.
Müsabiqe şertlerini ödeyen namizedlerin olmadığı proqramlar üzre vakant yerler boş qalan yerlerin siyahısına daxil edilmeyib.</P>

Категория: Elm ve Tehsil | Просмотров: 4680 | Добавил: Admin | Рейтинг: 3.7/7
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2016