Cüme axşamı, 25.04.2024, 06:42
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 2 » NİSƏ QASIMOVA ANS-DƏN DAVA-QIRĞINLA GEDİB?
19:06
NİSƏ QASIMOVA ANS-DƏN DAVA-QIRĞINLA GEDİB?
Həftə ərzində hər günorta ANS telekanalında canlı yayımda efirə çıxan “Xoş vaxt olun” verilişinə bundan sonra xalq artisti Nisə Qasımova aparıcılıq etməyəcək. Bu barədə show.az məlumat yayıb. Xəbərə görə, müğənni telekanal rəhbərliyi ilə mübahisə edərək işdən ayrılıb.
Mənbə bildirir ki, Nisə Qasımova telekanal rəhbərliyindən yeni yayım mövsümündə verilişin dekorlarının dəyişdirilməsini tələb edib. Bu isə rəhbərliyin ürəyincə olmayıb və xalq artistinin ANS-dən birdəfəlik getməsi ilə nəticələnib. Yeni yayım mövsümündən isə ANS efirində kişi müğənnilərindən biri həmkarı Nisə Qasımovanı əvəz edəcək.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev lent.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirsə də müğənninin ANS-dəki fəaliyyətinə xitam veriləcəyini də istisna etməyib. “Hələ ki, Nisə Qasımova ANS telekanalının əməkdaşıdır. Ola bilsin, Nisə Qasımova ilə müqaviləyə xitam verilsin” - deyən vitse-prezident müğənninin telekanalı mübahisə nəticəsində tərk etməsi xəbərinin yanlış olduğunu bildirib: “Nisə Qasımova ilə bizim aramızda heç bir konflikt olmayıb. Sadəcə son vaxtlar Nisə xanım özündə bir qədər yorğunluq hiss edirdi. Biz hamımız Nisə xanıma çox böyük hörmət bəsləyirik. O da Zeynəb Xanlarova kimi Azərbaycanın nəhəng müğənnilərindəndir. Fəaliyyət göstərdiyimiz müddətdə çalışırdıq ki, dəyərli keçmişi olan insanların gənclərə öyüd-nəsihət vermək imkanlarından istifadə edək. Nisə xanım da bu işin öhdəsindən çox layiqincə gəlirdi. Nə qədər ki ANS televiziyası var, ANS telekanalının qapıları onun üzünə həmişə açıqdır. Yenə də istənilən vaxt Nisə xanım bizə əməkdaşlıq təklif etsə, razılaşacağıq”.
M.Ağayev N.Qasımovanın gərgin iş rejimindən yorulduğunu deyib: “Ortada heç bir konflikt yoxdur. Həqiqətən də proqramın formatında dəyişikliklər olub. Formata görə Nisə xanım evlərdə olmalı idi, hədiyyələr paylamalı idi. O da təbii olaraq imtina etmək haqqından istifadə etdi. Bir də son vaxtlar Nisə xanım qayğılı-qayğılı konsert vermək istədiyini, lakin proqram aparıcılığının bu verilişə mane olduğunu deyirdi”.<%1>
Müğənni ilə əlaqə saxlayıb xəbərə münasibətini öyrəndik. N.Qasımovanın köməkçisi bildirdi ki, müğənni yeni mövsümdən “Xoş vaxt olun” proqramında aparıcılığını davam etdirmək niyyətindədir: “Xəbər bizdən xəbərsiz mətbuata ötürülüb. Nisə xanımın ANS telekanalı ilə heç bir problemi yoxdur, yeni mövsümdən əvvəlki kimi öz işini davam etdirəcək”.
Категория: Şou | Просмотров: 1951 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 4.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024