Cüme axşamı, 25.04.2024, 14:39
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 1 » ƏMƏKHAQLARIN ARTIMI AŞAĞI DÜŞÜB
17:09
ƏMƏKHAQLARIN ARTIMI AŞAĞI DÜŞÜB
Bu ilin ikinci rübündə ölkədə maaşların artım tempi birinci rüblə müqayisədə iki dəfə azalıb. Belə ki, birinci rübdə artım 26,5 faiz olubsa, birinci yarım ildə 19 faizə düşüb. Diqqəti çəkən isə bu müddət ərzində özəl sektorda maaşların artımının müşahidə edilməməsidir. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi bildirir ki, iyul ayının 1-nə Azərbaycanda orta aylıq əməkhaqqı 298 manat təşkil edib.Halbuki, ilin əvvəlində qurum müvafiq dövrdə orta aylıq əməkhaqqının 300 manatdan çox olacağını deyirdi.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, özəl sektorda nəinki maaş artımı, xeyli dərəcədə iş yerlərinin itirilməsi prosesi gedib: «Məvaciblərin azaldılması baş verib. Büdcədənkənar dövlət sektorunda çalışanlar ümumi dövlət sektorunda çalışanların təxminən 12-15 faizə qədərini təşkil edir. Üst-üstə nəzərə alın ki, dövlət sektorunda çalışanların əhəmiyyətli hissəsi iri dövlət şirkətlərinin işçiləridir. Həmin şirkətlərdə isə xeyli dərəcədə ixtisar gedib. Yəni yeganə burda artım büdcə sektorunda gözlənilə bilərdi. Büdcə sektorunda da müəyyən faizlə artım var».
Ekspertin qənaətincə, cari ildə ölkədə əməkhaqqı artımı baş verərsə, bu büdcə sektorunun hesabına olacaq: «Büdcədənkənar dövlət sektorunun və ya özəl sektorun hesabına maaş artımı çətin baş versin. Əksinə, həmin sahələrdə məvaciblərin azalması baş verəcək. Lakin ola bilər ki, büdcə sektoru hesabına həmin azalmalar kompensasiya edilsin».
Yaranmış vəziyyətin Sosial Müdafiə Fonduna ödənişlərin həcminin azalmasına gətirib çıxarmasına gəlincə, R.Ağayev deyir ki, pensiyaların yarısına qədəri büdcə hesabına formalaşır: «Yarısından hətta bir qədər çoxu. Həm büdcədən fonda transfertlər həyata keçirilir. Eyni zamanda yığılan məcburi sosial ayırmaların da 3/1-i büdcə əməkhaqqısından tutulur. Büdcədə əməkhaqqı xərcləri müdafiə olunan xərc maddələri içərisindədir. Büdcədən əməkhaqlarının verilməsində problem yoxdur. Ona görə də büdcədən əməkhaqları ödəniləndə ilk növbədə sosial ödənişlər, icbari sosial yığılmalar tutulur».
İqtisadçı bildirir ki, həm büdcə işçilərinin ödədiyi ayırmalar, həm də transfertlər hesabına Sosial Müdafiə Fondunun yarısından çoxu büdcə hesabına formalaşır: «Fondun ayırmalarının xeyli hissəsi - təxminən 10-15 faizə qədəri də iri dövlət şirkətlərinin payına düşür. Ona görə də büdcədən və iri şirkətlərdən asılılıq və onların ödəmələrində ciddi problemlərin olmaması hələ ki fond üçün ciddi problem yaratmır. Əgər bizdə Sosial Müdafiə Fondunun 50 faizindən çoxu özəl sektordan asılı olsaydı hazırda qurumun vəziyyəti həddən artıq ağır idi. Yaxın dövr üçün problem yoxdur. Böhran uzansa vəziyyət dəyişə bilər».
R.Ağayev hesab edir ki, büdcə əməkhaqlarının verilməsində, iri dövlət şirkətlərinin ödənişlərində problem olsa fond ciddi problemlərlə üzləşəcək: «Hökumət gözünü Neft Fonduna tikib. Ümid edir ki, neftin qiyməti qalxana qədər lazım gələrsə, büdcə vasitəsi ilə Neft Fondunun vəsaitlərinin Sosial Müdafiə Fonduna atılması sayəsində problem yaranmayacaq. Yaxın vaxtlar üçün hökumət buna çox arxayındır. Ən azı ilin sonuna qədər ciddi problem gözlənilmir. Əgər gələn il neftin qiyməti aşağı olarsa, belə halda həm büdcədə, həm də fondda müəyyən problemlər qaçılmazdır».
Категория: İqtisadiyyat | Просмотров: 1644 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024