Çerşenbe axşamı, 16.04.2024, 15:47
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 3 » “KREMLİN GÜRCÜSTANI İŞĞAL ETMƏYƏ GÜCÜ YOXDUR”
23:45
“KREMLİN GÜRCÜSTANI İŞĞAL ETMƏYƏ GÜCÜ YOXDUR”
Rusiya-Gürcüstan cəbhəsində vəziyyət yenidən gərginləşib. Belə ki, Kremlin təsiri altında olan separatçı Cənubi Osetiya ilə Gürcüstan arasında vəziyyət gözlənilmədən yenidən pisləşib və hər iki tərəf ağır silahlardan açılan atəşlər haqda məlumatlar yayır.
Cənubi Osetiya tərəfi bildirib ki, gürcü mövqelərindən Sxinvalinin ətrafı və osetin qüvvələrinin müşahidə postları ağır silahlardan - tank əleyhinə qumbaraatanlardan və minomyotlardan atəşə tutulub. Gürcü tərəfi bu məlumatı təkzib edib və təxribat adlandırıb. Lakin ertəsi gün osetin tərəfi Sxinvalinin ətrafına gürcü mövqelərindən yenidən minomyot zərbələri endirildiyi haqda məlumat yayıb. Bu məlumat da Tiflisdən qəti şəkildə təkzib olunub.
Nəhayət, dünən səhər osetin tərəfi minomyot atəşlərinin təkrarlandığı haqda növbəti xəbər yaydıqdan sonra ötən ilin avqustunda Gürcüstanın Cənubi Osetiyaya «təcavüzünü» bəhanə edərək bu ölkəyə qarşı hücum əməliyyatlarına başlayan, hazırda Cənubi Osetiya və Abxaziyada çoxminli qüvvələr saxlayan Rusiya işə qarışıb. Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Osetiya ətrafında vəziyyətin gərginləşməsini narahatlıqla izləyir. Rusiya tərəfinin iddiasına görə, gürcü mövqelərindən iyulun 29-dan başlayaraq Sxinvali şəhəri və osetin qüvvələrinin postları dəfələrlə minomyot atəşlərinə məruz qalıb.
Rusiyanın Müdafiə Nazirliyi sonra xəbərdar edib ki, hadisələrin bu cür inkişafı halında «əlindəki bütün qüvvə və vasitələrdən istifadə etməklə» Gürcüstana sərt cavab verəcək. Bu xəbərdarlıq yenidən Cənubi Osetiya əhalisinin «müdafiəsi zərurəti» ilə izah edilib.
Gürcüstan Xarici İşlər Nazirliyi isə Rusiya Müdafiə Nazirliyinin bu bəyanatını «qeyri-adekvat və açıq-aşkar yeni təcavüz xəbərdarlığı» kimi qiymətləndirib. Nazirlik bəyan edir ki, gürcü tərəfindən osetin mövqelərinə atəş açılmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi də osetin mövqelərinin atəşə tutulması haqda xəbərlərin yalan olduğunu elan edib. DİN-dən bildirildiyinə görə, iyulun 29-da osetin mövqelərindən gürcü kəndi atəşə tutulub, münaqişə bölgəsində başqa insident qeydə alınmayıb...
Görünən budur ki, Rusiya Gürcüstanı təxribata çəkmək istəyir. Eyni zamanda belə rəy yaratmağa çalışırlar ki, guya hərbi əməliyyatlara Gürcüstan başlayıb, Rusiya isə ona cavab vermək məcburiyyətində qalıb. Amma fakt ondan ibarətdir ki, Kremlin Gürcüstana olan qəzəbi soyumayıb və onlar 2008-ci ilin avqustunda baş verən hadisələri təkrarlamaq istəyirlər. Özü də bu olayların düz bir ilinin tamamında.
Politoloqlar bu məsələni necə qiymətləndirir? Rusiyanın Gürcüstana növbəti dəfə hərbi təcavüz etməsi inandırıcıdırmı?
Politoloq Rasim Musabəyov hesab edir ki, Cənubi Osetiyanın atdığı addımlar Rusiyanın fitnəsi ilə həyata keçirilir: “Kreml Gürcüstana aid bir vadini özününkü hesab edir və bu arzusunu reallaşdırmaq üçün daim toqquşmaya gedir. Odur ki, Rusiyanın aranı qızışdırıb Gürcüstana növbəti dəfə hər hansı bir formada hərbi müdaxilə etməsi mümkündür. Amma hətta Rusiyanın özündə Kremlin niyyətləri ilə bağlı bildirirlər ki, onların bu addımı özlərinə baha başa gələr bilər. Söhbət təkcə hərbi cavabdan getmir. Nəzərə alsaq ki, Rusiya maliyyə dəstəyi üçün Qərbə üz tutmalıdır, qiymətli kağızlarını Qərb maliyyə qurumlarında yerləşdirməyə hazırlaşır, onda yarana biləcək mənzərəni təsəvvür etmək çətin deyil. Yəni Rusiya Gürcüstana təcavüz edərsə, ona çox sərt şəkildə maliyyə cavabı verilə bilər”.
Politoloq hesab edir ki, Rusiya tərəfinin hərəkətləri daha çox əsəb müharibəsi təsiri bağışlayır: “Məsələ ondadır ki, Rusiyanın Gürcüstanı işğal etmək gücü yoxdur. Balaca bir Çeçenistanla uzun illərdir vuruşurlar. Bütün hərbi gücü ora yönəldiblər, amma yenə də axıra gəlib çıxa bilmirlər. Rusiya Gürcüstan ərazisinə soxula bilər, amma oranı işğal etməyə, nəzarətinə almağa gücü yoxdur”.
İstənilən halda Rusiyanın hətta Gürcüstanda aranı qatmaq üçün ora soxulmaq cəhdi belə bölgədə müəyyən problemlər yarada bilər. Bəs Azərbaycanı nə gözləyə bilər? R.Musabəyova görə, Rusiya kommunikasiyaları kəsərsə, Azərbaycan üçün də çətinliklər yarana bilər: “Amma heç şübhəsiz ki, Kremlin bu addımına adekvat cavab veriləcək. NATO və Türkiyə qısa bir müddətdə onu geri çəkilməyə məcbur edəcəklər. Çünki hər bir variant üçün Türkiyənin və NATO-nin gücü Rusiyadan çoxdur. Onlar məsələyə qarışmağa məcbur olduqları təqdirdə, Rusiyanın alçaldılmış bir şəkildə çıxıb gedəcəyinə şübhə yoxdur”.
Категория: Siyaset | Просмотров: 1440 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024