Dünya Bankı Azərbaycana daha 175 mln. dollar ayırıb - 4 Августа 2009 - En son xeberler
Cüme, 09.12.2016, 12:42
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
200
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3507
Главная » 2009 » Avqust » 4 » Dünya Bankı Azərbaycana daha 175 mln. dollar ayırıb
13:31
Dünya Bankı Azərbaycana daha 175 mln. dollar ayırıb
Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıbBakıda Dünya Bankı (DB) və Azərbaycan Nəqliyyat Nazirliyi arasında “Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına ikinci əlavə vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb.
DB-nin Bakıdakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin iyun ayında DB-nin Direktorlar Şurası sözügedən layihənin icrasına ikinci əlavə vəsaitin ayrılmasını təsdiqləyib: “Kreditin ümumi məbləği 175 mln. ABŞ dolları təşkil edir ki, bunun da 63 mln. dolları güzəştli şərtlərlə, 113 mln. dolları isə DB üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən ayrılacaq”.
“Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II” layihəsinin icrasına əlavə vəsaitin ayrılması yalnız Hacıqabul-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması və bu yolun ətrafında olan 200 km-lik kənd yollarının inşası üçün nəzərdə tutulub. Ümumiyyətlə, layihəyə Ələt-Masallı, Kürdəmir-Ucar, Bakı-Şamaxı avtomobil yollarının yenidən qurulması və H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinədək avtomobil yolunun tikintisi komponentləri daxildir. DB layihənin icrasına ilkin olaraq 200 mln. dollar ayırıb, daha sonra 300 mln. dollar əlavə vəsaitin ayrılmasına dair Azərbaycan hökuməti ilə və DB arasında saziş imzalanıb.
Xatırladaq ki, 2 zolaqlı Hacıqabul-Bəhramtəpə yolunun uzunluğu 69 kilometrdir. Tikinti işlərinə 2011-ci ildə başlanması və 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Категория: İqtisadiyyat | Просмотров: 2395 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 4.2/5
Всего комментариев: 4
4  
onu bilirem cix miqdarda yeyinti var.Allah axrini xeyr elesin

3  
bunada wukur etmeliyig mence bezi olkelerde bu da yoxdu

2  
onsuz da bizde her il yol cekirler amma ne xeyri var.yollar cokur,dagilir.QUBA_BAKI yolu teze cekilib ancaq berbad veziyyetdedir.Qubadan Baki istiqametinde Siyezen rayonu erazisinden bashlayir cokuk yollar.bu aidiyyati qurumlar hara baxir bilinmir.

1  
Azerbaycanda ne gozlenilir

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2016