Cüme, 29.03.2024, 08:01
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 4 » XAMENEYİ ƏHMƏDİNEJADIN PREZİDENTLİYİNİ ELAN ETDİ
13:17
XAMENEYİ ƏHMƏDİNEJADIN PREZİDENTLİYİNİ ELAN ETDİ
Dünən İranın ali dini lideri ayətullah Əli Xameneyi rəsmən Mahmud Əhmədinejadı prezident seçkilərinin qalibi elan edib. Avqustun 5-də isə Əhmedinejad parlamentdə and içəcək. Beləliklə, Əhmədinejad bu həftə ikinci müddətə İran prezidenti kimi fəaliyyətə başlayacaq.
Andiçmədən sonra iki həftə ərzində o, parlamentə yeni hökumətin tərkibini təqdim etməlidir. Andiçmə mərasimi isə çərşənbə gününə planlaşdırılır. Qeyd edək ki, Əhmədinejadın qalib gəlməsi seçkilərin saxtalaşdırıldığını bildirən minlərlə iranlının etiraz nümayişlərinə səbəb olmuşdu. İrandakı kütləvi etiraz aksiyaları nəticəsində təxminən 30 nəfər ölüb, 2 mindən çox adam həbs edilib. Artıq həbs edilənlərin bir qrupunun məhkəməsi başlanıb.
Məlumata görə, təsdiqləmə mərasimində Əhmədinejadın rəqibləri və sabiq prezident Haşimi Rəfsəncani iştirak etməyib. Şərhçilər bunu seçkilərin nəticələrinə açıq etiraz əlaməti kimi dəyərləndirir. Təhlilçilərə görə, andiçmə mərasimindən sonra parlamentin təsdiqindən yeni hökumət üzvlərini keçirmək cənab Əhmədinejad üçün əsl sınağa çevrilə bilər. Belə ki, millət vəkilləri arasında son olaylara dair birmənalı fikir yoxdur və hökumətin təsdiqlənmə prosesi hazırda pərdə arxasında davam edən mübarizənin açıq formasına çevrilə bilər. BBC xəbər verir ki, bu arada müxalifət liderləri etiraz edənlərin işi ilə bağlı ötən həftə başlayan məhkəmə proseslərini tənqid ediblər. Müxalifət məhkəməni konstitusiyanın pozulması və sistemin dəyərlərinə inamı sual altına alan kimi qiymətləndirir.
GAMOH-un Quzey Azərbaycan təmsilçiliyinin xəbərinə görə, İslamşəhərdə yaşayan 2 nəfər milli hərəkatçı iki aya yaxındır qanunsuz olaraq yaxalanıb. Behnam Şeyxi və Mahmud Ocaqlu 56 gündür ki, Evin həbsxanasında saxlanılır. Hakim Mahmud Ocaqlının girovluğunun müqabilində 55000 dollarlıq vəsiqə tələb etsə də, yaxınları bu məbləği tapa bilməyib. Hakim Behnam Şeyxinin isə vəsiqə girov qoymasına icazə verməyib və bildirib ki, hələlik o, həbsxanada sorğu-suala çəkilməlidir. Xatırladaq ki, Behnam Şeyxi qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. İşgəncələr və aclıq nəticəsində 15 gün sonra huşunu itirən hərəkatçı ölümdən dönüb.
Təbriz Universitetinin incəsənət fakültəsının 7 tələbəsi inzibati komitə tərəfindən çağırılıb. Bu çağırışın səbəbi seçkilər zamanı fəaliyyət göstərmələri, seçkilərdən sonra tələbələr arasında iğtişaşlar yaratmaları və seçkilərin nəticələrinə etiraz etməkləri olub.
Milli hərəkat fəalı Əkbər bəy Mühacir tərəfindən Həzrət Mehdi adlı bir şənlik törəninin düzənlənməsi isə ETTELAAT tərəfindən sərt qarşılanıb. Mühaciri ETTELAAT-a apararaq şənliyə qatılan bütün şəxslərin adlarını, çağırış kağızlarını, nə üçün qurulduğunu və hətta şənliyin videogörüntülərini istəyiblər. Məlumata görə, sorğudan bir gün sonra Ə.Mühacir azadlığa buraxılıb və dünən yenidən onu ETTELAAT-a aparıblar, hələlik harda olduğu bəlli deyil.
Müxalifət lideri Mirhüseyn Musəvi dünən bir daha bəzi qeyri milli mətbuatın yaydığı yalanlara aydınlıq gətirib və bildirib ki, insanların haqlı etirazlarının heç bir xarici və siyasi qüvvə ilə bağlantısı yoxdur və tamamilə ölkə daxilindən idarə olunan bir hərəkətdir. Xatırladaq ki, etirazlar zamanı yaxalanan 100 nəfərdən çox insan Tehranın inqilab məhkəməsində mühakimə olunur. Onlar xarici ölkələrlə əlaqədə ittiham edilir.
Xatəmi prezident olduğu zaman müşavirlərindən olan Mohəmmədəli Əbtəhi mühakimə olunan zaman bildirmişdi ki, Rəfsəncani, Xatəmi və Musəvi bir-birinin dalında duraraq ölkədə iğtişaşlar yaradacaqlar. Rəfsəncani isə bunun tam yalan olduğunu bildirib. “Mən seçki zamanı və hətta seçkidən sonra heç bir namizədi dəstəkləməmişəm, sadəcə, haqlı olaraq etiraz edən insanları müdafiə etmişəm və yenə də edirəm” - deyə, o bildirib. Rəfsəncani əlavə edib ki, dinc etirazçılara atəş açanları, onları öldürənləri günahlandırıb və yenə də onların cəzalandırılmalarını tələb edir.
Категория: Dünyadan xeberler | Просмотров: 1407 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024