Cüme, 19.04.2024, 17:17
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 31 » BANKLARA BORCUNU QAYTARA BİLMƏYƏN VƏTƏNDAŞLARA AMNİSTİYA VERİLSİN?
13:21
BANKLARA BORCUNU QAYTARA BİLMƏYƏN VƏTƏNDAŞLARA AMNİSTİYA VERİLSİN?
Real sektorda müşahidə edilən durğunluq biznes subyektlərini, tikinti şirkətlərini, eləcə də vətəndaşları kommersiya bankları qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmələrində çətinliklə üzləşdirib. Nəticədə son bir ildə ölkədə problemli kreditlərin həcmi 2,5 dəfə artıb. Hazırda ölkədə verilən kreditlərin 3,8 faizi problemlidir. Ekspertlərin rəyinə görə, vətəndaşların kreditləri qaytara bilməməsi təklif edilən faiz dərəcələrinin yüksək olması ilə bağlıdır.
Bu arada müşahidələr onu göstərir ki, risklər artdıqca banklar da faiz dərəcələrini qaldırırlar. Eyni zamanda, nağd vəsait problemi yaşadıqlarından hələlik hər hansı güzəştə getmək istəmirlər. Açdıqları kredit xəttinin müqabilində ipoteka predmeti olan əmlakın müsadirə olunmasını tələb edirlər.
Banklar problemli kreditlərdən danışmaq istəmirlər
Məsələ ilə bağlı ilk əvvəl bankların rəyini öyrənməyə cəhd etdik. “Accesbank”, eləcə də “Azərdəmiryolbank” Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Lakin hər iki qurumun müvafiq şöbələri suallardan yayındılar.
“Unibank”ın PR koordinatoru Vüqar İsrafilov isə bildirdi ki, təmsil etdiyi bankda risklər düzgün ölçülüb. Yəni problemli kreditlərin faizi çox aşağıdır: “Ölkədə iqtisadi durum dəyişir. Artım getsə də kredit cəlb edən hər bir şəxsin planlarının pozulma ehtimalı var. ”Unibank" üçün müştəriyə ayrılan pul daha dəyərlidir, nəinki sərəncamına keçiriləcək avtomobil və ya mülk. Müştəri tərəfindən təşəbbüs olanda onlarla fərdi şəkildə görüşlər keçiririk. Bu zaman kreditin optimallaşdırılması, müddətinin uzadılması və sair addımlar atılır. Ümumiyyətlə, vəziyyət müştərinin durumundan da asılıdır. Əgər bu gün o işsizdirsə, bunu başa düşürük. Lakin nəzərə almaq lazımdır ki, bank vəsaitləri həm yerləşdirən, həm də cəlb edən qurumdur. Bir müştəriyə güzəştə gedəndə, depozit açan digər müştəri bizi başa düşməyə bilər. Bu cəhətdən məsələ ilə bağlı bank ortaq məxrəc götürüb".
V.İsrafilovun sözlərinə görə, kreditin qaytarılmasında problem yaranan zaman bank ən son mərhələdə məhkəməyə müraciət edir. O ki qaldı risk artdıqca kreditlər üzrə faiz dərəcələrinin sərtləşdirilməsinə, V.İsrafilov bildirir ki, bu tendensiya son iki ildə qlobal bazarlarda da baş verir: “Həm yerli, həm də xarici bazarlarda dərəcələr artıb. Düzdür, Milli Bankın ötən ildən atdığı addımlar sabitləşmənin baş verməsinə səbəb olub. Bu gün ”Unibank"ın təklif etdiyi kredit faizləri o qədər də yüksək deyil. Söhbət istehlak kreditləri üzrə illik 26-27 faizdən gedir. Avtomobil kreditlərində isə bundan da sərfəli faiz dərəcələri irəli sürülür -21-23. Yəni məsələ müştərinin aldığı avtomobilin dəyərinin 50 faizini özünün ödəməsindən və müddətin az olmasından asılıdır. Birmənalı şəkildə deyə bilmərəm ki, biz faiz dərəcələrimizi sərtləşdirmirik".
