Cüme, 19.04.2024, 19:13
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » Xeberlerin arxivi
Rusiya-Gürcüstan cəbhəsində vəziyyət yenidən gərginləşib. Belə ki, Kremlin təsiri altında olan separatçı Cənubi Osetiya ilə Gürcüstan arasında vəziyyət gözlənilmədən yenidən pisləşib və hər iki tərəf ağır silahlardan açılan atəşlər haqda məlumatlar yayır.
Cənubi Osetiya tərəfi bildirib ki, gürcü mövqelərindən Sxinvalinin ətrafı və osetin qüvvələrinin müşahidə postları ağır silahlardan - tank əleyhinə qumbaraatanlardan və minomyotlardan atəşə tutulub. Gürcü tərəfi bu məlumatı təkzib edib və təxribat adlandırıb. Lakin ertəsi gün osetin tərəfi Sxinvalinin ətrafına gürcü mövqelərindən yenidən minomyot zərbələri endirildiyi haqda məlumat yayıb. Bu məlumat da Tiflisdən qəti şəkildə təkzib olunub.
Nəhayət, dünən səhər osetin tərəfi minomyot atəşlərinin təkrarlandığı haqda növbəti xəbər yaydıqdan sonra ötən ilin avqustunda Gürcüstanın Cənubi Osetiyaya «təcavüz ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1441 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (0)

Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkəyə dair təcavüz planları haqda yeni bəyanatla çıxış edib. Bəyanatda deyildiyinə görə, avqustun 2-də Rusiya hərbçiləri Cənubi Osetiya istiqamətindən Qori rayonunun Kveşi kəndi ərazisinə daxil olublar və dirəklər basdırdıqdan sonra geri qayıdıblar. Gürcüstan XİN bu cəhdi Rusiyanın “ölkə ərazilərinin içərilərinə doğru yeni müdaxiləsi” adlandırır.

Bəyanatda deyilir ki, iki gün əvvəl osetin separatçıları Gürcüstanın nəzarətində olan yeni əraziləri ələ keçirmək niyyətləri haqda bildiriblər. Çox keçmədən onların niyyətlərini Rusiya hərbçiləri həyata keçirmək istəyib. Söhbət Gürcüstanın nəzarətində olan Kazbek rayonunun Truso dərəsindən gedir və osetin tərəfi həmin ərazilərin “qədim osetin torpağı” olduğunu iddia edərək sərhədləri qabağa çəkməyə çalışır.
Rəsmi Tiflis Qori rayonuna Rusiya hərbçilərinin müdaxiləsi ... Ardını oxu »

Категория: Dünyadan xeberler | Просмотров: 1799 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (0)

ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ATƏT-in Daimi Şurasının iclasında bu sahədə növbəti hesabatını təqdim edib. SİA-nın məlumatına görə, hesabatda ATƏT nümayəndəsinin fəaliyyətinə və ATƏT-ə üzv ölkələrdə mətbuat azadlığı sahəsində mövcud vəziyyətə dair məlumatlar öz əksini tapıb.
Hesabatın Ermənistan Respublikası ilə bağlı hissəsində bu ölkədə jurnalistlərə qarşı zorakılıq hallarının geniş yayıldığı bildirilib və bunu təsdiqləyən bir neçə fakt qeyd olunub.
Hesabatda həmçinin Ermənistanda televiziya və radio yayımı barədə qanun layihəsinin müzakirə olunduğu bildirilir.
Qanun layihəsində bəzi müddəaların, xüsusilə Ermənistan İctimai Televiziya və Radio Şurası, Televiziya və Radio üzrə Milli Komissiya üzvlüyünə namizədlərin prezident tərəfindən təyin olunması barədə maddənin plüralizm prinsiplərinə zid ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1283 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (1)

Türkiyə bu günlərdə Xəzər regionunun qaz ehtiyatları uğrunda gedən geosiyasi rəqabətin mərkəzində yer alacaq. Əvvəlcə Rusiyanın baş naziri Vladimir Putin, onun ardınca isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Ankarada səfərdə olacaqlar. Hər iki səfərdə müzakirə ediləcək əsas məsələ bəllidir: Türkiyədən keçməli olan “Nabucco” qaz kəməri və bu layihəyə qarşı olan Rusiyanın Türkiyəni alternativ “Cənub axını”na qoşmaq səyləri. Xəbərlərə görə, Putinin sabah Ankaraya birgünlük səfəri gözlənilir. Türkiyə mətbuatı bunu ölkəyə son aylarda edilən ən önəmli ziyarət hesab edir. Gözlənilir ki, Putinin səfəri Avropada və ABŞ-da da yaxından izlənəcək.

