Çerşenbe, 24.04.2024, 00:47
En son xeberler
Sizi salamlayiram Гость | RSS
Saytın menyusu
Kateqoriyalar
Siyaset [16]
İqtisadiyyat [10]
Medeniyyet [3]
Elm ve Tehsil [7]
Sehiyye [5]
Şou [3]
İnformasiya Texnologiyaları [2]
Hadise-Fövqelade Hallar [2]
Kriminal [3]
Dünyadan xeberler [14]
İdman xeberleri [16]
Мини-чат
Bizim sual
En güclü universitet hansıdır?
Всего ответов: 3517
Главная » 2009 » İyul » 30 » BAKI FƏLAKƏTLƏ ÜZ-ÜZƏ
18:16
BAKI FƏLAKƏTLƏ ÜZ-ÜZƏ
Son vaxtlar ciddi narahatlıq yaradan məsələlərdən biri də Bakının atmosfer qatının həddən artıq çirklənməsidir. Üstəlik, paytaxtda baş verən yanğınların belə havanı dözülməz etməsi artıq əhali arasında ciddi təşviş yaradıb. Təkcə bir-iki gün öncə Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsindəki taxta bazarında və Balaxanı qəsəbəsindəki neft gölməçəsində baş verən yanğınlar şəhərin oksigen qatının necə həssas vəziyyətdə olduğunu sübut etdi.
Ən dəhşətlisi isə odur ki, bu cür gölməçələr Bakıətrafı kənd və qəsəbələrin bir çoxunda mövcuddur. Abşeronun çoxçalarlı, rəngarəng və zəngin təbiətə malik olduğunu deyən, adının çəkilməsini istəməyən ekoloq yarımadada ekoloji gərginliyin hökm sürdüyünü qeyd etdi: “Abşeron yarımadasında çirkab suların həcmi sutkada yüz min kubmetrlərlə ölçülür. Burada neftçıxarma zamanı laylardakı təzyiqi saxlamaq üçün onlara yüksək təzyiq altında su vurulur. Hazırda Abşeronda ümumi sahəsi 100 kvadrat kilometrdən çox, sayı isə 300-ə yaxın olan gölün əsas mənbəyi məhz bu sulardır. Abşeron kanalının ana xəttinin beton örtüyünün 60-65 faizi tamam sıradan çıxıb. Ümumi uzunluğu 1000 kilometrdən çox olan boru kəmərləri bərbad vəziyyətə düşüb. Abşeronda mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən Bakıətrafı yaşayış məntəqələri çirkab suları ətraf ərazilərə axıtmaq məcburiyyətində qalırlar. Yarımadada əhalinin artımı mövcud kanalizasiya sisteminin imkanlarından iki dəfə çoxdur”.
Qeyd edək ki, Bakı şəhərində atmosferin çirklənmə səviyyəsinə nəzarət etmək üçün mütəxəssislər tərəfindən 16 zərərli maddə üzərində müşahidələr aparılır. Bu zərərli maddələrdən azot dioksidin, dəm qazının, hisin böyük konsentrasiyaları əsasən şəhərin mərkəzi hissəsində intensiv avtomobil hərəkəti olan küçə və meydanlarda müşahidə edilir. Ekspertlərə görə, küçələrdə maşın yumaqdan başlamış, şəhər yaşıllıqlarına təcavüz, adi tullantıların yerləşdirilməsi qaydalarına əməl olunmamasına qədər hər şey şəhər ekologiyasına ciddi zərər vurur.
Paytaxtın ekoloji vəziyyətinin həddən artıq ağır durumda olduğunu deyən Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Füzuli Axundovun sözlərinə görə, bunun ən başlıca səbəbi şəhərdə aparılan tikintilərdir: “Mən deyərdim ki, bu, yanğınlardan da təhlükəlidir. Tikinti zamanı havaya qalxan toz-torpaq şəhərin ekoloji vəziyyətinə ağır təsir göstərir. Qrunt suları üzərində yığılan neft məhsulları, demək olar, hər ay yanğına səbəb olur. Abşeronun əksər ərazilərində belə sahələr var. O yerlərdə ki, neft mədənləri var, orada neft məhsulları qrunt suları ilə birgə üzdə olur və həmişə yanğın törədə bilər. Əlbəttə, müəyyən qurumlar var ki, buna birbaşa nəzarət etməlidir, o gölməçələr mühafizə olunmalıdır. Hazırkı vəziyyət göstərir ki, həmin qurumlar vəzifələrinin öhdəsindən gələ bilmir. Fakt odur ki, yoldan keçən bir siqaret atmaqla yanğın törədə bilər. Bu baxımdan, təbii ki, Bakının bugünkü vəziyyəti qənaətbəxş deyil”.
F.Axundov qeyd edir ki, adi yağışın gətirdiyi palçığı müşahidə etməklə atmosferin nə dərəcədə çirkli, tozlu olduğunu görmək olar: “Bu gün Bakı şəhərində elə bir vəziyyət yaranıb ki, artıq bunun qarşısını almaq mümkün deyil. Mənim fikrimcə, hələ ki vəziyyətdən çıxış yolu yoxdur”.
Bəs neft gölməçələrinin mövcudluğu və onlarda baş verən yanğınlar zamanı qalxan tüstünün insan orqanizminə hansı mənfi təsirləri var?
Professor Adil Qeybullanın sözlərinə görə, belə yanğınlar zamanı insan orqanizminə zərərli olan konseragen maddələr ayrılır: “Bu maddələr nəfəs yollarına daxil olduqda ağciyərlərdə kəskin iltihabi proses, bronxit və sonradan əgər bu təsir uzun müddət davam edərsə, ağciyər şişinə qədər gətirib çıxara bilər. Bu cür hadisələr dünyanın hər yerində olur. Əsas məsələ bu hadisələrin vaxtında önlənməsidir. Bunun üçün Azərbaycanda Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərir. Bu nazirliyin borcudur ki, həmin hadisənin yaxın nəticələrini də tezliklə ləğv etsin də ekologiyaya dəyən sonrakı zərər tez aradan qaldırılsın. Hər halda, xərçəngi törədən əsas faktorlar neft məhsullarının yanmasından əmələ gələn zərərli maddələrdir. Ona görə də bu cür hadisələrə daha ehtiyatlı yanaşmaq lazımdır”.
Категория: Hadise-Fövqelade Hallar | Просмотров: 1549 | Добавил: GOYCE_QARTALI | Рейтинг: 1.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtarış
Kalendar
«  İyul 2009  »
B.eÇ.aÇeC.aŞeBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Xeberlerin arxivi
Copyright Admin © 2024