Banklar girovun bazar dəyərinin 50 faizi səviyyəsində kredit verirlər
Qeyd etdiyimiz kimi, kreditlərin qaytarılmasında yaşanan problemlər bir çox kommersiya banklarını ehtiyatlı olmağa və ya şərtləri ağırlaşdırmağa məcbur edib. Məsələn, banklar girov üçün təklif olunan əmlaka əvvəlki kimi həvəslə can atmırlar. Belə ki, girov kimi torpaq götürmürlər, başqa əmlakları isə dəyərindən ucuz qiymətləndirirlər. Hətta bəzi hallarda verdikləri kreditin iki misli dəyərində girov tələb edirlər.
Daşınmaz əmlak bazarını araşdıran mütəxəssislər bildirir ki, köhnə mənzillərin 3 ay, torpaqların 7 ay, yeni tikililərin satış müddəti isə 2 il təşkil edir: “Mənzili dərhal satmaq üçün onu bazar qiymətindən təqribən 10 faiz ucuz qiymətə vermək lazımdır. Buna görə banklar girov kimi torpaq götürməkdən imtina edir, mənzilə isə elə qiymət qoyurlar ki, sonradan onu ucuz satanda verdikləri pulu çıxara bilsinlər. Əvvəllər əmlakın bazar dəyərinin 70 faizinə qədərini kredit vəsaiti təşkil edirdisə, hazırda bu hədd 50 faizə endirilib. Faktiki banklar girovun bazar dəyərinin 50 faizi səviyyəsində kredit verirlər. Milli Bankın qaydalarına görə isə girovun dəyəri kreditin məbləğindən azı 1 dəfə yarım çox olmalıdır”.
Ekspertlər deyir ki, ötən ilin sentyabrında bir mənzili girov qoyub 70 min manat dəyərində kredit götürmək mümkün idisə, indi həmin evə görə 40 min manat pul götürmək olar: “Başqa sözlə, girov üçün qiymətləndirmədə əmlakın ucuzlaşması bazardakından 10-15 faiz çoxdur. Hələlik ən yaxşı vəziyyət kommersiya obyektlərindədir. Belə obyektləri girov qoyanda əvvəlki kimi onların dəyərinin 70 faizi qədər kredit götürmək olur”.
Bankların girovu olan avtomobillərə gəlincə, bəzən 7 min manat kredit öhdəliyinin müqabilində dəyəri 40 min manat olan avtomobil müştəridən alınır və bazarda 10-15 min manata satılır.
İqtisadçı-eksper Vüqar Bayramovun qənaətincə, məsələni birmənalı şəkildə sahibkarların və ya vətəndaşların problemi kimi təqdim etmək yanlışdır: “Bu, həm də bankların problemidir. Yaranmış vəziyyətdə nə sahibkarları, nə də bankları günahlandırmaq mümkün deyil. Alınan kreditlərin geri qaytarılmaması böhranın və faiz dərəcələrinin yüksək olmasının nəticəsidir. Eyni zamanda, neftin dünya bazar qiymətinin aşağı düşməsi nəticəsində ölkədə alıcılıq qabiliyyəti kəskin azalıb. Bununla əlaqədar tələb də aşağı düşüb ki, bir sıra sahibkarların öz fəaliyyətlərini davam etdirməsi çətinləşib”.
Kreditlər qaytarılmadığı üçün girov şəklində çıxış edən əmlakın banklar tərəfindən müsadirə olunmasına və onun satışının həyata keçirilməsinə gəlincə, ekspertin fikrincə, əmlakın müsadirə edilərək, satışa çıxarılması banklar üçün də əlverişli deyil: “Əvvəla, əmlakın satış problemi var. Eyni zamanda, qiymətlərdə kəskin azalmalar müşahidə edilir. Halbuki girov qoyulan zaman daha yüksək qiymətlə qiymətləndirilmişdi”.
Yaranmış vəziyyəti kifayət qədər kritik hesab edən iqtisadçı problemdən çıxış yollarını bir sıra addımların atılmasında görür: “Dövlətin məsələyə müdaxiləsinə ehtiyac var. Əgər dövlət problemin həlli istiqamətində addımlar atmasa, vəziyyət kifayət qədər dərinləşəcək”.
Категория: İqtisadiyyat | Просмотров: 1639 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 mansur066  
0
ne uchun accesbank her gunune 100$ %alir?
bu hansi qanuna sigir?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024