“Milliyət” qəzetinin yazdığına görə, Putin səfəri zamanı başlıca müzakirə mövzularından birinin “Nabucco” qaz kəməri olacağına şübhə yoxdur. İlk baxışdan Türkiyə ilə Rusiya enerji məsələsində rəqibdir. Çünki Türkiyə ... Ardını oxu »

Категория: Siyaset | Просмотров: 1341 | Добавил: VAZGEC_GONLUM | Дата: 03.08.2009 | Комментарии (0)

AZAL» dövlət şirkətinin çarter reysini qəbul etməkdən imtina etməsi haqda yaydığı məlumat şişirdilib. «Bakı»nın vitse-prezidenti Yaşar Seyidovun Turana verdiyi məlumata görə, komanda, planlaşdırıldığı kimi, 3 avqust saat 13.00-da Sofiyaya yola düşür, reysin ləğvi haqda heç bir bildiriş daxil olmayıb. Öz növbəsində, «AZAL»ın xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, Bolqarıstan tərəfin Azərbaycan təyyarəsini qəbul etməkdən imtina etməsi haqda heç bir məlumatı yoxdur. «Belə bir şey ola bilməz, bu, Beyənəlxalq Aviasiyanın Təşkili Konvensiyasının pozulması olardı», - deyə Səfərli bildirib.
Qeyd edək ki, avqustun 4-də Sofiyada yerli «Levski» və Bakının «Bakı» klubu arasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu keçirilməlidir.
İyulun 28-də birinci oyun Bakıda keçirilib və heç-heçə başa çatıb.
Lakin Bakıdan gedərkən Bolqarıstan ... Ardını oxu »
Категория: İdman xeberleri | Просмотров: 1604 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (0)

Paytaxda yol- körpü tikintisi ilə bağlı bütün infrastruktur layihələrini həyata keçirən layihəçi və podratçı şirkətlərə ilin sonuna qədər işləri yekunlaşdırmaq tapşırılıb. Məlumatı verən mənbənin sözlərinə görə, səbəb dövlət büdcəsinin formalaşdırılmasında yaranan çətinliklər və neftin qiymətinin hələ də proqnozlaşdırılandan aşağı olmasıdır.
«Faktiki büdcə gəlirlərinin əsasını Neft Fondundan transfertlər təşkil edir. 2009-cu ilin büdcəsi proqnozlaşdırılanda hökumət fonddan transfertləri il üzrə 40 faiz proqnozlaşdırmışdı. 6 ayın nəticələrinə görə, transfertlərin payı büdcənin 52 faizini təşkil edib. İstisna deyil ki, ilin sonuna neft sektorundan daxilolmalar 75-80 faizə çatsın. Belə məqamda hökumət əlavə xərc mənbələrini daraltmaq istəyir. Artıq bir neçə ildir davam edən yol, körpü tikintisi hakimiyyət üçün yük olub. Podratçı şirkətlərin də qəsdən layihələrin ... Ardını oxu »
Категория: İqtisadiyyat | Просмотров: 1458 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (0)

Azərbaycanda A/H1N1 xəstəliyinə yeni yoluxma halı qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov “Turan”a bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə A/H1N1 xəstəliyinə yoluxmuş ikinci xəstə də tam sağalıb. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq. Xəstələrdən biri isə iki gün öncə xəstəxanadan evə buraxılıb. Xatırladaq ki, iyulun 29-da Fransadan və Böyük Britaniyadan gələn iki Azərbaycan vətəndaşında A/H1N1 xəstəliyi aşkar edilmişdi.
Категория: Sehiyye | Просмотров: 1327 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (0)

