Cüme axşamı, 28.03.2024, 16:38
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 3 » “QAZ MÜHARİBƏSİ”İNDƏ YENİ HƏMLƏ
23:41
“QAZ MÜHARİBƏSİ”İNDƏ YENİ HƏMLƏ
Türkiyə bu günlərdə Xəzər regionunun qaz ehtiyatları uğrunda gedən geosiyasi rəqabətin mərkəzində yer alacaq. Əvvəlcə Rusiyanın baş naziri Vladimir Putin, onun ardınca isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Ankarada səfərdə olacaqlar. Hər iki səfərdə müzakirə ediləcək əsas məsələ bəllidir: Türkiyədən keçməli olan “Nabucco” qaz kəməri və bu layihəyə qarşı olan Rusiyanın Türkiyəni alternativ “Cənub axını”na qoşmaq səyləri. Xəbərlərə görə, Putinin sabah Ankaraya birgünlük səfəri gözlənilir. Türkiyə mətbuatı bunu ölkəyə son aylarda edilən ən önəmli ziyarət hesab edir. Gözlənilir ki, Putinin səfəri Avropada və ABŞ-da da yaxından izlənəcək.

“Milliyət” qəzetinin yazdığına görə, Putin səfəri zamanı başlıca müzakirə mövzularından birinin “Nabucco” qaz kəməri olacağına şübhə yoxdur. İlk baxışdan Türkiyə ilə Rusiya enerji məsələsində rəqibdir. Çünki Türkiyə Rusiyanın qarşı olduğu “Nabucco” layihəsinin həyata keçirilməsinə çalışır və bu layihənin əsas iştirakçılarından biridir. Ancaq Rusiya “Nabucco”nun baş tutmaması üçün Türkiyəyə sərfəli əməkdaşlıq da təklif edir. Ötən ay Türkiyə tərəfinə Rusiyanın həyata keçirmək istədiyi alternativ “Cənub axını” qaz kəməri layihəsinə qoşulmaq təklifi verilib. Rusiya tərəfi bu layihədə iştirak edərsə Türkiyənin regional enerji mərkəzinə çevrilməsinə şərait yaratmağı vəd edir.Digər tərəfdən Rusiya artıq mövcud olan “Mavi axın” qaz kəmərinin Türkiyənin Ceyhan limanına qədər uzadılmasını təklif edib. Bu təklif qəbul olunsa Türkiyə Rusiya qazı üçün tranzit ölkəsinə çevrilə bilər.

Rusiyanın “Cənub axını” layihəsində Türkiyənin iştirakının nədən ibarət ola biləcəyi hələ açıqlanmır. Ancaq mətbuata sızan məlumatlara görə, Rusiya bu kəmərin bir qolunun Türkiyədən keçməsini təklif edib. Nəzərdə tutulur ki, həmin qolla Rusiya qazı ilə yanaşı İran qazı da nəql olunsun.

Ankaranın ikinci önəmli qonağı isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov olacaq. Berdıməhəmmədovu səfərə ötən həftə Türkiyə prezidenti Abdullah Gül onunla telefon danışığı zamanı dəvət edib. Bu səfər zamanı Türkmənistanın “Nabucco”ya qoşulması məsələsi ilə bağlı danışıqların aparılacağı gözlənilir. Türkmənistan “Nabucco” üçün əsas qaz mənbələrindən biridir, ancaq bu ölkənin qazının əsas alıcısı hazırda Rusiyadır.

Beynəlxalq ekspertlər Azərbaycan və Türkmənistan arasında vasitəçilik üçün Türkiyəni ən uğurlu namizəd hesab edirlər. Rəsmi Ankara hələlik bu təşəbbüsə münasibət bildirməsə də, yerli müşahidəçilər də Türkiyənin bu missiyanı uğurla yerinə yetirə biləcəyinə inanırlar. Türkiyə həm Azərbaycan, həm də Türkmənistanla sıx tarixi, etnik, mədəni və siyasi əlaqələrə malikdir. Bu baxımdan Ankara Türkimənistan ilə Azərbaycan arasında Xəzərin sərhəd yataqlarının delimitasiyası məsələsi ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün vasitəçilik missiyasını həyata keçirə bilər.

Категория: Siyaset | Просмотров: 1336 | Добавил: VAZGEC_GONLUM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024