Cüme axşamı, 28.03.2024, 21:22
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » Avqust » 1 » RUSİYA QƏRBİ QARABAĞ DANIŞIQLARINDAN KƏNARLAŞDIRIB
17:05
RUSİYA QƏRBİ QARABAĞ DANIŞIQLARINDAN KƏNARLAŞDIRIB
Vaşinqtonda yerləşən nüfuzlu Ceymstaun Fondunun prezidenti Qlen Hovard hesab edir ki, hazırda Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rolu Minsk Qrupu yox, Rusiya ələ alıb (“Amerikanın səsi”). Ekspertə görə, Kremlin məqsədi Qərbi regiondan kənarlaşdıraraq, özünün bölgədəki nüfuz dairəsini qoruyub saxlamaqdır. Bakıdan bu günlərdə qayıtmış Hovard hesab edir ki, Qafqazdakı münaqişələr və region ölkələrinin sabitliyi kimi məsələlər hələ də ABŞ-la Rusiya arasında nüfuz mübarizəsinin predmeti olaraq qalır.Ekspertin fikrincə, Birləşmiş Ştatların prezidenti Barak Obamanın iyulun əvvəllərində Moskvaya səfəri belə bir təəssürat yaratdı ki, iki böyük güc arasında Cənubi Qafqazdakı münaqişələrə dair fikir ayrılıqları azalmaqdadır. Lakin bu yaxınlarda regiona getmiş ABŞ-ın vitse-prezidenti Co Baydenin Tbilisidə səsləndirdiyi bəyanatlar Moskvada yenidən qəzəbləri artırıb. Qlen Hovard bu vəziyyəti belə izah edir: “Prezident Barak Obama Rusiya ilə münasibətlərin bərpasında olduqca qərarlıdır. Vaşinqton ötən ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibənin zərərlərini aradan qaldırmağa və Moskva ilə yeni inam yaranmasına çalışır. Lakin Vaşinqtonun Moskvaya digər mesajı da budur ki, Rusiyanın keçmiş sovet respublikasında nüfuz dairəsi deyilən bir şey yoxdur. Yəni Moskva öz sərhədləri kənarında bu ölkələrə öz maraqlarını diqtə edə bilməz. Vitse-prezident Baydenin Gürcüstana və Ukraynaya səfər etməsində də məqsəd bu ölkələrin ABŞ üçün əhəmiyyətini və onlara dəstəyini nümayiş etdirmək idi”.Ekspert diqqəti ona yönəldib ki, Vaşinqton üçün Rusiyanın sabiq nüfuz dairəsi saydığı ölkələrə təsir etmək cəhdləri qəbuolunmazdır. Vitse-prezident Bayden bu yaxınlarda bəyan edib ki, demokratik dəyərlərə əsaslanmayan və qonşuları ilə ziddiyyətli münasibətdə olan Kreml regionda uzun müddət böyük güc kimi qala bilməz. Regiondakı donmuş münaqişələrin donunun açılması perspektivi barədə danışan deyib ki, danışıqlar prosesində ümumi dinamika qalsa da, qüvvələr nisbəti dəyişib:“Məncə münaqişənin həllində enerji diplomatiyası amili önə çıxmaqdadır. Bu yaxınlarda Azərbaycanın Rusiya ilə imzaladığı qaz müqaviləsi özü özlüyündə belə bir siqnal ifadə edir ki, mövcud qaz resusrlarından istifadə ilə Bakıda Rusiyanın münaqişənin həllində pozitiv rol oynamasını istəyirlər”. Bununla yanaşı, ekspertə görə, Rusiyanın sülh danışıqlarında təşəbbüsü ələ alması Qərbin, xüsusilə də ABŞ-ın nizamlama prosesindən uzaqlaşması bahasına başa gəlib. “Minsk Qrupu hazırda Rusiya tərəfindən danışıqlardan kənarlaşdırılıb. Moskva birbaşa Bakı və Yerevanla dialoq aparır. Onların Minsk Qrupuna ehtiyacı yoxdur, təkbaşına və Qərbin təsirindən kənar tərəflərlə dialoq aparırlar. Beləliklə də hazırda Qarabağ nizamlamasında Minsk Qrupu yox, məhz Rusiyanın səyləri yenidən daha artlıq hiss olunur”, - deyə Qlen Hovard vurğulayıb. Ekspert habelə hesab edir ki, böyük dövlətlərin regional qarşıdurmalarının fonunda Azərbaycan diplomatiyası düzgün kursa istiqamətlənib. Belə ki, bu ölkə heç bir tərəfə meyllənmir, həm Rusiya, həm İran, həm də ABŞ-la dostluq edir.Ancaq ekspert əlavə edir ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya kursunu elan edib. Prezident Əliyevin bu yaxınlarda Brüsselə və Praqaya səfərləri, Nabukko layihəsi ilə bağlı imzalanmış saziş Bakı üçün əlavə rol və bu rolların artmasına işarə edir. BMT Baş Assambleyasının bu ilin sentyabrında keçiriləcək 64-cü sessiyası çərçivəsində Dağlıq Qarabağ və digər donmuş münaqişələrin müzakirəsinin bu problemlələrin həllinə mümkün təsirləri haqda danışarkən
ekspert bildirib ki, bu təşkilat donmuş münaqişələrin çözümündə əhəmiyyətli rola malik olmasa da, məsələni gündəlikdə saxlanması ona beynəlxalq diqqəti artırır
Категория: Siyaset | Просмотров: 1424 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  Avqust 2009  »
B.eÇ.aÇeC.aŞeBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xeberlerin arxivi
Copyright Admin © 2024