Cüme, 29.03.2024, 17:41
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 4 » TƏHSİL «BOSS»larının SAVAŞI YENİ MƏRHƏLƏDƏ
13:10
TƏHSİL «BOSS»larının SAVAŞI YENİ MƏRHƏLƏDƏ
Təhsil yetkililəri arasındakı savaş davam edir. Nəhayət, sonuncu II ixtisas qrupu üzrə imtahanlar keçiriləndən sonra ümumi nəticələr açıqlandı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə orta təhsilin səviyyəsi ilə bağlı yenə dəhşətli faktlar açıqladı. Məlum oldu ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərin I ixtisas qrupu üzrə abituriyentlərin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, II qrup üzrə 24,4 faizi, III qrup üzrə 25,5 faizi, IV qrup üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb.
İlkin məlumatlara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər də nəzərə alınmaqla I və IV qruplar üzrə abituriyentlərin 70 faizindən, III qrup üzrə isə 60 fazindən çoxu 200-dən az bal toplayıb. 4 qrup üzrə ümumiləşdirilmiş nəticə isə belədir: bütün abituriyentlərin 62,8 faizi 200-dən az, 4 faizi isə 500-dən çox bal toplaya bilib. Bu, son 5 ildə əldə olunan ən pis nəticədir. Məlumatların illər üzrə dinamikası da bunu təsdiqləyir: 200-dən az bal toplayan abituriyentlərin ümumi iştirakçılarda payı 2005-ci ildə 62 faiz (500-dən çox bal toplayanlar 4,4%), 2006-cı ildə 62,7 faiz (500-dən çox 4,8%), 2007-ci ildə 60,2 faiz (4,6%), 2008-ci ildə isə 56,4 faiz (4,2%).
Nəticələr son 5 ildə 2000 məktəbin tikintisi, təhsil xərclərinin 5 dəfə artımı, məktəblərin başdan-başa kompyuterləşdirilməsi ilə öyünən rəsmi təbliğatın üstündən xətt çəkir. Bu prosesdə təhsil sektorunun bir-birini ittiham edən tərəflərindən hansısa vurula da bilər. Amma hansı? Əslində tərəflərin bir-birinə qarşı arqumentləri həm aydın, həm dolaşıqdır. TQDK rəqəmlərlə danışır, Məleykə Abbaszadə bildirir ki, orta məktəb proqramını 50 faiz mənimsəyən abituriyent azı 350 bal toplamalıdır. Təhsil Nazirliyi (TN) isə iddia edir ki, test sualları bu il məqsədli surətdə çətinləşdirilib. Hətta nazirlik bu iddiasını sübut etmək üçün bir sıra qərarlar da qəbul edib.
Qəzetimizin ötən saylarında məlumatlı mənbəyə istinadən bildirmişdik ki, TN ali məktəblərin I və II kurs tələbələrini imtahana çəkəcək və sübut edəcək ki, onlar savadlıdır, sadəcə, bu il suallar çox çətinləşdirildiyi üçün bu cür zəif nəticələr müşahidə olunub. Bəs doğrudanmı test sualları çətinləşdirilib?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi sədrinin müavini Rövşən Ağayevin sözlərinə görə, nazirliyin bu iddiasına peşəkar repetitorların rəyi olduqca həlledicidir. Çünki test sualları qəlizləşdirilirsə, şübhəsiz, bu, hazırlıq kurslarına cəlb edilən abituriyentlərin də zəif nəticə göstərməsinə səbəb olmalı və məntiqlə ilk etirazlar belə şəraitdə məhz öz peşəkar reputasiyasının qayğısına qalmalı repetitorlardan gəlməli idi: «Səbəbindən asılı olmayaraq qəbulun nəticələrinin pisləşməsi nazirliklə repetitor ordusunun mənafelərinə eyni dərəcədə zərbədir. Amma nədənsə birincidən fərqli olaraq hələlik dərsdənkənar hazırlıq sistemini təmsil edən hansısa ciddi mütəxəssisin bu iddianı müdafiə edən rəyi səslənməyib. Əksinə, prosesdə maraqlı ayrı-ayrı şəxslərlə söhbətdən aydın olur ki, test suallarını kimlərinsə çətin sayması mümkündür, amma