Cüme axşamı, 25.04.2024, 13:44
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 2 » BAZARLAR YANDI, QİYMƏTLƏRƏ OD DÜŞDÜ
19:09
BAZARLAR YANDI, QİYMƏTLƏRƏ OD DÜŞDÜ
Mütəxəssislər adətən tikinti işləri üçün yay aylarını münasib görürlər. Çünki bu aylarda tikinti bazarlarında passivlik hökm sürür. Nəticədə tikinti materiallarının qiymətləri gözlə görünən dərəcə də aşağı düşür. Paytaxtın ən böyük tikinti mallarının satıldığı bazarlarından biri - Dərnəgüldəki tikinti materialları və «8-ci kilometr» bazarlarıdır. Üstəlik, son günlərdə hər iki bazarda yanğın baş verib. Bu isə tikinti bazarında qiymətlərin gözlənilmədən artmasına səbəb olub. Biz də sözügedən bazarlarda olub materialların qiymətləri ilə maraqlandıq.

«8-ci kilometr» bazarında taxta alveri ilə məşğul olan Əli adlı satıcı ilə söhbətləşdik. Müsahibimizin sözlərinə görə, Rusiyadan taxta gətirməklə məşğul olan sahibkarlara külli miqdarda ziyan dəydiyindən bazarlarda qalan taxtaların qiyməti qaldırılıb: «Tikinti bazarında qiymətlər heç vaxt sabit qalmır. İyulun 19-da burada baş verən yanğında xeyli tikinti materialı yandı. Bu bazara taxta isə Dərnəgüldəki taxta bazarından gətirilir. Orda baş vermiş yanğın 1 kubmetri 170 manata olan taxtanın 190 manata qədər bahalaşmasına səbəb olub».
Müşahidələrimiz də göstərdi ki, burda taxta alveri o qədər də gur deyil. Satıcılardan bunun səbəbini soruşduq. Onlar bazara taxtanın sifarişlə gətirildiyini söylədilər: «Bu bazarda əsasən yüngül tikinti materialları satılır. Taxta almaq istəyən müştərilər əsasən Dərnəgüldəki bazara gedir. Amma müştərinin sifarişi ilə biz də taxta-şalban gətiririk. Qiymətdə isə cəmi 20 manat fərq edir. Məsələn, 1 kubmetr taxtanı oradan 175 manata alıb 195 manata satırıq. Daşınma xərclərinin də bu qiymətlərə daxil edildiyini nəzərə alsaq, müştərilər üçün çox sərfəlidir».

Alıcılar Rusiya istehsalı boyalara üstünlük verir

«Vosmoy» bazarında tikinti materiallarının satılan hissəsində bir çox boya firmalarının satış mağazaları var. Amma alıcılar əsasən topdansatış məntəqələrindən boya almağa üstünlük verir. Bunun səbəbi isə firmaların satış mərkəzlərində qiymətlərin səyyar satışa nisbətən baha olmasıdır. Məsələn, Türkiyə istehsalı olan 15 litrlik üzlük boyalar mağazalarda 30 manata satılır. Həmin boyanı səyyar boya satanlardan 25 manata almaq mümkündür. Onlar əsasən yolun kənarında iri yük maşınlarında boyaları topdan və pərakəndə şəkildə satırlar.
Bazarda Azərbaycan istehsalı olan boyalar da var. Xaricdən gətirilən boyalara nisbətən yerli boyalar daha ucuzdur. Satıcılar yol və gömrük xərclərinin boya qiymətlərinə təsir etdiyini söylədilər: «Bazarda ən çox üç boya növü rəqabət aparır. Onlar bahalı Türkiyə, orta qiymətlərlə satılan Rusiya və ucuz satılan yerli istehsallı boyalardır. Tam əminliklə deyə bilərəm ki, alıcılar əsasən Rusiya istehsalı olan boyalara üstünlük verirlər».
Bazarda armatur və dam örtüklərinin qiyməti isə normaldır. Yəni bu tikinti materiallarının qiyməti mövsümə uyğundur. Tikinti materialları satan digər satıcılarla da söhbət edib qiymətlərin son günlərdə necə olduğunu öyrənməyə çalışdıq. 15 ildən artıq ki, tikinti materialları satan Həsən adlı satıcı əhəmiyyətsiz bir hadisənin belə tikinti bazarına çox ciddi təsir etdiyini söylədi: «Dünyadakı iqtisadi böhran bu sahədən də yan ötmədi. Bir-iki ay qabaq heç kim risk edib xaricdən tikinti materialı gətirmirdi. Çünki əhalini alıcılıq qabiliyyəti həddindən artıq aşağı düşmüşdü. Tələbat isə yalnız yerli istehsalın gücünə ödənilirdi».
Hazırda tikinti bazarının durğunluq dövrünü yaşadığını deyən Həsən bəy satışın gündən-günə azaldığını vurğuladı: «Hər sahə olduğu kimi bu sahə də inhisara alınıb. Xaricdə tikinti malları ölkəmizdəki qiymətlərə nisbətdə qat-qat ucuzdur. Adicə bazarın bir hissəsinin yanması qiymətlərin qalxmasına səbəb oldu».

