Cüme axşamı, 28.03.2024, 13:21
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 4 » “Naxçıvanda aparılan abadlıq işləri məni çox sevindirir”
13:36
“Naxçıvanda aparılan abadlıq işləri məni çox sevindirir”
Naxçıvan-Sədərək yolunun yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yol Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yoludurAzərbaycan Prezidenti İlham Əliyev dünən Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısını və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Naxçıvan şəhərində Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Prezident sarayın açılışını bildirən lenti kəsib, mədəniyyət ocağı ilə tanış olub.
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, rəsm qalereyası və film fondu da sarayın binasında yerləşir. Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib.Prezident dünən həmçinin Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun, yeni inşa olunmuş Şahmat Mərkəzinin və Doğum Mərkəzinin açılışlarında da iştirak edib. Qeyd edək ki, yeni istifadəyə verilən müəssisələrin binaları ən müasir avadanlıqlarla təchiz olunub.Daha sonra ölkə başçısı Şərur rayonuna yola düşüb. Prezident orada Olimpiya-İdman Kompleksinin qırmızı lentini kəsib. Açılış mərasimindən sonra İlham Əliyev rayon sakinləri qarşısında qısa çıxış edib. O, çıxışında: “Naxçıvanda aparılan abadlıq işləri məni çox sevindirir. Naxçıvanda sosial, iqtisadi potensialı gündən-günə artır. İnanıram ki, yeni sənaye müəssisələri də bu diyarın iqtisadi inkişafına yeni töhfələri verəcək”, - deyib. Onun sözlərinə görə, hər yeni obyekt, məktəb, idman müəssisələri Naxçıvanın qüdrətini gündən-günə artırır.Ölkə başçısı Naxçıvan-Sədərək avtomobil yolunun açılışında da iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, MR-nin əsas strateji magistrallarından olan Naxçıvan-Sədərək yolunun yenidən qurulması, burada əsaslı tikinti işlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yol Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yoludur. Yolun açılışını bildirən lent kəsildikdən sonra İlham Əliyev sükan arxasına keçərək, avtomobili idarə edib.
Qeyd edək ki, dünən ölkə başçısının sərəncamı ilə Naxçıvan MR-nin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə, bir qrup Naxçıvan sakini orden, medal, həmçinin fəxri adlara layiq görülüblər.
Просмотров: 9057 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 3.5/11
Всего комментариев: 1
1 rahdar  
0
www.aznax.biz gozleyirem haminizi!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024