onların orta məktəbin tədris proqramlarından kənara çıxdığını heç kim sübut edə bilməz. Bu arqumentin tərəfdarları hesab edir ki, Təhsil Nazirliyinin belə faktların qarşısını almağa hər cür imkanı və səlahiyyəti var. Gec deyil, bu qurum hətta rəsmi səviyyədə test suallarının ekspertizasını da təşkil edə bilər. Bu iddiaların doğruluğu sübut olunsa, TQDK səlahiyyətliləri abituriyentlərin kütləvi şəkildə ali təhsildən kənarda qalmasına rəvac verən əməllərə imza atdıqlarına görə qanunlar çərçivəsində tənbeh olunmalıdır. Əgər təqsir təhsil sisteminindirsə, onda ölkədə yaratdıqları kütləvi savadsızlıq mühitinin, milyardlarla manatı havaya sovurub millətin gələcəyinə qoyulan bombaların hesabı təhsil sferasına məsul şəxslərdən sorulmalıdır».
Baş verənlərin təhsil naziri və TQDK rəhbəri arasında konfliktlərlə əlaqələndirilməsinə gəlincə, R.Ağayevin fikrincə, pərdə arxasında baş verənlərdən aşkar görünən fakt və əlamətlər əsasında situasiyanın qiymətləndirilməsi daha ədalətli nəticələrə gəlməyə imkan verir: «TQDK 16 ildir test imtahanları keçirir, Təhsil Nazirliyi təkcə bu il mərkəzləşdirilmiş imtahanlar təşkil etdi. Bu imtahanların təşkilindən tutmuş onun nəticələrinin açıqlanmasınadək olan bütöv prosesi müqayisə edin və özünüz nəticə çıxarın. Nazirlik orta təhsildəki problemlərə görə öz məsuliyyətini test sisteminin üzərinə yıxmağa çalışır. Burada başqa variant da mümkündür - indiyədək bu suallar daha asan olurdu, bu il tədris proqramlarından kənara çıxmamaq şərtilə nisbətən çətin suallar seçilib. Amma əgər bu versiya doğrudursa, TQDK üçün başqa bir məsuliyyət yaranır: qurum indiyədək səviyyəli bilik yarışı üçün mühiti məqsədli şəkildə pisləşdirməklə bir tərəfdən təhsildəki problemlərin gizlədilməsinə yardımçı olub, başqa tərəfdən isə xeyli sayda savadsız abituriyentin tələbə adı qazanmasına rəsmi səviyyədə yaşıl işıq yandırıb».
Həmsöhbətimiz TQDK-nın keçid ballarını aşağı salmasının səhv addım olduğunu düşünür: «Təsəvvür edin, TQDK bir tərəfdən deyir ki, 200 bal "5" ballıq şkala üzrə ikiyə bərabərdir, amma o biri tərəfdən I qrupda 200 bal toplayan abituriyentin universitetlərə daxil olmasına öz əli ilə yardım edir. Savadsız uşaqların valideynləri övladlarının diplom alması xatirinə bu addımdan məmnun qala bilər. Amma bu, ölkəmiz üçün strateji və milli təhlükəsizlik məsələsidir. Qəbul planı dolmur, qoy dolmasın. Xəstəliyin müalicəsi heç də onu gizlətməkdə deyil. Görürsünüz, təhlükəli virus yayılanda bütün dünya "SOS" siqnalı çalır, hamı birgə çıxış yolları axtarır. Hələlik bəşəriyyətə bütöv bir millətin savadsızlaşmasından təhlükəli heç bir virus növü məlum deyil. İki il öncə quş qripi bütün dünyanı başına götürmüşdü, lakin onun qurbanlarının sayı heç 200 nəfəri də ötmədi. Amma kütləvi savadsızlaşan millətin millətlər içində imzasının yoxa çıxmasına cəmi bir neçə onillik bəs edir».
Категория: Elm ve Tehsil | Просмотров: 2784 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 2.8/6
Всего комментариев: 3
3 Calal  
0
61 bal toplamiwam,qebul ola bilerem?

2 aferde sardar  
0
IX və XI siniflərdə keçirilmiş mərkəzləşdirilmiş imtahanın nəticələri internetə veriləcəkmi və ayın neçəsində veriləcək?

1 nice girl  
0
salam

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024