Yanan taxta bazarında qiymətlər dəyişməyib

İyulun 29-da gecə saatlarında dəhşətli yanğın nəticəsində külə dönən Dərnəgül yolu üstündəki taxta bazarına da baş çəkdik. Burada bir çox tikinti materialları satılır. Amma çoxlu taxta-şalban satıldığından bazar ümumi şəkildə «taxta bazarı» adlanır. Bazar yanandan sonra buradakı işbazlar taxtanın qiymətini süni şəkildə qaldırmağa çalışmışdılar. Bu haqda kütləvi informasiya vasitələri də məlumat vermişdi. Bir daha yanan taxta bazarında olub doğrudan da yanğından sonra qiymətlərin qalxması ilə bağlı olan xəbərlərin doğru olub-olmaması ilə maraqlandıq.<%1>
Cəfər adlı satıcı qiymətlərin qalxması ilə bağlı yayılan xəbərlərin yalan olduğunu, bazarda taxtanın 1 kubmetrinin 190 manata satıldığını söylədi. Söhbət zamanı aydın oldu ki, bazar yanmamışdan qabaq da taxtanın 1 kubu həmin qiymətə satılırmış.
Ərazisini gəzərkən məlum yanğında salamat çıxmış taxta-şalbanların bir kənara yığıldığını gördük. Yaxınlıqda dayanan satıcıdan bu taxtaları nə edəcəkləri soruşduq. Dəmir adlı satıcı yanğından azca ziyan dəymiş taxtaları mebel sexlərinə satacaqlarını söylədi: «Biz burda əsasən topdansatışla məşğul oluruq. Ona görə də taxtanı sayla satmaq nə bizə, nə də ki, müştərilərə sərf etmir. Məlum yanğında mənim xeyli sayda malım yandı. Qalan malıma isə ciddi ziyan dəyib. Təxminən bir vaqon taxtamın bəzi hissələri yanıb. İndi onların yanan yerlərini doğrayıb salamat qalan hissələrini mebel sexlərinə satacağıq».
Yanan taxtalar isə kömür istehsal olunması üçün «KamAZ»lara yığılıb müştərilərini gözləyirdi.
Buradakı ticarətçilərlə söhbət zamanı aydınlaşdırdıq ki, taxta bazara Rusiyadan gətirilir. 1 kubmetri də 160 dollara başa gəlir. Keşlə dəmiryol stansiyasında gətirilən taxta-şalban topdansatışla məşğul olan sahibkarlar tərəfindən alınaraq bazarlara çıxarılır.

Категория: İqtisadiyyat | Просмотров: 1804 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024