GÜRCÜSTAN ƏTRAFINDA GƏRGİNLİK SON HƏDDƏ Rus ordusu hücuma hazırdırOn minlərlə əsgərdən ibarət qruplaşmalar Şimali Qafqazda hazır vəziyyətdə gözləyir; bəs Kremlə yeni müharibə gərəkdirmi? Rusiyanın on minlərlə əsgərdən ibarət hərbi qruplaşmaları Şimali Qafqazdakı bazalarda Gürcüstana müdaxilə üçün hazır vəziyyətdə gözləyir. Regional KİV-lərin xəbərlərinə görə, ötən ay keçirilən irimiqyaslı hərbi manevrlərdə iştirak edən qoşun qruplaşmaları yüksək döyüş hazırlığı vəziyyətindədir və əmr veriləcəyi təqdirdə qısa müddətdə Gürcüstan üzərinə hərəkət edəcək. Rusiyanın xüsusi təyinatlı quru qüvvələri və hava desant qüvvələri də Gürcüstana qarşı mümkün yeni müharibə üçün hazırdır. Bu hazırlıqlar bir neçə aydır aparılıb və Cənubi Osetiya münaqişəsi ətrafında vəziyyətin müəmmalı şəkildə son günlər yenidən gərginləşməsi ilə bağlı deyil.
Xəbər verildiyi kimi, iyulun 29-dan ... Ardını oxu »
Категория: Siyaset | Просмотров: 1664 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (0)

Ukraynanın Sum şəhərində 15 kriminal avtoritet saxlanılıb. “Unian” agentliyinin məlumatına görə, cinayətkar qruplaşmaların liderlərini yerli restoranlardan birində tutmaq mümkün olub. Liderlər burada nüfuz dairələrinin yenidən bölüşdürülməsi məsələlərini müzakirə edirmişlər. “Biz Sum və Rusiyanın Belqorod, Kursk vilaətlərindən olan kriminal avtoritetlərin görüşmək üçün məhz bu restoranı seçdikləri barədə operativ məlumat almışdıq”, deyə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Aleksandr Moskalçuk bildirib. Onun sözlərinə görə, yığıncaq iştirakçıları Ukrayna və Rusiyanın dövlət sərhədlərində qaçaqmalçılıq, həmçinin oğruluq, quldurluq, ev , maşın oğruluğu və cinayətkar yolla pulların qanuniləşdiilməsi ilə bağlı Ukrayna və Rusiya cinayətkar qruplaşmalarının birgə fəaliyyətini müzakirə ediblər. Saxlanılanlar arasında dörd “qanunda oğru” olub ki, onlardan da üçü azərbay ... Ardını oxu »
Категория: Kriminal | Просмотров: 8764 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (0)

Avqustun 2-də axşam Ankaranın Kızılay rayonundakı bir restoranda dönər yeyən baş nazir Ərdoğana Ankara universitetinin 6 tələbəsi etiraz reaksiyası göstərib. Tələbələr hökumət başçısına: «Biz acıq. Oxumaq üçün dövlətin tələb etdiyi pulu ödəyə bilmirik. Siz dönər yeyirsiniz» kimi şüarlar ünvanlayıblar. Tələbələrin bu etirazını görən xüsusi polislər onları nəzarətə götürüb. Ətrafdakı vətəndaşlar isə tələbələrə dəstək verib.Türkiyə baş naziri indiyə qədər bir çox yerdə etirazlarla qarşılaşıb. 2005-ci ildə Mersində bir əkinçi baş nazir Ərdoğana «Nə qədər səbir edəcəyik-anamız ağladı» - şəklində reaksiya göstərəndə hökumət başçısı ona «Ananı da götür, get» - deyə cavab vermişdi. Hökumət başçısının iqtisadi sıxıntıda olan vətəndaşla bu şəkildə rəftar etməsi ictimaiyyətin narazılığına səbəb olmuş, bitərəf media baş naziri sərt tənqid etmişdi. 10 gün əvvəl baş nazirin eskor ... Ardını oxu »
Категория: Dünyadan xeberler | Просмотров: 1663 | Добавил: GOYCE_QARTALI | Дата: 03.08.2009 | Комментарии (1)

« 1 2 3 4 5 ... 8 9 »
Giriş
Axtarış
Kalendar
«  Апрель 2024  »
B.eÇ.aÇeC.aŞeBa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Xeberlerin arxivi
Copyright Admin © 2024